Slovakiya ilə əməkdaşlıq Azərbaycanın Avropa ilə əlaqələrində yeni mərhələnin başlanğıcıdır.
10.12.2025 [15:05]
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Azərbaycanla Slovakiya arasında Strateji Tərəfdaşlıq Bəyannamə Avropada yeni geosiyasi düzənlərin formalaşdığı bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd iki ölkə arasında enerji təhlükəsizliyi, müdafiə sənayesi və Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı daha yüksək mərhələyə qaldırmaqla yanaşı, regional siyasi dinamikanı da gücləndirir.
Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Azərbaycandan Avropaya əlavə qaz tədarükü imkanları Slovakiyanın enerji xəritəsinə yeni nəfəs gətirir. Artıq bir ilə yaxındır ki, Slovakiya Azərbaycandan qaz alır və bununla da Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 14-ə çatıb. Bu fakt Azərbaycanın enerji təminatçısı kimi strateji rolunu daha da möhkəmləndirir və Avropanın enerji təhlükəsizliyində ölkəmizin xüsusi yerini təsdiqləyir.
Bu tərəfdaşlıq təkcə ikitərəfli münasibətləri gücləndirmir, həm də Mərkəzi Avropa ölkələrinin Cənubi Qafqaz siyasətində yeni xəttin formalaşmasına şərait yaradır. Sənəd göstərir ki, Azərbaycan artıq yalnız enerji təchizatçısı deyil, modern texnologiyalar, təhlükəsizlik və infrastruktur sahələrində də etibarlı tərəfdaşdır.
Prezident cənab İlham Əliyevin gələcəyə hesablanmış balanslı siyasəti sayəsində Azərbaycan regionda sabitliyin, enerji təhlükəsizliyinin və strateji əməkdaşlığın əsas təminatçılarından birinə çevrilib və Avropanın yeni geosiyasi düzənində mühüm mövqeyə sahibdir.
Slovakiyaya səfəri çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat Azərbaycan–Slovakiya münasibətlərinin strateji məzmununu, bu tərəfdaşlığın regional və qlobal kontekstdə əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının vurğuladığı kimi, Slovakiya və Azərbaycan təkcə dost ölkələr deyil, eyni zamanda strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş iki müttəfiqdir. Ötən il imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu münasibətləri ən yüksək mərhələyə daşımaqla, iki ölkə arasında bütün istiqamətlər üzrə praktik, sistemli və dinamik əməkdaşlığa şərait yaradıb.
Ənənəvi əməkdaşlıq sahələrindən olan energetika iki ölkə münasibətlərinin əsas dayaqlarından biri olaraq qalır. Azərbaycan qazının bir il əvvəl ilk dəfə Slovakiyaya nəqli bu tərəfdaşlığın konkret nəticəsidir və Azərbaycan Slovakiyanın ehtiyac duyduğu istənilən həcmdə enerji resurslarını təmin etmək potensialına malikdir. Azərbaycanın zəngin təbii qaz yataqları, hazırkı 25 milyard kubmetrlik illik ixrac gücü və xüsusilə Avropa İttifaqına üzv 8 ölkənin Azərbaycan qazından yararlanması ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu təsdiqləyir. Yeni yataqların istismarı ilə həm Slovakiyaya, həm də region ölkələrinə qaz təchizatının daha da genişləndirilməsi mümkün olacaq.
Slovakiyanın uğurlu inkişaf modeli, xüsusilə müstəqil xarici siyasət kursu Azərbaycanda yüksək qiymətləndirilir. Buna görə ölkənin bəzi hallarda müəyyən təzyiqlərlə üzləşməsi, lakin istiqamətindən dönməməsi Prezident İlham Əliyevin sözləri ilə desək, həm bölgədə, həm də geniş coğrafiyada Slovakiya rəhbərliyinə böyük hörmət qazandırıb.
Orta Asiyanı Avropa ilə birləşdirən ən təhlükəsiz və səmərəli marşrut məhz Azərbaycan ərazisindən keçir. Prezident İlham Əliyevin bəyanatında Slovakiya–Azərbaycan əlaqələrinin inkişafında nəqliyyat və bağlantı sahəsinin xüsusi prioritet olaraq nəzərdə tutulması bu istiqamətdə geniş əməkdaşlıq imkanlarının açıq olduğunu göstərir.
Ümumilikdə, Prezident İlham Əliyevin Slovakiyada səsləndirdiyi tezislər iki ölkə arasında münasibətlərin təkcə mövcud səviyyəsini deyil, həm də yaxın illərdə açılacaq yeni strateji istiqamətləri müəyyən edir. Enerji, nəqliyyat, müdafiə sənayesi, yüksək texnologiyalar və sənaye kooperasiyası kimi sahələrdə əməkdaşlıq Azərbaycan–Slovakiya tərəfdaşlığını Avratlantik və Avrasiya məkanında dayanıqlı, çoxölçülü və strateji əhəmiyyətli modelə çevirir.
Xəbər lenti
Hamısına baxİdman
20 Dekabr 23:32
İdman
20 Dekabr 22:18
Hadisə
20 Dekabr 21:20
Dünya
20 Dekabr 20:41
Hadisə
20 Dekabr 19:20
İqtisadiyyat
20 Dekabr 18:17
Siyasət
20 Dekabr 17:40
Siyasət
20 Dekabr 17:38
Dünya
20 Dekabr 16:35
Dünya
20 Dekabr 15:42
Dünya
20 Dekabr 15:17
İdman
20 Dekabr 14:50
Dünya
20 Dekabr 14:22
Dünya
20 Dekabr 13:45
Dünya
20 Dekabr 13:28
İqtisadiyyat
20 Dekabr 12:16
Siyasət
20 Dekabr 11:57
İqtisadiyyat
20 Dekabr 11:42
Siyasət
20 Dekabr 11:35
İqtisadiyyat
20 Dekabr 11:13
Analitik
20 Dekabr 10:59
MEDİA
20 Dekabr 10:38
Siyasət
20 Dekabr 10:16
Analitik
20 Dekabr 09:56
Analitik
20 Dekabr 09:32
Sosial
20 Dekabr 09:15
Sosial
20 Dekabr 08:52
Turizm
20 Dekabr 08:37
İdman
20 Dekabr 08:34
Ədəbiyyat
20 Dekabr 08:27
Siyasət
20 Dekabr 08:15
Dünya
20 Dekabr 08:12
Dünya
20 Dekabr 08:07
Dünya
19 Dekabr 23:35
YAP xəbərləri
19 Dekabr 23:20
Sosial
19 Dekabr 22:46
Dünya
19 Dekabr 22:30
YAP xəbərləri
19 Dekabr 22:19
Mədəniyyət
19 Dekabr 22:05
YAP xəbərləri
19 Dekabr 21:54
Dünya
19 Dekabr 21:25
Mədəniyyət
19 Dekabr 21:18
İdman
19 Dekabr 20:48
İqtisadiyyat
19 Dekabr 20:34
Dünya
19 Dekabr 20:31
YAP xəbərləri
19 Dekabr 20:15
Dünya
19 Dekabr 19:55
Sosial
19 Dekabr 19:53
YAP xəbərləri
19 Dekabr 19:32
Dünya
19 Dekabr 19:14
Hərbi
19 Dekabr 18:24
YAP xəbərləri
19 Dekabr 17:39
Xəbər lenti
19 Dekabr 17:28
Elm
19 Dekabr 17:04
Siyasət
19 Dekabr 16:57
Diaspor
19 Dekabr 16:22
Siyasət
19 Dekabr 16:00
Sosial
19 Dekabr 15:39
Siyasət
19 Dekabr 15:33
YAP xəbərləri
19 Dekabr 15:17
Siyasət
19 Dekabr 15:12
YAP xəbərləri
19 Dekabr 14:26
Siyasət
19 Dekabr 14:19
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:15
Siyasət
19 Dekabr 14:14
Siyasət
19 Dekabr 14:13
Siyasət
19 Dekabr 14:10
YAP xəbərləri
19 Dekabr 13:30
Sosial
19 Dekabr 12:50

