Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Yaşıl” inkişaf üçün...

“Yaşıl” inkişaf üçün...

10.02.2026 [10:55]

Dünya Bankı karbon emissiyasının azaldılması və “yaşıl iqtisadiyyat”a keçidə dəstək verir

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmaysterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanda qaz təchizatı sahəsində islahatlar, eləcə də tarif mexanizmləri ətrafında məsləhətləşmələr aparılıb. Həmçinin Azərbaycanda metan emissiyalarının azaldılması səylərinin davam etdirilməsi, o cümlədən qaz infrastrukturunun modernləşdirilməsini dəstəkləmək üçün Dünya Bankı, eləcə də digər maliyyə qurumlarından əlavə potensial investisiya ayrılmasının perspektivləri nəzərdən keçirilib.

Karbon emissiyasının azaldılması naminə

Azərbaycan hökuməti qarşısında duran əsas prioritetlərdən biri ekoloji təmiz texnologiyaların və “yaşıl” texnologiyalara tətbiqinin geniş yer verilməsi, ekoloji baxımdan əlverişli olan mənbələrin istifadəsinin artırılması və istehsalın müasir “yaşıl iqtisadi resurslara” əsaslanması başlılca hədəf prioritetlərdir. “Azərbaycan-2030” konsepsiyasında müəyyən edilmiş beşinci milli prioritet - “Təmiz ətraf mühit və “yaşıl” inkişaf ölkəsi də bu prinsiplərə əsaslanır və əsas məqsəd karbonzuslaşdırma yönümlü idaretmənin təmin olunmaısıdır. İstilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının azaldılması bu prinsiplər sırasında əsas yer tutur. Bu baxımdan karbon emissiasının azaldılması “yaşıl iqtisadiyyat”a keçid üçün də əsas stimullardan biridir. Hazırda dünyada iqlim dəyişmələri fonunda azalan təbii ehtiyatlar və bəşəriyyətin artan tələbatı  digər resursların istehlakını yüksəldir. Çünki iqlim dəyişikliyi ekoloji tarazlığı pozaraq biomüxtəlifliyə də təsir edir və mövcud istehsal blokalarını zəiflədir. Dünya Bankının hesablamalarına əsasən, iqlim dəyişikliyinin təsiri nəticəsində 2050-ci ilədək qlobal ÜDM illik 1,5-5 faiz arası azalacaq. Həmin tələbatların ödənilməsi isə müasir rəqəmsal və “ağıllı texnologiyalar”ın gemiş tətbiqi yolu ilə “yaşıl iqtisadiyyat” quruculuğundan keçir. Bu gün inkişaf etmiş ölkələrin hər biri üçün dayanıqlı inkişafın əsas atributu “yaşıl maliyyə”ni təmin edən “yaşıl resurs”ların istehsalı və emalının əhəmiyyətli şəkildə artırılmasıdır.

Ona görə də Azərbaycan üçün de-karbonizasiya həm ekoloji hədəflərə çatmaq, həm də müasir innovativ iqtisadiyat qurmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz beynəlxalq təcrübəyə əsaslanaraq “yaşıl iqtisadiyyat”a keçid üçün müxtəlif iqtisadi alətlərdən istifadə etməyi planlaşdırır. Strateji Yol xəritəsinə əsasən, bu sahəyə biznesi həvəsləndirmək üçün müxtəlif iqtisadi təşviqlərin verilməsi nəzərdə tutulur.

Beynəlxalq “yaşıl əməkdaşlıq”...

SOCAR 2050-ci ilə qədər enerji keçidini özünün prioritet inkişaf istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu məqsədlə şirkət “yaşıl” gündəlik üzrə mühüm öhdəliklər götürüb. Artıq 2 ilə yaxındır ki, qurumda neft-qaz şirkətindən enerji korporasiyasına çevrilmək üçün transformasiya prosesi həyata keçirilir. Bununla yanaşı, yeni bizneslərin yaradılması istiqmətində səylərini artıran şirkət aşağı karbonlu bizneslərdən sayılan külək, Günəş, hidrogen enerjisi, eləcə də digər istiqamətlərdə araşdırmalar aparır. Aşağı karbonlu layihələrin icrası isə qurumun tərkibində yaradılmış SOCAR GREEN şirkəti vasitəsilə həyata keçirilir.

SOCAR istixana qazlarının emissiya göstəricilərinin, karbon dioksid və metan emissiyalarının azaldılması üzrə real addımların öyrənilməsi və şirkətin “yaşıl” layihələr portfelinin qiymətləndirilməsinə əsasən 2050-ci ilədək mərhələli dekarbonizasiya proqramı hazırlayıb.

Bu hədəflərə uyğun olaraq SOCAR və Dünya Bankı arasında qazpaylama şəbəkəsində qaz sızmalarının aşkarlanması və aradan qaldırılması mexanizminin investisiya maliyyələşdirilməsi layihəsinin icrası nəzərdə tutulub. Ümumi dəyəri 15 milyon dollar təşkil edən layihənin DB tərəfindən aprel ayında təsdiqlənməsi planlaşdırılır. Layihə bütün ölkə ərazisini əhatə edəcək, eyni zamanda, maliyyə vasitəçilərinin cəlb edilməsi nəzərdə tutulmur.

Təşəbbüsün məqsədi “Azəriqaz”ın istismar etdiyi qazpaylayıcı şəbəkədən metan emissiyalarının azaldılması, həmçinin şirkətin aktivlərin idarə edilməsi sahəsində potensialının gücləndirilməsidir. Dünya Bankının qiymətləndirməsinə görə, köhnəlmiş infrastruktur səbəbindən əhəmiyyətli qaz sızmaları ilə üzləşir və bu infrastrukturun böyük hissəsi 50 ildən çox istismar edilir. Sızmaların həcmi ildə təxminən 160 milyon kubmetr qaz təşkil edir ki, bu da 107 kiloton metan (CH4) ekvivalentinə bərabərdir. Təhlil göstərir ki, həcm baxımından bu sızmaların təxminən 80 faizi 7 il ərzində nisbətən sadə və iqtisadi cəhətdən səmərəli tədbirlər hesabına aradan qaldırıla bilər.

DB-nin ekspertlərinin qiymətləndirmələrinə qlobal istiləşmə potensialı əmsalının 28-ə bərabər götürülməsi ilə layihənin icrası istixana qazı emissiyalarını ildə təxminən 2,4 milyon ton CO2-ekvivalentinə qədər azaltmağa imkan verəcək.

Layihə çərçivəsində qazpaylayıcı sistemdə qaz sızmalarının müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə ixtisaslaşmış maliyyə mexanizmi yaradılacaq.

Avropa Bankı və “TotalEnergies”lə “təmiz enerji” gündəliyi

Hökumət Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə də karbonsuzlaşdırma proqramı çərçivəsində əməkdaşlıq edir. Bankın Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansenin fikrincə, bu çərçivəyə əsasən, Qaradağda ilk özəl Günəş elektrik stansiyasının tikintisinə sərmayələr qoyulub, son illərdə investisiyalarımızın 70 faizindən çoxu “yaşıl” iqtisadiyyata yönəldilib. Növbəti əməkdaşlıq fazasına əsasən, AYİB-lə hökumətin əməkdaşlığı bu səmtdə inkişaf etdiriləcək.

Eləcə də “TotalEnergies” şirkəti ilə birlikdə neft-qaz mədən ərazilərində dron əsaslı metan emissiyalarının aşkarlanması və həcminin ölçülməsi tədqiqatları həyata keçirilir. Layihə çərçivəsində “TotalEnergies” və onun tərəfdaşları tərəfindən hazırlanmış AUSEA (Airborne Ultralight Spectrometer for Environmental) texnologiyasından istifadə edilməklə emissiya tədqiqatlarının həyata keçirilməsi nəzərdə tutulub. AUSEA metan emissiyalarını aşkarlayan, eyni zamanda, onların mənbəyini təyin edə bilən dronda quraşdırılmış sensordan ibarətdir. Bu isə neft və qaz obyektlərindən atılan metan emissiyalarının yüksək dəqiqliklə aşkarlanmasına və həcminin ölçülməsinə imkan verəcək. Bu sahədə ilkin tədqiqatlar “TotalEnergies” şirkətinin Xəzər dənizindəki fəaliyyət sahələrində aparılıb. Növbəti mərhələlərdə bu tədqiqatların SOCAR-ın dənizdə yerləşən fəaliyyət sahələrində aparılması nəzərdə tutulub.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28