COVİD-19-dan daha təhlükəli!
03.12.2025 [08:12]
Yeni virus sürətlə yayılır...
Quş qripi hansı təhlükələrə səbəb ola bilər?
Dünya hələ də COVID-19 pandemiyasının yaralarını sağaltmağa çalışarkən, yeni virus xəbərdarlığı təşvişə səbəb olub. Son illər epidemiologiya sahəsində diqqət çəkən ən böyük təhlükələrdən biri quş qripi virusudur. Bugünlərdə “Reuters” agentliyinin verdiyi məlumata görə, quş qripi virusu mutasiyaya uğrayaraq insandan insana yoluxarsa, COVID-19-dan daha ağır pandemiyaya səbəb ola bilər.
Bu arada Avropa İttifaqı (Aİ) ölkələrində yeni, ölümcül qrip virusuna yoluxma halları qeydə alınıb. Avropa səhiyyə rəsmiləri artıq bir neçə Aİ ölkəsində aşkar edilmiş H5N5 qrip virusunun yeni variantı olan subklad k qrip virusunun sürətlə yayıldığını bildirirlər.
Mütəxəssislərin fikrincə, qrip mövsümü adi haldan daha tez başlaya və əvvəlki illərə nisbətən xeyli şiddətli ola bilər. Həkimlər virusun ötürülmə sürətindən və əlamətlərinin koronavirusa bənzərliyindən narahatdırlar.
Yeri gəlmişkən, 1968-ci ildə baş vermiş Honq-Konq qripi H3N2 adlı influenza A virusu tərəfindən yaranmışdı. Bu virus sürətlə yayılaraq milyonlarla insanın yoluxmasına səbəb olub. Xüsusilə, Asiya bölgəsində təsiri daha güclü hiss olunsa da, qısa müddətdə digər qitələrə də yayılıb.
1957-ci ilin Asiya qripi isə H2N2 virusu tərəfindən törədilmiş pandemiya idi. İlk olaraq Çində qeydə alınan virus çox sürətlə yayılaraq bir neçə ay içində bütün dünyanı əhatə edib. İkinci dalğası daha ölümcül olub və xüsusilə, məktəblilər, yaşlılar və xroniki xəstəliyi olanlar ağır keçirib. Asiya qripi qlobal səhiyyə sistemlərinə böyük təzyiq yaradıb və pandemiya nəticəsində təxminən 1-2 milyon insan həyatını itirib. Virus bir neçə il dövr etdikdən sonra 1968-ci ildə yeni H3N2 ştammının meydana çıxması ilə tamamilə geriyə çəkilib.
50 milyon insan həyatını itirib
1918-ci ilin İspan qripi H1N1 virusu ilə törədilmiş və tarixdə ən ölümcül qrip pandemiyası kimi tanınıb. Bu virus Birinci Dünya müharibəsi illərində meydana çıxmış və qeyri-adi dərəcədə yüksək ölüm nisbəti ilə seçilib. Digər qrip pandemiyalarından fərqli olaraq, İspan qripi gənc və sağlam insanlarda da ağır fəsadlara və qəfil ölüm hallarına səbəb olub. Qısa müddətdə dünya əhalisinin üçdə biri virusla yoluxdu və təxminən 50 milyon insan həyatını itirib. Bu pandemiya tibb tarixini dəyişdirən hadisə oldu və müasir epidemiologiyanın formalaşmasına böyük təsir göstərib.
Epizootoloji monitorinq keçiriləcək
Ölkəmizdə 8-12 dekabr tarixlərində quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək. Bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara baxış keçiriləcək. Xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil ediləcək.
Tədbirlər müddətində götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq.
Ölkəmiz üçün risk var?
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən virusoloq Murad Vəliyev bildirib ki, Avropada quş qripinin geniş yayılması ümumilikdə region üçün risk yaratsa da, Azərbaycan hazırda rəsmi şəkildə bu virusdan azad ölkə kimi qeyd olunur. Onun sözlərinə görə, buna baxmayaraq, tam təhlükəsizlikdən danışmaq mümkün deyil:
“Xəstə bir adamın - daşıyıcının ölkəyə gəlməsi yetərlidir ki, onu Azərbaycanda yaysın. Bu virus yeni bir forma daşıyıb, nəfəs yolu ilə keçmə şansı qazansa, daha ciddi təhlükələrə yol aça bilər. İstənilən halda, ilk dəfə quş qripi yayılanda Ümumdünya Səhiyyə Təşkilatının yardımı ilə xeyli işlərə nail olundu. Transsərhəd keçid zonalarında nəzarət gücləndirilməli, belə bir situasiya yaransa, quş ətinə nəzarət də epidemioloji cəhətdən artırılmalıdır”.
Yeni variant daha asan yayılır
Virusoloqun sözlərinə görə, ilkin araşdırma məlumatları göstərir ki, yeni H3N2 variantı əvvəlki ştammlara nisbətən xeyli asan ötürülür və ağır əlamətlərlə müşayiət olunur: “Xəstələr temperaturun kəskin yüksəlməsi, şiddətli halsızlıq, əzələ ağrıları və davamlı, güclü öskürəkdən şikayət edirlər. Klassik qripdə olduğu kimi, ağır xəstəlik riski də qalır. Yaşlılar və xroniki xəstəlikləri olanlar ən böyük risk altındadır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

