/ / Kadr islahatları məmur-vətəndaş münasibətlərindəki müsbət tendensiyanın yüksəlməsinə xidmət edir
Kadr islahatları məmur-vətəndaş münasibətlərindəki müsbət tendensiyanın yüksəlməsinə xidmət edir
17.11.2025 [21:01]
12 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib. Qəbul zamanı dövlət başçısının çıxışı həm yeni təyinat alan məmurlara strateji istiqamət göstərdi, həm də son illərdə aparılan islahatların mahiyyətini bir daha nümayiş etdirdi, bir növ dövlət idarəçiliyində yeni mərhələnin konturlarını cızdı — şəffaflıq, xalqa xidmət və sosial ədalət prinsipi bu siyasətin əsas dayaqları kimi ön plana çəkildi.
Dövlət başçısı cənab İlham Əliyevin siyasətində vətəndaş məmnunluğunun təmin edilməsi bütün dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və dayanır. Məmur-vətəndaş münasibətləri dayanıqlı inkişafın təmin edilməsində əsas faktorlardan biri kimi önə çəkilir. Dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin hər sahədə nümunəvi olması istəyini ortaya qoyur və bunun üçün zəruri addımlar atır, müvafiq qurumlara tapşırıqlarını verir. Hər sahə üzrə konkret Dövlət proqramlarının qəbulunda da məqsəd bu sənəddən irəli gələn vəzifələrin uğurlu icrası, Azərbaycanın hərtərəfli inkişafına töhfə verməkdir. Yeni mərhələnin əsas məqsədi təbii ki, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bunun üçün ölkənin malik olduğu iqtisadi potensial daha da gücləndirilməli, qeyri-neft sektorunun inkişafı sürətləndirilməli, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunmalı, yeni iş yerlərinin açılmasına şərait təmin edilməli, sahibkarlıq inkişaf etdirilməli, sosial xidmətlərin həcmi, keyfiyyəti və ünvanlılığı əhəmiyyətli dərəcədə artırılmalıdır. Ölkəmiz qeyd olunan istiqamətlərin hər biri üzrə uğurlu nəticələrə nail olub. Bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bütün şəhərlərdə, kəndlərdə içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir. Ən əsası şəffaflığın təmin olunması prioritet məsələ kimi öndə saxlanılır. Nəzərdə tutulan islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artırır, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verir.
Prezident cənab İlham Əliyev hər bir rəhbər vəzifəli şəxsin xalqa xidmət etməyi özünün əsas missiyası hesab etməli olduğunu vurğulayaraq, yeni təyin olunan rəhbərlərə xatırlatdı ki, “xalqa yaxın olmaq, xalqla bir yerdə olmaq” idarəçiliyin başlıca qayəsidir. Bu, Prezidentin illərdir davam etdirdiyi “xalq dövləti” modelinin praktik ifadəsidir. Məhz bu prinsip sayəsində dövlət orqanları ilə vətəndaş arasında etimad körpüsü daha da möhkəmlənib.
Dövlət başçısı cənab İlham Əliyev bir daha bu çağırışı etdi ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Dövlət başçısı eyni zamanda bir daha xatırlatdı ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qətiyyətlə davam etdiriləcək və “heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq".
Bu mesaj cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə aparılan kadr islahatlarının davamı kimi səsləndi. Artıq bir çox yüksək vəzifəli şəxslərin məhkəmə qarşısında cavab verməsi dövlət sistemində “özünütəmizləmə” prosesinin reallığını sübut edir.
Atdığı hər addımı ilə 2003-cü ildə verdiyi “Mən hər bir vətəndaşın Prezidenti olacağam” vədini yüksək səviyyədə yerinə yetirdiyini təsdiqləyən Prezident cənab İlham Əliyevin dövlət məmurlarından tələbi hər zaman bu olub ki, xalqın yanında olun, onların qayğıları ilə yaşayın, həlli istiqamətində ciddi səylər göstərin.
İlham Əliyev həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan ölkənin inkişafını koordinasiya edən lider kimi çıxış edir. Onun sözləri ilə desək, “etimadı doğrultmaq, xalqa xidmət etmək, xalqın rəğbətini qazanmaq” hər bir rəhbərin borcudur. Bu, təkcə tapşırıq deyil — bu, Prezident İlham Əliyevin müəyyən etdiyi müasir Azərbaycan idarəçilik fəlsəfəsidir.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxSiyasət
19 Noyabr 10:37
İqtisadiyyat
19 Noyabr 10:33
Analitik
19 Noyabr 10:14
MEDİA
19 Noyabr 09:58
İqtisadiyyat
19 Noyabr 09:32
Analitik
19 Noyabr 09:15
Sosial
19 Noyabr 08:53
Sosial
19 Noyabr 08:30
Sosial
19 Noyabr 08:19
YAP xəbərləri
18 Noyabr 23:51
YAP xəbərləri
18 Noyabr 23:18
YAP xəbərləri
18 Noyabr 22:35
İdman
18 Noyabr 22:10
İqtisadiyyat
18 Noyabr 21:50
YAP xəbərləri
18 Noyabr 21:19
Siyasət
18 Noyabr 20:57
Siyasət
18 Noyabr 20:34
YAP xəbərləri
18 Noyabr 20:32
Dünya
18 Noyabr 20:19
Siyasət
18 Noyabr 19:56
Diaspor
18 Noyabr 19:45
Siyasət
18 Noyabr 19:41
YAP xəbərləri
18 Noyabr 19:30
Dünya
18 Noyabr 19:18
Sosial
18 Noyabr 19:06
Xəbər lenti
18 Noyabr 18:57
YAP xəbərləri
18 Noyabr 18:43
YAP xəbərləri
18 Noyabr 17:31
YAP xəbərləri
18 Noyabr 17:14
Siyasət
18 Noyabr 16:53
YAP xəbərləri
18 Noyabr 16:20
Xəbər lenti
18 Noyabr 16:17
İqtisadiyyat
18 Noyabr 16:16
Sosial
18 Noyabr 16:16
YAP xəbərləri
18 Noyabr 16:06
YAP xəbərləri
18 Noyabr 16:02
YAP xəbərləri
18 Noyabr 16:01
YAP xəbərləri
18 Noyabr 16:00
Dünya
18 Noyabr 15:39
YAP xəbərləri
18 Noyabr 15:18
Dünya
18 Noyabr 15:18
Dünya
18 Noyabr 15:17
Xəbər lenti
18 Noyabr 15:06
YAP xəbərləri
18 Noyabr 14:52
Dünya
18 Noyabr 14:43
Dünya
18 Noyabr 14:19
YAP xəbərləri
18 Noyabr 14:17
Dünya
18 Noyabr 13:21
Dünya
18 Noyabr 12:48
Dünya
18 Noyabr 12:16
İqtisadiyyat
18 Noyabr 12:08
İqtisadiyyat
18 Noyabr 11:47
Hadisə
18 Noyabr 11:47
Gündəm
18 Noyabr 11:45
Siyasət
18 Noyabr 11:13
MEDİA
18 Noyabr 10:59
İqtisadiyyat
18 Noyabr 10:41
Siyasət
18 Noyabr 10:25
İqtisadiyyat
18 Noyabr 10:14
Ədəbiyyat
18 Noyabr 09:58
Analitik
18 Noyabr 09:33
Analitik
18 Noyabr 09:16
Mədəniyyət
18 Noyabr 08:50
Sosial
18 Noyabr 08:37
Sosial
18 Noyabr 08:37
Mədəniyyət
18 Noyabr 08:32
Dünya
18 Noyabr 08:19
Sosial
18 Noyabr 08:18
Dünya
18 Noyabr 03:54
YAP xəbərləri
17 Noyabr 23:17

