Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı hesabat-seçki yığıncağı keçirib
02.02.2026 [09:59]
Yanvarın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı “Rəşid Behbudov küçəsi 134” ünvanı üzrə (Azərbaycan Dillər Universiteti) ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Yığıncağı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbir iştirakçılarını salamlayıb, təşkilatı məsələlər barədə məlumat verib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran bütün məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranıb. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük siyasi gücə çevrilib. Cəmiyyətimizin demək olar ki, bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirən Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır. YAP üzvlərinin böyük hissəsi gənclərdən ibarətdir ki, onlar Azərbaycanın bugünkü inkişafına mühüm töhfələr verirlər.
Tədbirdə çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla Azərbaycanın ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyasının oynadığı mühüm roldan danışıb. Bildirilib ki, YAP Azərbaycanı xoşbəxt gələcəyə aparan qurum kimi bu gün də öz missiyasını uğurla həyata keçirir. Bu Partiyanın üzvü olmaq isə şərəfli iş, sədaqət, ləyaqətli missiyadır.
YAP ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirən rektor bildirib ki, Prezident İlham Əliyevin göstərdiyi yeni hədəflər bizi yeniliklərə getməyə sövq edir. Bizim ən ümdə vəzifəmiz universitetimizin əməkdaşlarını partiya ətrafında daha da sıx birləşdirməkdir.
Hesabat-seçki yığıncağında çıxış edən dosent Qorxmaz Mustafayev ötən beş il ərzində YAP ərazi partiya təşkilatının gördüyü işlərdən danışıb. Bu fəaliyyət qənaətbəxş hesab edilib və ona YAP Nəsimi rayon təşkilatının Təşəkkürnaməsi təqdim olunub.
Daha sonra yığıncaqda təşkilati məsələlərə baxılıb. Səsləndirilən təkliflərə əsasən, ADU rektorunun inzibati idarəetmə məsələləri üzrə müşaviri Coşqun Dadaş oğlu Dadaşovun ərazi partiya təşkilatının sədri, ADU-nin İngilis və alman dilləri fakültəsinin dekanı, dosent Naibə Elxan qızı Camalzadənin isə sədr müavini vəzifələrinə namizədliyi irəli sürülüb. Səsvermə üzrə hər iki şəxs yekdilliklə qeyd olunan vəzifələrə seçilib. Ərazi partiya təşkilatının yeni seçilmiş sədri çıxış edərək göstərilmiş etimada görə təşəkkürünü bildirib.
İclasın sonunda YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov yeni seçilən sədri və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb, onları daha da fəal olmağa, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırıb.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09

