Milli tərəqqiyə hədəflənmiş gənclər siyasəti
02.02.2026 [15:34]
Bu gün yüksək beynəlxalq nüfuza malik olan, regionun lider dövləti, Suveren Azərbaycan Respublikası özünün layiqli inkişaf dövrünü yaşayır və xalqımızın firavan həyatı daim təmin olunur. Həyatın bütün sahələrinin inkişafı ilə bərabər ölkəmizdə milli tərəqqiyə hədəflənmiş Dövlət Gənclər Siyasəti uğurla həyata keçirilir.
Xalqımızın və dövlətimizin bu günə gəlib çatmasının əsasında məhz Heydər Əliyev şəxsiyyəti dayanır. “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin inkişafı üçün misilsiz tövhələr verib.
Hələ 1969-cu ildə ilk dəfə ölkə rəhbərliyinə gələn Ulu Öndər gənclərin inkişafına xüsusi önəm vermiş, hərtərəfli kadrların hazırlanmasını əsas vəzifələrdən hesab etmiş, yüzlərlə gəncin yüksək təhsil almaları üçün xaricə və digər İttifaq ölkələrinə göndərilməsini təmin etmişdir. Həmin vaxtdan əsası qoyulan gənclər siyasəti uğurla davam etmiş, gənclərin inkişafı və təşkilatlanması üçün bir çox təsisatlar yaradılmış, gəncləri birləşdirən digər ictimai birlik və təşkilatların yaradılması müasir gəncliyin yetişməsinə stimul vermişdir. Ümummilli liderimiz Heydər Əliyev hər zaman gəncləri Azərbaycanın gələcəyi adlandıraraq müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayaraq bu işləri daim diqqət mərkəzində saxlayıb. Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-ci il fevralın 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Qısa müddət ərzində “Dövlət Gənclər siyasəti haqqında” Qanun və gənclərin təhsili, hərtərəfli inkişafı ilə bağlı çox saylı Fərman və Sərəncamlar, Dövlət Proqramları imzalandı.
Möhkəm sütunlar üzərində qurulan gənclər siyasəti bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il “Gənclər İli” elan edilib, Respublikanın şəhər və rayonlarında Gənclər evləri yaradılıb. Prezident İlham Əliyev tərəfindən 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalanıb. Bir sözlə gənclər dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə edilib. Artıq Azərbaycan gəncliyi hər il özünün ən xöşbəxt və qürurlu Gənclər Gününü qeyd edir. Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyev xüsusi olaraq Azərbaycan gənclərinin, mərd oğullarının qəhrəmanlığını qeyd etmişdir. Məhz, Möhtəşəm Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı ordumuzun, xüsusilə də vətənpərvər gənclərimizin göstərdiyi şücayət, canları-qanları bahasına torpaqlarımızı işğaldan azad etmələri bir qəhrəmanlıq dastanıdır. Şuşanı ağlasığmaz əməliyyatla azad edən ordumuzun əsgər və zabitlərinin mütləq əksəriyyəti gənclər oldu.
Bu gün Respublika Prezidenti İlham Əliyev tərəfindən Dövlət Gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində müasir, vətənpərvər gənc nəsil yetişib. Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad, sabitlik olan və özünə güvənən ölkədə yaşayır. Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncinin səsi dünyanın ən yüksək kürsülərindən gəlir, yüksək səviyyəli idmançılarımız öz möhtəşəm qələbələri ilə Azərbaycan bayrağını dünyanın hər yerində dalğalandırır.
Dövlət Gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərin üzə çıxarılmasıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsindən ibarətdir. Bu istiqamət üzrə də işlər yüksək səviyyədə həyata keçirilir və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın misilsiz əməyi hesabına gənc istedadlar üzə çıxarılır və milli mənəvi dəyərlərə sadiq, yüksək potensiallı gənc nəsil yetişir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi Milli tərəqqiyə hədəflənmiş Gənclər siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafını təmin edir.
Bununla yanaşı daim yeniləşən dünyada yeni tələbat yarandığı üçün hər bir gənc yaradılmış münbit şəraitdən maksimum yararlanmalı və öz üzərində işləyərək milli mənəvi dəyərlərə bağlılığını daha da gücləndirməli, ictimai və yaradıcı fəallığını artırmalı, potensialını milli prioritetlərə yönəltməli və cəmiyyətin inkişafında daha fəal iştirakını təmin etməldir. Bu gün əsas hədəflərdən biri gənclərin innovasiya yönümlü potensialının aşkarlanması, yaradıcılıq bacarığının təkmilləşdirilməsidir və öz potensialları ilə fərqlənən gənclərin daim irəli çəkilməsi prioritet təşkil edir. Gələcəyin çağırışlarına öz töhfələrini vermələri üçün gənclər daha da aktiv olmalı, təşəbbüskarlıq, ictimai fəallıq və sosial məsuliyyət, yaradıcılıq və innovasiya, komanda ruhu və özünüinkişaf vərdişlərinin aşılanması, balanslı həyat və ünsiyyət qurmaq bacarıqlarının artırılması əsas vəzifələrdəndir.
Əminəm ki, qədirbilən xalqımız bu gün dünyaya günəş kimi doğan Müasir Müstəqil Suveren Azərbaycanı bizlərə bəxş etdiklərinə, xüsusilə də gələcəyimizin təminatçısı olan müasir gənclərə göstərilən yüksək dövlət qayğısına görə əbədiyaşar Ulu Öndərimiz Heydər Əliyevi daim hörmət və ehtiramla anacaq, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə və Birinci Vitse Prezident, YAP sədrinin birinci müavini Mehriban xanım Əliyevaya daim minnətdar olacaqdır.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

