MƏDƏNİYYƏT TARİXİMİZİN GÖRKƏMLİ XADİMLƏRİNDƏN - BÜLBÜL KAZIMOVA
11.02.2026 [10:17]
Qərbi Azərbaycanın tərəqqipərvər və ilk qadın müəllimlərindən biri olan Bülbül Hacı Məhəmməd Tağı qızı 1887-ci ildə İrəvan şəhərində anadan olmuşdur. 1914-cü ildə İrəvan rus-tatar (Azərbaycan) qızlar məktəbini bitirmişdir. Müəllimlik fəaliyyətinə ilk dəfə 29 avqust 1917-ci ildə İrəvan yaxınlığındakı Aralıq Baş kəndində başlamışdır.
1917-ci ildə Mehdi Kazımov müdir işlədiyi İrəvan oğlan məktəbində həyat yoldaşı Bülbül Kazımovanın müəllim işləməsi üçün İrəvan məktəblərinin inspektoru, görkəmli yazıçı və maarifçi Rəşid bəy Əfəndiyevə müraciət edərək onun həmin məktəbdə işləməsini xahiş edir. Rəşid bəy Əfəndiyev 1917-ci ilin noyabr ayından etibarən oğlan məktəbinin nəzdində qızlar üçün bir sinif açılmasına, Bülbül Kazımovanın həmin sinifdə müəllimlik etməsinə icazə vermişdir. Bülbül xanım rus-tatar (Azərbaycan) oğlan məktəbinin nəzdində qızlar üçün bir sinif təşkil edib, qapı-qapı düşüb şagird toplamışdı. Bülbül xanım və bacısı Rübabə Bağırova İrəvandakı rus-tatar (Azərbaycan) qızlar məktəbində təhsil almışdılar. Onlar İrəvanın ictimai-mədəni həyatında aktiv iştirak edir, azərbaycanlı qadınlar arasında baslanan maarifçilik hərəkatını daha da inkişaf etdirirdilər.
Az-çox oxumuş, pedaqoji təhsil görmüş azərbaycanlı qadınlarının sayı getdikcə artırdı. Amma gənc ziyalı qızların bu fərəhli həyatı uzun sürməmiş, yenicə alışdırmağa başladıqları maarif çırağı ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər zamanı söndürülmüşdür. Bülbül Kazımova 1918-ci ildə erməni daşnaklarının qanlı zülmü nəticəsində ailəsi ilə birlikdə İrəvandan didərgin düşərək Gəncə şəhərinə üz tutmuşdur. B.Kazımova Gəncədə məskunlaşdığı zaman dövrün qabaqcıl ziyalılarından olan Cavad bəy Cuvarlının təşkil etdiyi üçaylıq pedaqoji hazırlıq kursunda təhsil alıb öz biliyini daha da təkmilləşdirmişdir. Sonra tale onu Gədəbəyə çəkib aparmış, burada ilk qız məktəbini təşkil etmişdir. 1921-ci ildə Şəmkirdə, Dəllərdə müəllimlik etmişdir. Bülbül xanım Azərbaycanda neçə-neçə məktəbin, klub və mədəniyyət evinin əsasını qoymuşdur. 1920-ci illərdə Naxçıvanda sinif yoldaşı Siddiqə Abbasova ilə birlikdə qadınlar klubunun əsasının qoyulmasında da Bülbül xanımın müstəsna xidməti olmuşdur. Həmin dövrlərdə Azərbaycanın bir sıra bölgələrində qadın klublarının açılmasında və fəaliyyətində Bülbül xanımın təcrübəsindən geniş istifadə edilirdi. Bu maarifpərvər qadın bütün bilik və bacarığını, köməyini heç kimdən əsirgəməmişdi. 1922-ci ilin sonlarında yenidən uşaqlıq illərini keçirdiyi İrəvana qayıdan Bülbül Kazımova gərgin ictimai və pedaqoji fəaliyyətini daha da genişləndirərək uğurla davam etdirmişdir. İrəvana geri dönən Bülbül xanım pedaqoji fəaliyyətini 1922-ci ildə İrəvanda açılmış İrəvan Türk məktəbində davam etdirmiş, qadın təhsili uğrunda mübarizə alovu yenidən buradan şölələnmiş və bütün Cənubi Qafqaza yayılmışdır.
Bülbül Kazımovanın İrəvana gəlişi qadınlar klubunun yaradılmasında və fəaliyyətində yeni dönüş yaratmışdı. O, burada Azərbaycandakı Əli Bayramov adına mərkəzi qadınlar klubu tipində azərbaycanlı qadınların mədəniyyət mərkəzini düzəldib, savad kursları açıb, uşaq bağçası yaradıb, az-çox təhsil görmüş qadınları ictimai işlərə cəlb etmişdir. Kluba gəldiyi gündən özü kimi fəal qadınlardan ibarət bir özək yaradıb onların hər birinə müxtəlif sahələrə rəhbərlik etməyi həvalə etmişdi. Bülbül xanım Lala Qazıyeva, Zinyət İsayeva, Sona Qocayeva, Firəngiz Rizayeva, Yasəmən Əhmədova, Fatma Yusifzadə, Zəhra Abbasova və özü kimi başqa cəsarətli qadınları öz ətrafına toplayaraq Qərbi Azərbaycanda milli maarifimizin inkişafında mühüm rol oynamışdılar. Ümumiyyətlə, İrəvan azərbaycanlı qadınlar klubu həm də bir maarif ocağı kimi təhsil tariximizdə özünəməxsus yer tutur. Bu klub, həm də Qərbi Azərbaycanda bir özül kimi milli məktəb quruculuğumuzda gözəl bir nümunə rolu oynamışdır. Bu maarifpərvər qadınlar Bülbül xanımın mədəni həyatdakı fəaliyyətindən ruhlanaraq ictimai həyatda da fəal iştirak edirdilər. Həmin dövrdə Bülbül xanım İrəvanda Azərbaycan mətbuatının inkişafında da yaxından iştirak edirdi. Bülbül xanım eyni zamanda İrəvanda Azərbaycan dilində nəşr edilən mərkəzi mətbuat orqanı olan “Zəngi” qəzetinin ilk qadın müxbiri idi. O, “Zəngi” qəzeti səhifələrində azərbaycanlı qadınlarının maariflənməsi, klubun fəaliyyəti sahəsində görülən işlər barədə, maarifpərvər qadınların nəcib fəaliyyətlərindən bəhs edən yazılar dərc etdirirdi. O dövrün mətbuatı ilə tanış olduqda görürük ki, Bülbül xanımın fəaliyyəti sayəsində azərbaycanlı maarifpərvər qadınlar xeyli fəallaşmış, yeni tərəqqipərvər ziyalı nəsli yetişmişdir. O Qərbi Azərbaycanın rayonlarına gedib azərbaycanlı qadınlar arasında mühazirələr oxuyur, kəndlərdəki azərbaycanlı qadınları mövcud dövrün quruculuq prosesinə cəlb edirdi.
Bülbül xanım 1924-cü illərdə həm də İrəvan Azərbaycanlı Pedaqoji məktəbində müəllim kimi çalışmışdır. O həmin dövrdə ağır şəraitdə yaşayan azərbaycanlı balalarını öz qanadı altına almış, təhsili və tərbiyəsi ilə məşğul olmuşdur. Həmin klub uzun müddət fəaliyyət göstərdi, yüzlərlə azərbaycanlı qadının mədəni həyata atılmasında, təhsil almasında böyük rol oynadı, onların azadlığı və hüquqlarının keşiyində dayandı. Ömrünün 50 ildən artıq hissəsini bilik və bacarığını, gənclik enerjisini İrəvanda Azərbaycan ictimai-mədəni həyatının inkişafına sərf etmiş, özündən sonra böyük ictimai-mədəni irs qoymusdur. O, 20 ilə yaxın İrəvan azərbaycanlı qadınlar klubuna rəhbərlik etmişdir. Görkəmli maarif işçisi, fəal ictimai xadim Bülbül Kazımova xidmətlərinə görə bir sıra orden və medallarla təltif edilmiş, respublika əhəmiyyətli fərdi təqaüdçü idi. Ömrünü qadın və qızlarımızın maariflənməsinə həsr etmiş Bülbül Kazımova bu gün də böyük minnətdarlıq hissi ilə xatırlanır. Qərbi Azərbaycanın maarifpərvər qadınlarından olan, xalqımızın intellektual səviyyəsinin yüksəldilməsində nəcib xidmətlər göstərmiş Bülbül Kazımova 1976-cı ildə Bakı şəhərində vəfat etmişdir.
Cəlal Zəngi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

