Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Paris bələdiyyə seçkiləri: Lökornü Datidən gələn həftənin sonunadək hökumətdən getməsini istəyib

Paris bələdiyyə seçkiləri: Lökornü Datidən gələn həftənin sonunadək hökumətdən getməsini istəyib

08.02.2026 [10:22]

Paris meri uğrunda namizədliyini irəli sürən mədəniyyət naziri Rəşidə Datinin hökumətdə qalması məsələsi gündəmə gəlib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Sebastyən Lökornü Datidən gələn həftənin sonunadək istefa ərizəsini təqdim etməsini istəyib.

Bu tələb Datinin paytaxtda keçiriləcək bələdiyyə seçkilərində namizəd olması fonunda irəli sürülüb. BFMTV-nin yaydığı məlumata əsasən, məsələ bu həftə hökumət başçısı ilə mədəniyyət naziri arasında keçirilən görüş zamanı qaldırılıb.

Qərar icra hakimiyyəti daxilində səlahiyyətlərin və öhdəliklərin dəqiqləşdirilməsi kontekstində qəbul olunub.

Hazırda mədəniyyət nazirindən rəsmi reaksiya verilməyib. Eyni zamanda, Datinin mümkün gedişinin şərtləri və dəqiq təqvimi ilə bağlı formal açıqlama da hələlik səsləndirilməyib.

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28