Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ortaq dini və mənəvi dəyərlər

Ortaq dini və mənəvi dəyərlər

17.11.2025 [15:31]

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan ilə Özbəkistan arasındakı qardaşlıq münasibətləri bu gün yeni, strateji və dinamik inkişaf mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə bu münasibətlərin dərin mahiyyətini, çoxşaxəli istiqamətlər üzrə inkişaf perspektivlərini və hər iki xalqı birləşdirən sarsılmaz bağları bir daha aydın şəkildə ortaya qoyur. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan və Özbəkistanı yaxınlaşdıran təkcə coğrafi məkan deyil. Əslində, ölkələrimizi birləşdirən ən güclü körpü yüzillərin sınağından keçmiş tarixi-mədəni bağlar, ortaq dini və mənəvi dəyərlərdir. Bizim xalqlarımız eyni kökdən gəlir, eyni mədəni irsin daşıyıcısıdır və eyni ideallara xidmət edir. Bu ortaqlıq təkcə keçmişin yadigarı deyil, eyni zamanda gələcəyə yönəlmiş strateji əməkdaşlıq üçün etibarlı təməl yaradır. Bu günkü reallıq göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri artıq regional əməkdaşlıq çərçivəsini aşaraq qlobal səviyyədə də özünü göstərir. Siyasi dialoq yüksək etimad mühitinə söykənir, iqtisadi-ticarət əlaqələri genişlənir, enerji, nəqliyyat-logistika, müdafiə sənayesi, humanitar və digər sahələr üzrə əməkdaşlıq yeni mərhələyə keçib. Özbəkistanın Qarabağ və Şərqi Zəngəzurun bərpasında aktiv iştirak etməsi isə bu qardaşlığın sözlə yox, əməli fəaliyyətdə də öz təsdiqini tapdığını nümayiş etdirir. Prezident İlham Əliyevin müsahibəsində vurğuladığı ortaq dəyərlər sistemi — qarşılıqlı hörmət, dostluq, qardaşlıq, birlik və həmrəylik — iki ölkə münasibətlərinin ideoloji əsasını təşkil edir. Bu dəyərlər bizim əməkdaşlığımızı daha da möhkəmləndirir, regionda sabitlik, inkişaf və rifahın təmin edilməsinə xidmət edir. Azərbaycan və Özbəkistan liderlərinin xüsusi siyasi iradəsi sayəsində əlaqələrimiz ən yüksək səviyyəyə yüksəlib. Bu gün iki xalq arasındakı münasibətlər nümunəvi xarakter daşıyır və türk dünyasında inteqrasiyanın dərinləşməsinə ciddi töhfə verir. Türk Dövlətləri Təşkilatında əməkdaşlığımızın genişlənməsi isə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə yeni imkanlar açır.

Sonda qeyd etmək lazımdır ki, dövlət başçımızın UzA-ya müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin mahiyyətini, tarixi köklərini və gələcəyə yönəlmiş strateji vizyonunu peşəkar şəkildə ifadə edən mühüm sənəddir. Bu müsahibə xalqlarımızın birliyinin, dostluğunun və qardaşlığının daha da güclənəcəyinə inamı artırır. Ortaq dəyərlərə söykənən münasibətlərimiz, əsrlərin sınağından çıxmış qardaşlığımız və liderlərimizin strateji xətti iki ölkənin gələcək inkişafına, regionumuzun isə sabitlik və tərəqqisinə xidmət edir.

Paylaş:
Baxılıb: 215 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Səssiz qatil...

19 Noyabr 08:30

Sosial

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Mədəniyyət

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30