Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Avropa İttifaqı xəsis büdcə paketi qəbul edib

Avropa İttifaqı xəsis büdcə paketi qəbul edib

19.11.2025 [09:32]

Birlik üzvləri büdcəni 192,8 milyard avro məbləğində təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti Aİ-nin 2026-cı il üçün büdcəsi barədə razılığa gəlib. Layihədə 2026-cı il üçün ümumi öhdəliklərin həcmi 192,8 milyard avro, ödənişlərin həcmi isə 190,1 milyard avro məbləğində müəyyən edilib. Bununla yanaşı, 2021-2027-ci illər üzrə çoxillik maliyyə çərçivəsinin xərclər tavanı daxilində 2025-ci il üçün 715,7 milyon avro ehtiyat olaraq saxlanılıb.

Qeyd edək ki, AB-nin 2026-cı il üçün ümumi büdcəsi əvvəlki büdcə paketinə nisbətən 2 milyard avro azdır. Belə ki, 2025-ci ilin büdcənin ümumi məbləği 199,44 milyard avro, ümumi ödənişlər isə 155,21 milyard avro təşkil edir. Yəni, gələn il büdcə xərcləri azaldılır. Ancaq əsas xərclər əvvəlki ildəki kimi qalır, bəzi maddələrdə artımlar olunur.

192 milyard avroluq xərc büdcəsi Aİ-nin 2021-2027-ci illər üçün nəzərdə tutulan çoxillik maliyyə çərçivəsində qəbul edilən altıncı büdcə sənədidir.

Avropa Birliyinin Çoxillik Maliyyə Çərçivəsi (ÇMÇ) üzrə ortamüddətli baxışına əsaslanan büdcə layihəsi, eyni zamanda, COVID-19 pandemiyasından sonra bərpa tədbirlərini dəstəkləyən “NextGenerationEU” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərlə tamamlanır.

Müdafiə qabiliyyətinin artırılması

Növbəti büdcə planlaşdırması Aİ prioritetlərinin icrasına, mövcud çağırışlarla mübarizəyə, rəqabət qabiliyyətinin artırılmasına, investisiyaların artımı üzrə strateji məqsədləri dəstəkləməyə, yaşıl və rəqəmsal prioritetlərin inkişaf etdirilməsinə, Avropanın müdafiə hazırlığının gücləndirilməsinə, humanitar yardımın dəstəklənməsinə və miqrasiya təzyiqlərinin qarşılanmasına yönəldiləcək. Büdcədə, həmçinin gözlənilməz ehtiyaclardan və böhranlardan irəli gələn vəziyyətlərə çevik və effektiv reaksiya vermək üçün imkanlar da nəzərə alınıb.

Növbəti ilin maliyyə sənədinin optimist ssenarilərə əsaslandığını bildirən Aİ Şurasında Danimarka Sədrliyinin maliyyə naziri və 2026-cı il büdcəsi üzrə baş məruzəçisi Nikolaj Vammenin fikrincə, yeni büdcə paketi birliyin həm böhranlara çevik şəkildə reaksiya vermək, həm də strateji istiqamətlərdə irəliləmək gücünə sahib olduğunu təsdiqləyir. Büdcə Avropaya təhlükəsizlik, rəqabət qabiliyyəti və sərhəd nəzarəti kimi əsas prioritetlərə diqqət ayırmağa imkan verəcək. Bununla yanaşı, sənəd gözlənilməz böhranlar və təcili ehtiyaclar yarandıqda sürətli və təsirli maliyyə müdaxiləsinin mümkün olmasını təmin edəcək.

Aİ öz birliyinin güclənməsinə 73 milyard avro xərcləyəcək

Təsnifat baxımdan Aİ-nin büdcəsində 22-23,4 milyard avro vahid bazar, innovasiya və rəqəmsal inkişaf, 71,7-73,2 milyard avro birlik, dayanıqlıq və dəyərlər, 56 milyard avro təbii sərvətlər və ətraf mühit, 3,8-5 milyard avro miqrasiya və sərhəd idarəçiliyi üçün nəzərdə tutulub. Birliyin təhlükəsizlik və müdafiə qabiliyyətinin saxlanılması xərcləri üçün 2,8 milyard avro planlaşdırılıb. Avropa daxilində dövlət idarəçiliyinin optimallaşdırılmasına isə 13,2 milyard avro, region ölkələri ilə qonşuluq siyasətinə, dünya təsisatları ilə inteqrasiyanın davamlılığına isə 15,6 milyard avro xərc proqnozlaşdırılır. Büdcə zərfində Aİ daxilində birliyin möhkəmləndirilməsini nəzərdə  tutan strateji qərarların qəbulu ilə yanaşı, üzv dövlətlərin iqtisadi təhlükəsizliyinə və strateji inkişafına mühüm töhfə verəcək prioritetlər də əks olunub. Bu xərclər xüsusi alətlər təsnifatı üzrə qruplaşdırılıb və 5,8 milyard avronun ayrılması təsdiqlənib.

Ukrayna üçün xərclər yenə prioritet olacaq

N. Vammenin fikrincə, Aİ-nin növbəti ilin büdcə baxışlarına, regional təhlükəsizliyin möhkəmləndirilməsi çərçivəsində Ukrayna üçün əlavə ehtiyacların səfər edilməsi və miqrasiya tədbirlərinin idarə olunması, Yaxın Şərqdəki böhrana cavab vermək üçün ictimai-humanitar alətlərin tətbiqi və digər məsələlər maliyyə ehtiyacları təsnifatına daxil edilib. “Ukrayna üçün Ukrayna mexanizmi” xərc maddəsi üzrə sabit və proqnozlaşdırıla bilən maliyyələşdirmə, eləcə də təhlükəsizlik və müdafiə, sığınacaq və miqrasiya üçün gücləndirilmiş dəstək proqramlarına yönələcək vəsaitin həcmi açıqlanmasa da, Aİ-nin strateji xərc portfelində bir neçə milyard avronun nəzərə alındığı istisna deyil. Məsələn, büdcədəki miqrasiya və sərhəd idarəçiliyi üçün nəzərdə tutulmuş 5 milyard avronun, habelə xüsusi xərclərdəki 5,8 milyard avronun Ukraynaya ayrılması mümkün hesab edilə bilər.

İttifaqın borcu ÜDM-in 84 faizinə çatacaq

Aİ-nin iqtisadçılarının qənaətinə görə, birlik ölkələrinin iqtisadi potensialı büdcə xərclərini təmin etməyə imkan verəcək, ancaq büdcədə kəsirlər və borcun artması da qaçılmazdır. Avropa Komissiyasının komissarı Valdis Dombrovskis bildirib ki, əksər ölkələrdə borcun həcmi büdcədə borc xidmət xərclərini artırmış olacaq. Bunun başlıca səbəbi Aİ regionunda qlobal iqtisadiyyatda qeyri-müəyyənlik təsirləri ilə yanaşı, müdafiə xərclərinin ciddi artımının davam etməsidir. Proqnozlara görə, 2025-ci ildə Aİ-nin 11 üzv ölkəsində büdcə kəsiri ÜDM-in 3 faizni aşacaq. Həmin ölkələr sırasında Belçika, Almaniya, Fransa, Latviya, Malta, Avstriya, Slovakiya, Finlandiya, Macarıstan, Polşa və Rumıniya yer alır. İtaliyada isə büdcə kəsirinin ÜDM-in 3 faizinə qədər azalacağı fərz edilir. Ümumilikdə, Aİ-nin dövlət büdcəsi kəsirinin 2026-cı və 2027-ci illərdə 3,4 faizə yüksələcəyi gözlənilir. Aİ-nin dövlət borcu isə gələn il ÜDM-in 84, 2027-ci ildə 85 faizə qədər artacağı ehtimal olunur.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Səssiz qatil...

19 Noyabr 08:30

Sosial

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Mədəniyyət

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30