Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Naftalan şəhər təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

YAP Naftalan şəhər təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

10.02.2026 [23:56]

10 fevral 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı “Qaşaltı Qaraqoyunlu kənd Z.Rüstəmov adına tam orta ümumtəhsil məktəb” ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.Yığıncaqda ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş söz ilə açan Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov iclas iştirakçıları salamlayaraq bildirib ki, zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü siyasi təşkilatdır. Ulu öndər Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, partiyanın gələcək inkişaf yoluna işıq salır. Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir.

Sonra ərazi partiya təşkilatının sədri Amil Ələsgərov hesabat məruzəsi dinlənilib. Ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Partiya üzvlərinin səsverməsi ilə Mehdiyeva İnara Yusif qızı “Qaşaltı Qaraqoyunlu kənd Z.Rüstəmov adına tam orta ümumtəhsil məktəbi" ərazi partiya təşkilatının sədr müavini seçilib.

Sonda Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov yeni seçilən sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Paylaş:
Baxılıb: 161 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28