Həyatdan çox şey istəmə...
11.02.2026 [09:14]
Elçin Hüseynbəyli: Sən həyata nə vermisən ki, ondan çox şey istəyirsən?
Bu dəfə söhbətimiz çağdaş ədəbiyyatımızın tanınmış simalarından biri - nasir, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli ilə olacaq. Müəlliflə ədəbiyyat, zaman və sözün məsuliyyəti barədə danışdıq. Beləliklə, müsahibəmizi təqdim edirik.
- Elçin müəllim, yaradıcılıq prosesi nə yerdədir? Hansı işləri görürsüz?
- Fəaliyyətimi bir neçə istiqamətdə davam etdirirəm. Hazırda bir kitab üzərində işləyirəm. Şərti adı hələ ki “Məğlubiyyətdən qələbəyə” qədərdir. Qarabağla bağlı 19 hekayə daxil edilib. Kitabın öz dilimizdə, eləcə də Türkiyə türkcəsində, rus və ukrayna dillərində də nəşri nəzərdə tutulur. Eyni zamanda, mənim bir əsərim əsasında film çəkilir. Çəkilişlər Şabran rayonunda aparılır, bəzən özüm də ora gedib, çəkilişi izləyirəm.
Uşaqlar üçün “Qarabağ savaşı qəhrəmanlarının nağılları” kitabları üzərində işləyirik. Bilirsiz ki, uşaq nağılları yazmaq çox çətindir. Burada uşaqların psixologiyası nəzərə alınmalıdır. Söhbət müharibədən gedir axı. Dövlət qurumlarının layihəmizə dəstəyinə ümidliyik.
İlkin adı “Don Juan Persidski” müzikli üzərində iş gedir. Bəstəkar işin xeyli hissəsini görüb, amma əsər tam hazır olmadığından əraflı məlumat vermək istəmirəm. Onu deyim ki, bu, Azərbaycan teatr və musiqi tarixində ilk müzikllərdən biri olacaq. İş nəzərdə tutduğumuz müddətdə yekunlaşarsa, payızda premyerasının keçirilməsini düşünürük.
- Fəaliyyətinizi izləyirəm, çoxşaxəlidir. Romanlar, hekayələr, pyeslər, məqalələr, film ssenariləri, uşaq nağılları.... Heç olubmu ki, nə vaxtsa yorulmusuz, fasilə vermək istəmisiz?
- Bilirsiz necədir, yaza bilirsənsə yazmalısan, yaza bilmirsinsə, istirahət elə, düşün. Bir yazıçı artıq peşəkardırsa, o özünü heç nəyə məcbur etmir. Axı onun beynində müəyyən model, müəyyən şablon var və oturub sadəcə onu işləyir.
Yazıçı həmişə bu prosesin içində olur. Yazıçılıq elə bir məkandır ki, sanki orda sənin sevgilin yaşayır və onu heç vaxt unuda bilmirsən. Yazı da belə bir prosesdir, daim sənin qəlbində, beynində, ruhunda yaşayır. Yazıçı yazarkən həm də istirahət edir. Elə yazıçı var ki, ancaq sakitçilikdə yazır, eləsi də var, sakitçilik onu sıxır. Mən sonuncuların sırasındayam.
- Yeri gəlmişkən, müsahibələrin birində evdə heç vaxt yazmadığınızı qeyd etmişdiniz. İndi də belədir?
- Bəli. Mən yazılarımı işdə yazıram. Ev mənim üçün istirahət yeridir. Canavar xislətliyəm, öz ərazim var və o əraziyə heç kəs daxil ola bilməz. Orada ancaq özüm və düşüncələrim olur. Kənarda qalanların səs-küyü mənə mane olmur, çünki o məkana girə bilmirlər. Sakitçilik mənə yuxu gətirir, tənbəlləşirəm. Kimsə mənə mane olanda daha çox improvizasiyalar edə bilirəm. İstəyirəm ki, həyat mənim ətrafımda qaynasın.
- Əsərlərinizin bir çoxunda Qarabağ mövzusuna müraciət etmisiz. Qarabağlı olduğunuz üçün belədir?
- Ola bilər... Bir var genetik yaddaş, bir də var ruh yaddaşı. Məsələn: Təbriz genetik yaddaşımdır. Mən Qarabağın özüyəm. Gözümü orada açmışam, orada böyümüşəm, yaşamışam. Bir yazıçını zəngin edən onun yaddaşıdır. Vaxtilə kəndə gedib gəlsəydim, bir yazıçı olaraq enerjim daha da çox olardı. Qarabağ mənim mahiyyətimdir. Ona görə də mən Qarabağdan çox yazmışam, çox yazmağa da davam edəcəm. Bizim təkcə torpağımız yox, ruhumuz, mənəviyyatımız, adət-ənənələrimiz işğal olunmuşdu. İndi onlar işğaldan azad olunub, lakin 30 ilin yarası heç cür sağalmır. Mənim yaddaşımda qalan, təsəvvür etdiyim kənd daha yoxdur. Bu, gələcəkdə orda yaşayacaq gənc nəsil üçün vacib olmaya bilər, lakin orada yaşamış bizim kimi insanlar üçün çox vacibdir. Təsəvvür edin, müharibənin içində olmayan adam müharibədən yazır. Lakin bir yazıçı müharibənin içindən çıxıbsa, onu daha yaxşı qələmə ala bilir.
- Siz, deyəsən, hekayələri həm də rus dilində yazırsınız. Fikirlərinizi oxucularınıza çatdırmaq üçün hansı dil sizə daha yaxın gəlir?
- Yox mən rus dilində yazmıram. Cavanlıqda belə cəhdlərim olub, ancaq doğma dildə düşünüb yazmaq daha rahatdır. O başqa məsələ ki, rus dilini bildiyimə görə onların tərcüməsinə nəzarət edə bilirəm.
- Müasir dövrdə ədəbiyyatın arxa plana keçməsi sosial şəbəkələrin geniş yayılması süni zəka ilə bağlı ola bilərmi?
- Şübhəsiz! Burada sosial şəbəkələr böyük rol oynayır. Ədəbiyyat hazırda xoş gün yaşamır. Buna baxmayaraq bəşəriyyət var olduqca ədəbiyyat da hər hansı bir formada mövcud olacaq. Əvvəllər internetdən istifadə olmadığına görə insanlar kitab çox oxuyurdular. Öyrənmək istədiklərini jurnallardan, qəzetlərdən, kitablardan əldə edirdilər. İndi həmin informasiyalar qısa və vizual şəkildə əldədir. Bəzən sosial şəbəkələrdən müəyyən hadisələr haqqında məlumat alırıq, həmin mövzu çərçivəsində çəkilən film, yazılan əsər bizə maraqlı gəlmir. Lakin nəzərə almalıyıq ki, həmin məlumatı informativ şəkildə əldə etmək ayrı təsir bağışlayır.
Məsələn, bir fotoqrafın çəkdiyi foto və rəssamın əsərinə eyni baxmaq olmaz. Foto zamanın donmuş halıdır. Amma rəssamın əsərində dinamika var və orada müəllifin ürək döyüntüləri, ruhu hiss olnur. Müqayisə etsək görərik ki, bunların arasında böyük fərq var. Nəticə olaraq düşünürəm ki, sosial şəbəkələr, süni intellekt nə qədər inkişaf etsə də, bir rəssamın, bir yazıçının yerini verə bilməz. Amma süni intellektdən texniki inkişaf üçün səmərəli istifadə eləmək olar.
- “Mədəniyyət konsepsiyası -2040” konsepsiyasını necə dəyərləndirirsiniz?
- Biz bunu çoxdan gözləyirdik. Şübhəsiz, mədəniyyətimizin, ədəbiyyatımızn hərtərəfli inkişafına böyük təsir edəcək. Hər halda buna ümid edirik.
- Siz əvvəllər verdiyiniz müsahibələrdə Bekketdən, Prustdan təsirlənib, yazdığınızı demişdiniz. Bəs sizdən təsirlənib yazanlardan kimlərin adlarını çəkə biləsiz?
- Yazanlar kifayət qədər var, ad çəkmək istəmirəm. Hekayələrimdən təsirlənib Türkiyədə də yazanlar olub. Hətta biri mənə yazmışdı ki, sizin hekayələrinizi oxuyandan sonra bu vaxta kimi yazdığım bütün hekayələri cırıb atdım və sizin kimi yazmağa başladım.
- Ədəbiyyata yeni gələn gənclərə hansı məsləhətləri verərdiniz?
- Məsləhət verməyi sevmirəm. Məndən soruşanlara sadəcə təklif verirəm. Belə bir deyim var: Həyatda o qədər uğur qazanmamışam ki, sizə məsləhət də verim.
- Amma uğurlusunuz axı...
- Ola bilər.
- Elçin Hüseynbəyliyə görə yaxşı yazıçı olmaq üçün dünyanı gəzmək lazımdır?
- Vacib şərtdir. Uşaq vaxtı elə bilirdim ki, oxuduğum bütün nağılların personajları, gümbəzli minarələr dağın o tərəfindədir. Uşaqlar üçün hekayə yazanda o düşüncələrimdən istifadə etdim. Ümumiyyətlə düşünmək, xəyallar qurmaq çox vacibdir. Mənim azyaşlı nəvəm indidən nağıl yazır. O hazırda uşaq düşüncəsi ilə yazırsa, fəaliyyətini genişləndirmək üçün gələcəkdə çox şey görməlidir. Düşüncə qabiliyyəti yaxşı olan insanlar üçün gəzmək çox vacibdir. Mütaliə qabiliyyəti olmayan insanlar üçün dünyanı görmək sıradan bir hadisə kimidir. Biz gəzməli, görməli yerlər haqqında öncədən qısa da olsa informasiya toplamalıyıq. Orta Asiya ölkələrinə səyahət edəndə oradakı abidələrə, tarixi yerlərə daha yaxından bələd olmağa çalışıram. Köklərimiz yaxındır deyə bu, məni daha çox cəlb edir. Bu yaxınlarda “Gültəkin Xaqan” romanını yazdım. Əsəri ərsəyə gətirmək üçün həmin dövrə yaxın hadisələrlə bağlı 50-yə qədər film izlədim.
- Elçin müəllim, niyə gənclər həmişə AYB-dən narazıdırlar? Hətta son vaxtlar birlikdən imtina edənlər də oldu.
- Deyirlər həyatdan çox şey istəmə. Sən həyata nə vermisən ki, ondan çox şey istəyirsən? Və o çox şeyi əldə etməyəndə onlar məyus olurlar. Həmin adamların bir qismi istedadlıdır, umacağı Azərbaycan Yazıçılar Birliyindən çoxdur, amma nəzərə almırlar ki, Birlik də hamıya istədiyini verə bilməz. Bəziləri isə ədəbiyyatda uğrusuz adamlardılar. Yazıçılar Birliyi könüllü bir qurumdur. Ora üzvlük də, ordan getmək də könüllüdür. İstedadlı adamların bu qurumdan getməsinə çox məyus oluram. AYB dinamik təşkilatdır. Kəmiyyət baxımından üzv çox olsa da, mahiyyət baxımından azdır.
- Üzvlük haqqını ödəməyənlər barədə sərt qaydalar qoymusunuz, deyəsən?
-Sərt qayda yoxdur. Nizamnaməyə görə hər bir üzv üzvlük haqqını ödəməlidir. Biz 2020-ci ilə qədər üzvlük haqqını ləğv etmişik. Amma o yandan bəri əksəriyyət bunu eləmir. Ona görə də müəyyən xəbərdarlıqdan sonra onlar üzvlükdən çıxarılır.
Özü də əsas məsələ əsər yaratmaqdır: AYB üzvü olsan da, olmasan da...
Söhbətləşdi: Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49

