Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BDYPİ sürücülərə və piyadalara müraciət edib

BDYPİ sürücülərə və piyadalara müraciət edib

18.12.2025 [13:39]

Piyadavurma hadisələri yol qəzası olmaqla yanaşı, həm də ailələrin taleyinə dəyən zərbədir. Təəssüf ki, bir anlıq diqqətsizlik, tələskənlik və ya məsuliyyətsiz qərar bəzən geridönüşü olmayan nəticələrə səbəb olur.

Yollarda ən müdafiəsiz hərəkət iştirakçısı piyadadır. Onların təhlükəsizliyi isə sürücü intizamından bilavasitə asılıdır. Piyada keçidinə yaxınlaşarkən azaldılmayan sürət, vaxtında verilməyən reaksiya bir ömrü yarıda qoya bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə və piyadalara ünvanlanan müraciətində deyilir.

BDYPİ hər kəsi yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır: “Sürücülər, sükan arxasında olduğunuz hər saniyə bir həyatın məsuliyyətini daşıyırsınız. Piyada keçidlərinə yaxınlaşarkən sürəti azaldın, uşaqlara, yaşlılara, xüsusilə gecə saatlarında və məhdud görünmə şəraitində piyadalara qarşı daha diqqətli olun. Piyadalar, təhlükəsizlik, ilk növbədə, sizin davranışınızdan başlayır. Yolu yalnız müəyyən edilmiş yerlərdən keçin, işıqforun tələblərinə əməl edin və unutmayın ki, tələskənliyiniz həyatınız bahasına başa gələ bilər. Unutmayaq ki, bir anlıq ehtiyatsızlıq bir ömürlük peşmanlığa çevrilə bilər”,- deyə müraciətdə bildirilir

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Tramp imzaladı

20 Dekabr 09:32  

Sosial

Həmrəy olmaq!

20 Dekabr 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Dekabr 08:27  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31