Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyəli nazir: 2023-cü il zəlzələləri zonasının bərpası hökumətin prioriteti olaraq qalır

Türkiyəli nazir: 2023-cü il zəlzələləri zonasının bərpası hökumətin prioriteti olaraq qalır

09.02.2026 [23:35]

2023-cü ilin fevral ayında baş verən zəlzələlər zonasının bərpası Türkiyə hökuməti üçün prioritet olub və belə olaraq qalır. Fəlakətdən zərər çəkən 11 vilayətdə vəziyyət normallaşmadan, ölkənin aktiv inkişafı da mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Türkiyə Prezident Administrasiyasının Əlaqələndirmə ofisi tərəfindən Ankarada təşkil edilən tədbirdə bildirib.

Nazir xatırladıb ki, ölkənin zəlzələlərdən zərər çəkmiş ərazilərində tikinti və bərpa işlərinə 53 mindən çox vətəndaşın həyatına son qoyan təbii fəlakətdən cəmi 15 gün sonra başlanılıb.

“Episentri Kahramanmaraşda olan zəlzələlərin mənfi nəticələri 14 milyon Türkiyə vətəndaşına təsir edib, 100 mindən çox insan yaralanıb. Minlərlə yaşayış binası dağılıb və fəlakətdən dəyən iqtisadi ziyan 104 milyard dollara çatıb”, -deyə Kurum bildirib.

Onun sözlərinə görə, zəlzələ zonasındakı ilk mənzillərin açarları fəlakətdən 45 gün sonra sakinlərə təhvil verilib. “Bu gün biz artıq zərərçəkmiş vətəndaşlara təhvil verilən 455.000 mənzildən danışırıq. Hər gün fəlakət zonasının əyalətlərində 550 yaşayış məntəqəsi tikilirdi”, - deyə türkiyəli nazir vurğulayıb. O əlavə edib ki, bərpa işlərinin belə sürətli tempi dünyanın heç bir yerində qeydə alınmayıb.

Paylaş:
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28