Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Cari ilin 9 ayında Azərbaycanda 20 milyon tondan çox neft hasil olunub

Cari ilin 9 ayında Azərbaycanda 20 milyon tondan çox neft hasil olunub

15.10.2025 [19:50]

Cari ilin yanvar-sentyabr ayları üzrə respublikada 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,17 faiz azalma deməkdir.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon tona yaxın təşkil edib.

Bu dövrdə 17,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub ki, bu da ötən illə müqayisədə 2,8 faiz azdır. Bunun 14,9 milyon tonu konsorsiumların, 2,1 milyon tonu SOCAR-ın, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.

Qeyd edək ki, bu ilin 9 ayında xam neft hasilatı orta hesabla gündəlik 62 min ton (458 min barel), kondensat hasilatı 13,7 min ton (112 min barel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,7 min ton (570 min barel) olub.

Hesabat dövründə neftin emalı 8 faiz azalaraq 4,6 milyon ton təşkil edib.

Paylaş:
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Hadisə

YAP xəbərləri

YAP xəbərləri

Gündəm

YAP xəbərləri

Sosial

İqtisadiyyat

MEDİA

Sosial

Aclıqla savaşmaq...

16 Oktyabr 08:59

Sosial

Ümid verən əllər...

16 Oktyabr 08:33

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31