Azərbaycan Gəncləri Günü gənc nəslin dövlətçilikdə strateji rolunun rəmzi kimi
02.02.2026 [13:56]
Azərbaycanın müasir dövlətçilik tarixində 2 Fevral – Azərbaycan Gəncləri Günü sadəcə təqvimdə qeyd olunan bir tarix deyil, gənc nəslin inkişafına yönəlmiş uzunmüddətli və düşünülmüş strategiyanın başlanğıc nöqtəsidir. Tarixi mərhələlərə nəzər saldıqda aydın görünür ki, Azərbaycan cəmiyyətində bütün dövrlərdə gənclərin formalaşması, milli şüurunun inkişafı və vətənpərvərlik ruhunda tərbiyəsi prioritet məsələ kimi qəbul edilib. Hələ 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə gənclərin milli kimlik dəyərləri əsasında yetişdirilməsi istiqamətində mühüm addımlar atılmışdı.
XX əsrin sonlarında bu ideyalar Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə yeni məzmun və keyfiyyət mərhələsinə yüksəldi. Cəmiyyətdə baş verən ictimai-siyasi dəyişikliklər gənclərin qarşısında duran vəzifələri və problemləri də yenidən formalaşdırdı. Məhz bu reallıqlar fonunda 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması dövlət gənclər siyasətinin institusional əsaslarını qoydu. 1997-ci ildə 2 Fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi təsis edilməsi isə dövlətin gənclərə olan yüksək etimadının və inamının rəmzinə çevrildi.
Heydər Əliyevin imzaladığı çoxsaylı sənədlər gənclərin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaratdı, gənclər siyasətinin məqsəd və prinsiplərini sistemli şəkildə müəyyənləşdirdi. Ulu Öndər gənclərin hərtərəfli inkişafını onların keyfiyyətli təhsil almasında görür, bu istiqamətdə konkret təşəbbüslərlə çıxış edirdi. 2003-cü ildə minlərlə azərbaycanlı gəncin dünyanın aparıcı ölkələrində təhsil almasına şərait yaradılması, yüksək nəticə göstərən abituriyentlərlə şəxsi görüşlərin keçirilməsi və “Prezident təqaüdü”nün təsis edilməsi gənclərin elmə və biliyə marağını əhəmiyyətli dərəcədə artırdı.
Zaman keçdikcə Azərbaycan gəncliyi dövlət və cəmiyyət həyatında aparıcı qüvvəyə çevrildi. 1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyevin səsləndirdiyi “Hər bir Azərbaycan gənci müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir” fikri gənclər siyasətinin ideoloji əsasını formalaşdırdı. Ulu Öndər gəncliyi yalnız gələcəyin deyil, həm də bu günün əsas dayağı kimi qiymətləndirirdi.
Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilir. Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, sosial müdafiəsi, xaricdə təhsili, ictimai fəallığının artırılması və təşkilatlanması istiqamətində həyata keçirilən tədbirlər dövlətin gənclərə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir. “Gənclər ili”nin elan edilməsi, Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”, “Yüksəliş” müsabiqəsi və könüllülük hərəkatının genişlənməsi gənclərin liderlik, innovasiya və yaradıcılıq potensialını gücləndirən mühüm təşəbbüslərdir.
Müasir Azərbaycan gəncliyi artıq “Zəfər Nəsli” kimi tanınır. 44 günlük Vətən müharibəsi sübut etdi ki, müstəqillik dövründə formalaşan gənclər yüksək milli ruh, cəsarət və fədakarlıq nümayiş etdirməyə qadirdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, torpaqlarımızın azad olunmasında əsas qüvvə məhz bu gənclər oldu. Onlar Vətən uğrunda həm döyüş meydanında, həm də informasiya cəbhəsində fəal iştirak edərək xalqımızın ən yeni tarixini şərəfli səhifələrlə zənginləşdirdilər.
Bu gün ölkənin sosial, iqtisadi və siyasi həyatının bütün sahələrində gənclərin fəal iştirakı müşahidə olunur. Gənc kadrların irəli çəkilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Gənclərin məşğulluğunun təmin edilməsi, istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr gənc nəslin gələcəyinə verilən dəyərin göstəricisidir.
Prezident İlham Əliyevin gənclərə ünvanladığı “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir” sözləri Azərbaycan dövlətinin gənclərə olan sarsılmaz etimadını və bu etimadın qarşılıqlı olduğunu aydın şəkildə ifadə edir.
Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

