Moskvanın “təkzib” manevri...
18.11.2025 [10:25]
Rusiya Ukraynadakı səfirliyimizə hücumu başqa “ünvanlara” istiqamətləndirməyə çalışır
Noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyməsi qlobal mühitdə ciddi etirazla qarşılanmışdı. Xatırladaq ki, raketlərdən biri səfirliyin ərazisinə düşmüşdü və səfirliyimizin binası da daxil olmaqla divarlarına ciddi zərər dəymişdi. Xatırladaq ki, bu, artıq birinci hal deyil. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. Lakin sonuncu ziyan miqyasına görə daha böyük və ciddi olub.
Hadisə baş verəndən sonra noyabrın 14-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Kiyevə raket və dron hücumları nəticəsində “İsgəndər” tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və səfirə müvafiq nota təqdim edilib. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırladılıb. Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb edilib.
Beynəlxalq aləm etiraz etdi...
Bu hücum bir çox xarici dövlətlər və təşkilatlar tərəfindən narahatlıqla qarşılanmışdı. Məsələn, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatında Rusiya tərəfindən Ukraynaya endirilən, o cümlədən Azərbaycan səfirliyinə də ziyan vurulmasına səbəb olan raket və pilotsuz uçuş aparatları ilə hücumlar qətiyyətlə pislənilirdi. “Bu misilsiz miqyaslı hücumlar - təxminən 430 pilotsuz uçuş aparatı və 18 raket - yeni bir eskalasiya olmaqla yanaşı, Rusiyanın sülh naminə çalışmağa hazır olmadığını bir daha göstərir”, -deyə bəyanatda vurğulanırdı.
Rumıniya Xarici İşlər Nazirliyi də “X” hesabında Azərbaycanla tam həmrəylik ifadə edərək Kiyevdə səfirliyin raket zərbəsinə məruz qalmasını “məsuliyyətsiz hərəkət” adlandırmış, bunu Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirmişdi.
O cümlədən, Belçikanın xarici işlər naziri Maksim Prevo “X” sosial media hesabında Kiyevdəki Azərbaycan səfirliyinə endirilən zərbədən narahatlığını ifadə etmişdi. O vurğulamışdı ki, diplomatik missiyaya hücum qəbuledilməzdir və beynəlxalq sistemin prinsiplərinə ziddir. Onun sözlərinə görə, Belçika Azərbaycanın və səfirlik əməkdaşlarının yanındadır.
BMT-nin Baş katibi Antonio Quterreş də Azərbaycanın Ukraynadakı səfirliyinə edilən hücumu qınayıb. Bu barədə BMT-nin sözçüsü Stefan Dujarrik ənənəvi olaraq keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, BMT-nin Baş katibi Ukraynanın genişmiqyaslı raket və dron zəbələrinə tutulmasını və bunun nəticəsində Kiyevdə 6, Çernomorsk şəhərində isə 2 mülki şəxsin həlak olmasını qətiyyətlə pisləyir. S.Dujarrik nəzərə çatdırıb ki, raket hücumları zamanı çoxsaylı mülki obyektlərə, enerji infrastrukturuna və Azərbaycan Respublikasının səfirliyinə ciddi ziyan dəyib. Qeyd edib ki, mülki infrastrukturun və diplomatik nümayəndəliklərin atəşə tutulması beynəlxalq humanitar hüquqa ziddir və yolverilməzdir. Göründüyü kimi, baş verən hadisə qlobal dünya tərəfindən etirazla qarşılanıb. Diplomatik korpusların müdafiə olunması, onların təhlükəsizliyinin təmin edilməsi hətta müharibə dövründə belə mütləşq hal kimi önə çəkilir.
Rusiya təkzib etməyə çalışır - fakt isə ortadadır...
Rusiya tərəfi isə maraq doğuran bir açıqlama ilə çıxış edib - belə ki, Moskva Belçikanın xarici işlər naziri Maksim Prevonun Azərbaycanın Kiyevdəki səfirliyinə dəyən ziyanın Rusiya ordusu tərəfindən vurulması ilə bağlı açıqlamasını təkzib edib. Bu barədə “Kommersant” nəşri yazıb. Mənbə qeyd edir ki, Rusiyanın Belçikadakı səfirliyi bu ittihamları “əsassız və tələsik verilmiş” adlandırıb. Rusiya səfirliyinin açıqlamasında iddia olunur ki, Azərbaycan səfirliyinə dəymiş ziyan ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən buraxılan raketlərin qalıqları səbəbindən yarana bilər. Rusiya Xarici İşlər Nazirliyi də yayımladığı press-relizdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə zərbələr planlaşdırarkən diplomatik missiyaların yerləşdiyi ünvanları nəzərə alır. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, həmin gün endirilən zərbələr Ukraynanın müdafiə-sənaye kompleksinə və enerji infrastrukturu obyektlərinə yönəlib. Zərbələr zamanı “Kinjal” hipersəs raketləri və zərbə PUA-larının tətbiq edildiyi qeyd olunub.
Hər bir halda fakt ortadadır - məhz Rusiyanın hücumu zamanı Ukraynadakı Azərbaycan səfirliyi zərbə alıb - o cümlədən Azərbaycan öz etirazını Moskvaya da səfirlik vasitəsi ilə bildirib. Belə olan halda, Rusiyanın mövzunu yayındırmaq üçün fərqli məcralara yönləndirmək cəhdi uğursuzluq vəd edir...
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Gündəm
01 İyun 20:39
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Gündəm
01 İyun 20:19
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31

