/ / "Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri" mövzusunda tədbir keçirilib
"Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri" mövzusunda tədbir keçirilib
17.05.2025 [14:22]
Tovuz rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri" mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə Bayramova, Tovuz rayonu üzrə Təhsil Sektorunun müdir əvəzi Elşən Musayev və digər rəhbər şəxslər iştirak ediblər.
Tədbirdən öncə Tovuz şəhərində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Azərbaycan təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda videoçarxa baxış keçirilib.
YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman təhsili dövlətin və xalqın inkişafı üçün əsas prioritet sahə kimi qiymətləndirib. Onun təhsil sahəsində atdığı məqsədyönlü addımlar bu gün ölkəmizin uğurlu təhsil sisteminin əsasını təşkil edir. Nihad Pənahov əlavə edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən genişmiqyaslı islahatlar, yeni təhsil müəssisələrinin yaradılması və təhsilin keyfiyyətinin artırılması istiqamətində atılan addımlar ulu öndərin ideyalarının davamı olmaqla, gənc nəsillərin yüksək səviyyədə yetişdirilməsinə böyük töhfə verir.
Tovuz rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə Bayramova çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin təhsil sahəsində gördüyü işlər ölkəmizin müasir inkişaf modelinin əsas sütunlarından biridir. Təhsil cəmiyyətin rifahı və davamlı inkişafı üçün vacibdir və bu sahədə çalışanların üzərinə böyük məsuliyyət düşür. O, vurğulayıb ki, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən təhsil proqramları və layihələr ölkəmizin dünya təhsil məkanında layiqli yer tutmasına xidmət edir və təhsil sisteminin müasirləşdirilməsində xüsusi əhəmiyyət kəsb edir.
Digər çıxışçılar - Tovuz rayonu üzrə Təhsil Sektorunun müdir əvəzi Elşən Musayev, Azərbaycan Respublikası Təhsil İnstitutu Təhsil Texnologiyaları Mərkəzinin Tovuz rayonu üzrə nümayəndəsi Fikrət Tağıyev, Yusif Alıyev adına Hacıhəsənli kənd tam orta ümumtəhsil məktəbinin tədris işləri üzrə direktor müavini Elçin Rzayev və Tovuz şəhəri Mahir Ələkbərov adına fizika, riyaziyyat və informatika təmayüllü liseyin tarix müəllimi Xəyalə Məmmədova çıxışlarında ulu öndərin təhsil sahəsində gördüyü işlərin ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunu qeyd ediblər. Onlar vurğulayıblar ki, Heydər Əliyevin xidmətləri müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, gənc nəsildə vətənpərvərlik və milli dəyərlərə hörmət hissinin formalaşması üçün möhkəm zəmin yaradıb. Çıxışlarda həmçinin Prezident İlham Əliyev və Mehriban xanım Əliyevanın təhsil sahəsində apardıqları işlərin ölkəmizin beynəlxalq təhsil standartlarına uyğunlaşması və innovativ təhsil texnologiyalarının tətbiqi baxımından önəmi qeyd olunub. Gələcəkdə bu istiqamətdə görüləcək işlərin əhəmiyyəti və təhsil sisteminin inkişafı üçün bütün qüvvələrin səfərbər olunmasının vacibliyi vurğulanıb.
Rayon təşkilatının fəaliyyətində aktiv iştirakına görə bir qrup şəxsə, həmçinin 2024-2025-ci tədris ilində buraxılış imtahanlarından XI sinif şagirdləri arasında rayon üzrə ən yüksək bal toplayan şagirdlərə fəxri fərmanlar, təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
Bundan əlavə, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Komitəsi tərəfindən 2025-ci ilin aprel ayında keçirilmiş “Ekologiya-mənim fırçamda” mövzusunda rəsm müsabiqəsində Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi Eyvazlı Nuray Nemət qızı fəal iştirakına görə Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı tərəfindən diplom və hədiyyə ilə təltif edilmişdir.
Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə sona çatıb.
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33

