Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Beyləqan rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirildi

Beyləqan rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirildi

18.11.2025 [16:01]

Beyləqan rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirildi.

Tədbir başlamazdan əvvəl müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Beyləqan rayonunda ucaldılmış abidəsi ziyarət olunaraq Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edildi.

Daha sonra tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi.

Ardınca YAP-ın yaradılmasının 33 illiyinə həsr edilmiş videoçarx nümayiş olundu.

Tədbirdə Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək bildirdi ki, ölkəmizin  ictimai - siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən  Ulu Öndərimiz Heydər Əliyevin  banisi olduğu Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyi çox mühüm bir ərəfədə - Konstitusiyamızın qəbul olunmasının otuzuncu, Qələbə günümüzün isə beşinci ilinin sevincini yaşadığımız günlərdə qeyd edirik. Məhz bu baxımdan da, bu gün Azərbaycanın son illərdə  qazandığı böyük naliyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin sədr olduğu Yeni Azərbaycan Partiyasının  fəaliyyət ilə bilavasitə bağlıdır. Yeni Azərbaycan Partiyasının 33 illik tarixi Azərbaycanın dövlət müstəqilliyinin inkişafı tarixidir. 21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə yazılan unudulmaz tarixi bir gündür. Həmin gün yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olmaqdan xilasının  əsası qoyulub.

Müşfiq Səfərov qeyd etdi ki, Vətən savaşındakı şanlı qələbədən sonra ölkədə aparılan islahatlar fonunda 05 mart 2021-ci il tarixdə Partiyanın VII Qurultayının keçirilməsi ölkənin  siyasi həyatında tamamilə yeni bir strategiyanın əsasını qoymuş, demokratik ənənələrin inkişafına ciddi töhfə vermişdir. Bu gün Yeni Azərbaycan Partiyası sistemli şəkildə yeni idarəetmə modelini özündə ehtiva edən bir çox mühüm addımlar atmaqdadır.

Tədbirdə çıxış edən Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov  bildirdi ki, 21  noyabr 1992-ci ildə Naxçıvan şəhərində 550 nəfər nümayəndənin  iştirakı  ilə Yeni Azərbaycan Partiyası təsis olundu və Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə hakimiyyətə gəldi. Bu xalqın dahi rəhbərə böyük inamının, onun rəhbərlik etdiyi partiyaya dəstəyinin  bariz ifadəsi idi. Yeni Azərbaycan Partiyası yaranmasaydı və Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi ölkəmiz tamamilə fərqli tale yaşayacaqdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın bəlalardan xilas olmasına gətirib çıxardı. Xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı. İslahatlar həyata keçirildi, separatizimin qarşısı  alındı. Azərbaycanın bu gün ki, inkişafa gəlib çatması üçün  əlverişli mühit yarandı. Beləliklə Partiyanın VII Qurultayında qeyd edildiyi kimi Yeni Azərbaycan Partiyası  əsl ümumxalq partiyasına  çevrildi.

Əziz Əzizov çıxışında qeyd etdi ki, bu gün 33 il şərəfli  yol keçən qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 730 mindən artıq insanı birləşdirir. Azərbaycanın  müstəqillik  tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəsti xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası 33 il şərəfli yol keçərək  monolitliyini qorudu, gücləndi, öz üstünlüyü, parlaq qələbəsi ilə heç bir seçkidə rəqib tanımadı. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyasının qazandığı qələbə  bir daha ölkə vətəndaşlarının Azərbaycan reallığına  verdiyi qiymət, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə inamının  ifadəsidir. Məhz bu gün sevinirik ki, Ulu Öndər Heydər Əliyevin  ideyaları yaşayır, qalib gəlir.

Sonra çıxış edənlər: Beyləqan rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Bayram Muradov, veteran partiya üzvü Bakir Həsənov qeyd etdilər ki, tarixin nadir şəxsiyyətlərindən biri  olan dahi rəhbər Heydər Əliyevin  müdrik, alternativi olmayan  siyasəti bu gün də yaşayır və onun elmi təməllərə söykənən inkişaf strategiyası Yeni Azərbaycan Partiyasının  sədri, ölkə Prezidenti cənab İlham  Əliyev tərəfindən yaradıcılıqla və uğurla  davam etdirilir. Ümummilli Lider Heydər Əliyev ideyalarının qurucusu və davamçısı Prezident İlham  Əliyevin  sayəsində Azərbaycan regionun  lider dövlətinə , dünyanın sabit və  sürətlə inkişaf edən ölkələrindən  birinə çevrilib. Bu uğurların əsasında xalqa xidmət etmək məharəti dayanır. Azərbaycan vətəndaşları dərindən inanır ki, bundan sonrada uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının  uğurları ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən  vətəndaşların Prezident İlham Əliyevə dərin  inamıdır.

Tədbirdə YAP Beyləqan rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə “Fəxri Fərman”, YAP sıralarına yeni qəbul edilmiş gənclərə isə üzvlük vəsiqələri təqdim olundu.

Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirildi.

Paylaş:
Baxılıb: 107 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Səssiz qatil...

19 Noyabr 08:30

Sosial

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Mədəniyyət

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30