Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığı yeni mərhələdə
17.11.2025 [23:17]
Səyyad Mirzəyev
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin hazırkı səviyyəsini, strateji əməkdaşlıq perspektivlərini və regional proseslər fonunda qarşılıqlı dəstəyin əhəmiyyətini bir daha nümayiş etdirib. Müsahibədə Prezident Əliyev siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın dinamik inkişafını xüsusi vurğulayıb. Dövlət başçısı müsahibədə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakının əhəmiyyətini qeyd edərək, region ölkələri ilə əlaqələrin son illər sürətlə dərinləşdiyini bildirib. Prezident vurğulayıb ki, qarşılıqlı səfərlərin intensivliyi, imzalanan çoxsaylı sənədlər və strateji təşəbbüslər Mərkəzi Asiya ilə Azərbaycan arasında əməkdaşlığın ən yüksək səviyyədə olduğunu göstərir.
Ötən illər ərzində Mərkəzi Asiya ölkələrinin liderlərinin Azərbaycana 30-a yaxın səfəri, Azərbaycan Prezidentinin isə region ölkələrinə 13 rəsmi səfəri bu dinamikanın bariz nümunəsi kimi göstərilir.
Prezident Əliyev müsahibədə Azərbaycan–Özbəkistan əlaqələrini qardaşlıq, etibarlı müttəfiqlik və strateji tərəfdaşlıq kimi xarakterizə edib. O, iki ölkəni birləşdirən ortaq tarix, dil oxşarlığı, mənəvi-kültürel dəyərlər və siyasi iradənin münasibətləri misilsiz səviyyəyə qaldırdığını bildirib. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə davamlı dəstəyi dövlət başçısı tərəfindən xüsusi təşəkkürlə qeyd olunub. Bununla yanaşı, Özbəkistanın Qarabağın bərpasına etdiyi töhfə – Füzuli şəhərində Mirzə Uluğbəy adına məktəbin inşası – iki ölkə arasındakı dostluğun simvolu kimi dəyərləndirilib.
Müsahibənin mühüm hissəsini təşkil edən iqtisadi əlaqələr üzrə Prezident İlham Əliyev bildirir ki, Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi son illər sürətlə artmaqdadır. 2025-ci ilin ilk 9 ayında ticarət həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 87,5% artaraq 319 milyon dollara yüksəlib.Hazırda Azərbaycanda təxminən 120-dən çox Özbəkistan sərmayəli şirkət fəaliyyət göstərir. Xankəndidə açılan birgə sənaye müəssisələri isə Qarabağın dirçəlişinə mühüm töhfə kimi qiymətləndirilir.
Prezident İlham Əliyev müsahibədə Orta Dəhlizin – Azərbaycan vasitəsilə keçən beynəlxalq nəqliyyat marşrutunun – əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, ölkələr arasında tranzit daşımaların həcmi hər il artır və bu sahədə böyük potensial mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt limanı, modern hava limanları və genişlənmiş avtomobil yolları Azərbaycanın regional nəqliyyatda rolunu gücləndirir.
Enerji sahəsində də əməkdaşlıq güclənir. SOCAR Özbəkistana neft və neft-kimya məhsulları ixrac edir, bərpa olunan enerji və enerji sistemlərinin inteqrasiyası üzrə yeni planlar müzakirə olunur.
Özbəkistan və Azərbaycan arasındakı mədəni əlaqələr tarixi bağlılıq və ortaq dəyərlərlə möhkəmlənir. Daşkənddə Heydər Əliyev meydanının, Bakıda “Özbəkistan Parkı”nın yaradılması iki qardaş xalqın dostluğunun rəmzidir. İki ölkə arasında imzalanmış hüquqi sənədlər əməkdaşlığın sağlam və dayanıqlı əsaslar üzərində qurulduğunu təsdiqləyir. Prezident Əliyev Özbəkistanın son illərdə həyata keçirdiyi islahatları yüksək dəyərləndirərək, ölkənin sürətli inkişafını böyük məmnuniyyətlə izlədiyini bildirib. Prezident cənab İlham Əliyev yaxın gələcəkdə Özbəkistana planlaşdırılan səfərinin münasibətlərə əlavə təkan verəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyevin UzA-ya müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin sadəcə dostluq səviyyəsində olmadığını, artıq müttəfiqlik, strateji tərəfdaşlıq və ortaq gələcək üzərində qurulduğunu bir daha göstərdi. Bu əlaqələr təkcə iki ölkənin maraqlarına deyil, həm də regional sabitliyə, iqtisadi inteqrasiyaya və türk dünyasının birliyinə xidmət edir.
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45

