Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Prezident Ərdoğan: Ankara Türkiyə üçün istədiyini dost ölkələrə də arzulayır

Prezident Ərdoğan: Ankara Türkiyə üçün istədiyini dost ölkələrə də arzulayır

11.02.2026 [23:12]

Türkiyə region ölkələrinin daxili işlərinə qarışmağa və ya “simasını dəyişdirməyə” çalışmır. Ankaranın məqsədi sülhə və mehriban qonşuluğa töhfə verməkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında çıxış edərkən bildirib.

O, Türkiyə hakimiyyətinin regionun ortaq gələcəyi naminə birgə səyləri dəstəklədiyini bildirib. Prezident Ərdoğan əmin edib: “Türkiyə üçün istədiyimizi dost ölkələrə də arzulayırıq”.

Rəcəb Tayyib Ərdoğan qonşu Suriyadakı hadisələrə diqqət çəkərək vurğulayıb ki, Türkiyə suriyalı qardaş və bacılarının bu ölkənin problemləri yalnız qalmalarına razı olmayacaq.

“Müəyyən qüvvələr hazırda Suriyadakı böhrandan istifadə etməyə çalışır, millətlərarası toqquşmalar riskini görməzdən gəlirlər. Biz buna imkan verməyəcəyik”, - deyə siyasətçi vurğulayıb. O, Səudiyyə Ərəbistanı, Misir və İordaniyanın Suriya məsələsində Türkiyənin mövqeyini bölüşdüyünü qeyd edib. “Bu üç ölkə ilə birlikdə Suriyada sabitliyi gücləndirmək üçün addımlar atacağıq”, - deyə Türkiyə Prezidenti bildirib.

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28