Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Moskvadan Pekinə turist axını 83 faiz artıb

Moskvadan Pekinə turist axını 83 faiz artıb

13.06.2025 [19:50]

Moskvadan Pekinə turist axını 2025-ci ilin ilk beş ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83 faiz artıb.

AZƏRTAC xəbər verir ki, Pekin Mədəniyyət və Turizm İdarəsinin direktor müavini Çjen Fan bu barədə Çinin paytaxtında keçirilən “Gələcəyin şəhərləri. Moskva və Pekin arasında gələcək əməkdaşlığın sinerjisi” konfransı çərçivəsində jurnalistlərlə görüşündə deyib.

Onun sözlərinə görə, şəhər rəhbərliyi Moskvadan və bütövlükdə Rusiyadan turistlərin qəbulu üçün bütün xidmətləri təkmilləşdirmək niyyətindədir.

Moskvanın Turizm Komitəsinin sədri Yevgeni Kozlov hazırda Rusiya paytaxtını Çinin müxtəlif şəhərləri ilə 130-dan çox reysin birləşdirdiyini bildirib.

Qeyd edək ki, “Gələcəyin şəhərləri. Moskva və Pekin arasında gələcək əməkdaşlığın sinerjisi” konfransı iyunun 12-də Çinin paytaxtında açılan “Moskva fəsilləri Pekində” festivalı çərçivəsində baş tutub.

Paylaş:
Baxılıb: 260 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30