Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin
04.02.2026 [11:11]
“Boz kardinal”ın “kardinallıq” azarı”…
Yaxud
Siz kimsiniz, R. Mehdiyev?
(Əvvəli ötən saylarımızda)
Bizim danışığımızı, ona yalnız həqiqəti əks etdirən sərt sözlərimi yazmaq istəmirəm. O telefon zəngindən sonra əmin oldum: təqiblər davam edir və edəcək!. Ona görə daha çox işləmək lazımdır. Belə şəraitdə, belə münasibətlər zəminində başladım işləməyə. Bir daha vurğulayıram: Dövlət Komitəsinin və ümumiyyətlə, din sahəsində saysız-hesabsız problemlərin necə üsulluca həlli barədə danışmaq istəmirəm. Ancaq bu problemlərin həllinə mane olmaq nə deməkdir?
Təqib-təqib dalınca, qərəz-qərəz ardınca. Dövlət müşaviri postunda da, Dövlət Komitəsində də... Mənsə heç nəyə fikir vermədən təqiblərin, qərəzlərin üstüylə addımlayırdım. Dövlət Komitəsində də işlər tamamilə yenidən quruldu. İxtisaslı gənc kadrlar cəlb olundu. Yeni təyin olunanlar yalnız BDU-nin İlahiyyat fakültəsinin məzunları idi. Onlardan öncə işləyənlərin əksəriyyəti xarici ölkələrdə təriqətçi yönlü təhsil almışlardı və o ölkələrin gerçəklərini ölkəmizdə də yaymaqda maraqlıydılar.. Mən orda işə başlayanda Dövlət Komitəsində cəmi 42 ştat vahidi vardı. Qısa vaxtda səksən neçəyə çatdırıldı. Yalnız mərkəzi aparat deyil, bölgə şöbələri möhkəmləndirildi. Baş nazir Artur Rasizadə mənə dedi ki, onun uzun illər yüksək dövlət qulluğu təcrübəsində ilk dəfə görür ki, nazirliyin, ya dövlət komitəsinin ştat vahidləri qısa vaxtda yüz faizdən çox artırılır. Artur müəllim dövlət işində digər müsbət keyfiyyətləri ilə birlikdə, qənaətcil Baş nazir idi, Dövlət Komitəsinin ştatlarının artırılmasının vacibliyini dəqiq anlayırdı. Ecazkar Bakı memarlığının incilərindən olan Dövlət Komitəsinin binası qədim tarixində ilk dəfə olaraq əsaslı təmir olundu, bura gələn yalnız xaricilər deyil, öz vətəndaşlarımız da xoş heyrətlərini gizlətmirdilər. Hərtərəfli iş gedirdi, qlobal problemlərdən başlamış, kiçik detallaracan heç nə diqqətdən kənarda qalmırdı. Ölkəmizdəki dini durum artıq millətlərarası unikal xoş münasibətlər sistemi kimi dünyaya yayılırdı... Mən qeyd etdiyim bu faktlar həm Dövlət Müşaviri xidmətində, həm də Dövlət Komitəsində o vaxtlar görülən işlərin heç yüzdə biri deyil.
Ancaq sonsuz təqiblər də, qərəzlər bu yazdıqlarımın heç yüzdə biri deyil. Bu məqamda bir epizodu xatırlatmamaq mümkün deyil: 2009-cu ilin avqustunda Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin anadan olmasının 60 illiyi yubileyi idi. Sadalamaq istəmirəm, yalnız onu deyim ki, Dövlət Komitəsi bütün təşkilati işləri yüksək səviyyədə həyata keçirdi. Yubiley öncəsi bildirildi ki, yubiley tədbirini mən aparmalıyam. “Gülüstan” Sarayında tədbirin başlamasına bir saat qalmış mənə bildirildi ki, tədbiri gözəgörünməyən, yalnız səsi eşidilən diktor aparacaq, daha doğrusu, çıxış edənlərin adlarını bəyan edəcək. Sağ-salamat insanın (Allah uzun ömür versin!) yubileyini səhnə arxasından radio ilə aparmaq? Kim belə aparıcılıq görüb? Əminəm ki, heç kəs! Əminəm ki, bundan sonra da görməyəcəyik!. Mehdiyevsayağı yanaşmadır. Əsas məqsəd Hidayət Orucovun səhnədə görünməməsidir! Qərəzini, təqibini bununla da soyutmadı.
Bazar günüydü, yubileydən yüksək qonaqları yola salandan sonra bir az dincəlmək, özümə gəlmək istəyirdim. Müvafiq yerə vacib bir məsələ üçün hökumət telefonu ilə zəng çalmalıydım, gördüm telefon işləmir. Prezidentin İşlər İdarəsinin müdiri Oqtay Şahbazova zəng çalıb telefonun işləməməsinin səbəbini soruşdum. Dedi: “Dünən Ramiz Mehdiyev zəng çalıb əmr etdi ki, Hidayət Orucovun evindəki hökumət telefonunu kəsin”. Dünən? Şeyxülislamın yubileyinin ertəsi günü. Bu da yubileyin hazırlanmasına sərf edilən azı üç ayda zəhmətimin “mükafatıydı”.
Məsələ tam aydın olsun deyə bir az önə dönməliyəm. On dörd il Dövlət müşaviri işlədiyim müddətdə evimdə həmişə hökumət telefonu olub. Prezident məni Dövlət Komitəsinə sədr təyin edəndə soruşdu:
- Dövlət müşavirinin Dövlət Komitəsinin sədrindən nə üstünlükləri var? Maaşda və sairə...
Dövlət müşavirinin maaşı sədrə nisbətən yuxarı idi. Onu demədim.
- Evimdə hökumət telefonu var – dedim.
- O elə Dövlət Komitəsidir ki, indiki halda sədrin evində də hökumət telefonu lazımdır. Oqtay Şahbazova deyin ki, nə var – hamısı qalır.
Mən də Oqtay Şahbazova dedim. Sədr postumda evimdə üç ildən çox hökumət telefonu oldu. Hətta yay aylarında bağda yaşayanda hökumət telefonunu ora köçürdülər. Və evdə hökumət telefonu həm dövlət müşavirinə, həm də dövlət komitəsinin sədrinə çox gərəkli idi – o telefonla gecələr Ulu Öndərə də, cənab Prezidentə də məruzələr etmişəm. Onlar da mənə zəng çalıblar… Lakin Mehdiyevin qərəzi heç nəyə baxmırdı, hətta Prezidentin tapşırığı ilə evimə qoyulan hökumət telefonunun götürülməsinə də.
Mehdiyev Aparatın özündə mənə qarşı qrup formalaşdırmışdı. Bu yazıda iki yerdə onlar haqqında adlarını çəkmədən qeydim oldu, bu yazını oxuyanda özlərini ap-aydın görəcəklər.
Ancaq İsmayıl Vəliyevdən sonra ən sevimli köməkçisi Elnur Aslanovun “xidmətləri” xüsusilə qeyd edilməlidir.
(davamı növbəti saylarımızda)
Hidayət Orucov,
Sabiq dövlət müşaviri
Xəbər lenti
Hamısına baxDünya
27 Fevral 08:56
Sosial
27 Fevral 08:30
Dünya
26 Fevral 23:10
Dünya
26 Fevral 22:51
Dünya
26 Fevral 22:19
İqtisadiyyat
26 Fevral 21:47
Xəbər lenti
26 Fevral 21:28
Dünya
26 Fevral 21:23
İdman
26 Fevral 20:45
Xəbər lenti
26 Fevral 20:45
Dünya
26 Fevral 19:50
Dünya
26 Fevral 19:22
Dünya
26 Fevral 19:10
Gündəm
26 Fevral 18:38
YAP xəbərləri
26 Fevral 17:35
YAP xəbərləri
26 Fevral 16:43
YAP xəbərləri
26 Fevral 16:40
YAP xəbərləri
26 Fevral 16:16
YAP xəbərləri
26 Fevral 16:15
Dünya
26 Fevral 15:33
YAP xəbərləri
26 Fevral 15:32
YAP xəbərləri
26 Fevral 15:22
MEDİA
26 Fevral 15:19
İdman
26 Fevral 15:17
İqtisadiyyat
26 Fevral 15:13
YAP xəbərləri
26 Fevral 14:38
YAP xəbərləri
26 Fevral 14:34
Dünya
26 Fevral 14:31
YAP xəbərləri
26 Fevral 14:30
Siyasət
26 Fevral 14:16
Sosial
26 Fevral 14:15
Sosial
26 Fevral 13:53
Dünya
26 Fevral 13:53
YAP xəbərləri
26 Fevral 13:32
Dünya
26 Fevral 13:25
Dünya
26 Fevral 12:42
YAP xəbərləri
26 Fevral 12:33
Hadisə
26 Fevral 12:27
İqtisadiyyat
26 Fevral 12:26
İqtisadiyyat
26 Fevral 12:24
Dünya
26 Fevral 12:19
YAP xəbərləri
26 Fevral 12:12
Xəbər lenti
26 Fevral 11:50
Siyasət
26 Fevral 11:48
YAP xəbərləri
26 Fevral 11:23
Siyasət
26 Fevral 10:49
Elm
26 Fevral 10:35
İqtisadiyyat
26 Fevral 10:12
Analitik
26 Fevral 09:54
Analitik
26 Fevral 09:30
Analitik
26 Fevral 09:15
Analitik
26 Fevral 08:52
Sosial
26 Fevral 08:34
Gündəm
26 Fevral 08:10
Siyasət
26 Fevral 07:50
Siyasət
26 Fevral 07:48
Siyasət
26 Fevral 07:48
Dünya
25 Fevral 23:07
Gündəm
25 Fevral 23:04
Maraqlı
25 Fevral 22:50
Gündəm
25 Fevral 22:25
YAP xəbərləri
25 Fevral 22:19
Dünya
25 Fevral 22:03
Dünya
25 Fevral 21:56
YAP xəbərləri
25 Fevral 21:25
Dünya
25 Fevral 21:13
Dünya
25 Fevral 20:51
Gündəm
25 Fevral 20:46
Dünya
25 Fevral 20:30
YAP xəbərləri
25 Fevral 20:14

