Fransanın müstəmləkə siyasəti davam edir
07.02.2026 [09:14]
Kanaki və Mayotda əhali sürətlə azalır, insanların sosial durumu pisləşir
Bu gün özünü müasir və demokratik dövlət kimi təqdim etməyə çalışan Fransanın, əslində, tarixən müxtəlif xalqlara qarşı müstəmləkəçilik siyasəti həyata keçirdiyi bütün dünyaya məlumdur. Fransa bir sıra xalqları hələ də öz müstəmləkəsi altında saxlayır. Bu dövlətin müstəmləkəçilik siyasətinin tarixi yüz illərə gedib çıxır.
Kolonializm siyasəti Fransa üçün xarakterikdir
Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər ərzində əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub. Bütövlükdə, Fransanın müstəmləkəçilik siyasəti həmin xalqlara yaxşı heç nə gətirməyib. Onlar sivilizasiyadan geri qalıblar, sərvətləri talanıb Fransaya daşınan ölkələr asılı vəziyyətə düşüb, diskriminasiya nəticəsində yerli xalqlar milli kimliklərini itirmək təhlükəsi ilə üzləşiblər.
Hazırda süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi, qlobal iqtisadiyyatın yeni texnoloji mərhələyə qədəm qoyduğu bir dövrdə Fransa müstəmləkə ərazilərini istismar etmək və yerli əhalini hüquq və zor aparatı vasitəsilə nəzarətdə saxlamaq siyasətini davam etdirir, yerli əhalini doğma torpaqlarını tərk etməyə məcbur edir.
Bakı Təşəbbüs Qrupundan verilən məlumata görə, 2019 və 2025-ci illər üzrə yerli kanak əhalisinin siyahıyaalma nəticələri Kanakidə (Yeni Kaledoniya) sistemli və dərinləşən demoqrafik tənəzzülün yaşandığını açıq şəkildə ortaya qoyur. 2019-cu ildə ərazinin daimi əhalisi 271 min 407 nəfər təşkil etdiyi halda, 2025-ci ildə bu göstərici 264 min 596 nəfərə enib. Son altı il ərzində Kanakidə əhali sayında 6811 nəfərlik azalma qeydə alınıb. Bu geriləmə təxminən 2,5 faiz demoqrafik azalmaya bərabər olmaqla, hər il orta hesabla 1200-dən artıq şəxsin Yeni Kaledoniyanı tərk etməsi ilə xarakterizə olunur və son 75 il ərzində ilk dəfə müşahidə edilən demoqrafik tənəzzül kimi qiymətləndirilir.
Statistik məlumatlara əsasən, Kanakinin Fransa tərəfindən məqsədli şəkildə sosial-iqtisadi inkişafdan kənarda saxlanılması, təhsil və məşğulluq imkanlarının məhdudlaşdırılması, yerli əhali üçün sabit gələcək perspektivlərinin qeyri-müəyyənliyi, sosial-iqtisadi vəziyyətin getdikcə pisləşməsi, səhiyyə və ictimai xidmətlərə əlçatanlığın məhdudluğu, ədalətli məhkəmə sisteminin mövcud olmaması, eləcə də Metropoldan (Fransadan) qeyri-qanuni göstərişlər alan hüquq-mühafizə orqanlarının sərt, repressiv və ayrı-seçkilik yaradan davranışları, təhlükəsizlik mühitinin pisləşməsi və siyasi, iqtisadi, sosial hüquqların ardıcıl və sistemli şəkildə məhdudlaşdırılması, Kanaki əhalisi arasında kütləvi miqrasiya meyillərinin güclənməsinin əsas səbəblərindən hesab olunur.
Gənclər Kanakini tərk etməyə məcbur olur
Kanaki əhalisinin ərazini tərk etməsi ilə paralel olaraq ümumi əhali strukturunda yaşlanma prosesi sürətlənir, uşaq və gənc əhalinin sayı isə azalır ki, bu da demoqrafik geriləmənin daha qabarıq və kəskin şəkildə görünməsinə gətirib çıxarır. Qeyd edək ki, Fransa tərəfindən Kanak gənclərin, xüsusilə siyasi və iqtisadi baxımdan aktiv əhalinin kütləvi şəkildə digər ölkələrə məqsədyönlü köçürülmə siyasəti yerli müstəqillik hərəkatlarının gücünün zəiflədilməsinə, Yeni Kaledoniyada Kanak əhalisinin nisbətinin azaldılmasına, eyni zamanda, metropoldan gələn avropalı və digər miqrantların sayının artırılmasına və nəhayət uzunmüddətli perspektivdə referendumlar və yerli əhali tərəfindən müstəqillik tələblərinin zəifləməsinə yönəlib.
Gənc, təhsilli və perspektivli şəxslərin Kanakini tərk etməsi yerli iqtisadi inkişafın ləngiməsinə səbəb olur. Bu proses Yeni Kaledoniya və digər müstəmləkə ərazilərinin Fransaya iqtisadi asılılığını artırır, xüsusilə subsidiyalar, investisiyalar və idxal asılılığı vasitəsilə maliyyə və resurs baxımından metropola bağlılıq dərinləşir. Eyni zamanda, fransız şirkətləri, xüsusilə nikel sektorunda fəaliyyət göstərən korporasiyalar yerli əmək qüvvəsindəki azalmanı Fransadan gələn işçilər və ya digər xarici miqrantlar hesabına kompensasiya edə bilirlər. Fransa hökuməti bu siyasət vasitəsilə daxili siyasətindəki çatışmazlıqları və uğursuzluqları ört-basdır etməyə çalışır.
Mayot xalqına verilən vədlər yerinə yetirilməyib
2024-cü ildə Çido qasırğasının ağır zərbəsi ilə üzləşən Mayot xalqına Fransa Prezidenti Emmanuel Makron və digər yüksəksəviyyəli rəsmilər tərəfindən verilmiş yenidənqurma və inkişaf vədləri hələ də yerinə yetirilməyib. Dənizaşırı ərazilər naziri Naima Mutçu 2026-cı il 22 yanvar tarixində Fransanın Mayot üçün 674 milyon avrodan artıq maliyyə öhdəliyi götürdüyünü və bunun əhəmiyyətli hissəsinin xüsusi büdcə sətri ilə təmin olunacağını bəyan edib. Buna baxmayaraq, Fransa Milli Assambleyası tərəfindən 2026-cı il fevralın 2-də qəbul edilmiş büdcədə Mayotun yenidən qurulması üçün heç bir xüsusi büdcə sətri və ayrılmış vəsait nəzərdə tutulmayıb.
Nəticədə Fransa rəhbərliyi adanın ağır fəlakət sonrası vəziyyətinə qarşı laqeyd münasibətini davam etdirərək, verilmiş vədləri yalnız formal sənədlər səviyyəsində saxlayıb və Mayotun yenidənqurma prosesi maliyyə baxımından qeyri-müəyyən və dəstəksiz qalıb. Bu qərar, Fransanın müstəmləkə əsarətində saxladığı ərazilərə qarşı ardıcıl olaraq nümayiş etdirdiyi laqeyd və yerli əhalinin mövcud vəziyyətdən bezərək doğma torpaqlarını tərk etməsinə istiqamətlənmiş siyasətin bariz nümunəsidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

