YAP Samux rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirildi
04.02.2026 [23:46]
04 fevral 2026-cı il tarixdə YAP Samux rayon təşkilatının Alabaşlı qəsəbə və Alabaşlı qəsəbə tam orta məktəb ərazi partiya təşkilatlarının hesabat yığıncağı keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncaqda ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyəti barədə hesabat məruzələri dinlənilib. Alabaşlı qəsəbə tam orta məktəb ərazi partiya təşkilatının sədri Vüsalə Hüseynova və Alabaşlı qəsəbə ərazi partiya təşkilatının sədr müavini Turanə İskəndərova hesabat məruzələri ilə çıxış ediblər. Onlar ərazi partiya təşkilatlarının partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin icrası, ictimai-siyasi və mədəni tədbirlərdə iştirakı, partiya üzvlərinin fəallığının artırılması və ideoloji fəaliyyətin təşkili barədə ətraflı məlumat veriblər.
Hesabatı dinləyən partiya üzvləri ərazi partiya təşkilatlarının fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Yığıncaqda təşkilati məsələlərə də baxılıb. Ədalət Həsənov Alabaşlı qəsəbə ərazi partiya təşkilatının sədri, Əlvan Cəfərova isə müavin seçilib.
Çıxış edən partiya üzvləri Natella Məmmədova və Gülüstan Əliyeva bildiriblər ki, Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttə sadiq qalaraq bu gün də ölkəmizin inkişafına mühüm töhfələr verir. Qeyd olunub ki, partiyanın Sədri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın davamlı tərəqqisini və beynəlxalq nüfuzunun artmasını təmin edib. Çıxışlarda həmçinin, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin xalqın rifahının yüksəldilməsinə, sosial-iqtisadi islahatların ardıcıl şəkildə həyata keçirilməsinə və sabitliyin qorunmasına xidmət etdiyi vurğulanıb.
Sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günədək ölkəmizin ictimai-siyasi həyatında aparıcı və həlledici rol oynadığını bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs cənab Prezident, YAP-ın Sədri İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Bu siyasətin nəticəsində Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yolu keçmiş, regionun lider dövlətinə çevrilmişdir.
Gündüz Bayramov həmçinin vurğulayıb ki, cənab Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti sayəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, əhalinin rifah halı yüksəlmiş, təhsil, səhiyyə və sosial təminat sahələrində mühüm nailiyyətlər əldə olunmuşdur. Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması və ölkəmizin beynəlxalq nüfuzunun daha da artması Yeni Azərbaycan Partiyasının siyasi xəttinin düzgünlüyünü bir daha təsdiqləyir.
Sonda G. Bayramov yeni seçilən sədr və müavini təbrik edib, ərazi partiya təşkilatlarının üzvlərini bu uğurların davamlı olması naminə daha fəal olmağa, YAP-ın ideya və prinsiplərini geniş şəkildə təbliğ etməyə çağırıb, qarşıdakı dövrdə partiya sıralarında birlik və həmrəyliyin daha da gücləndirilməsinin vacibliyini qeyd edib.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

