Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Tesla” pilotsuz taksinin sınaqlarına başlayıb

“Tesla” pilotsuz taksinin sınaqlarına başlayıb

28.04.2025 [20:47]

ABŞ-ın “Tesla” şirkəti “Robotaxi” adlanan pilotsuz taksinin sınaqlarına başlayıb.

AZƏRTAC xəbər verir ki, şirkət pilotsuz taksinin iş qabiliyyətini hələlik yalnız Texas ştatının administrativ mərkəzi olan Ostin şəhərində və San-Fransisko körfəzi rayonunda sınaqdan keçirə biləcək.

“Robotaxi” müstəqil hərəkət etsə də, təhlükəsizliyə nəzarət üçün hələ də insan lazımdır.

“Tesla”nın sahibi İlon Mask pilotsuz taksinin 2025-ci ilin iyununda fəaliyyətə başlayacağını vəd etmişdi. O, layihənin gələn ilin sonunadək şirkətin maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə dəyişdirəcəyini bildirmişdi.

Buna baxmayaraq, “Tesla”nın işləri o qədər də yaxşı getmir: Cari ilin birinci rübündə şirkətin xalis gəliri 409 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 71 faiz azdır. Buna həm iqtisadi vəziyyət, həm də Donald Trampı fəal şəkildə dəstəkləyən İlon Maskın imicinin dəyişməsi səbəb olub.

Paylaş:
Baxılıb: 365 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30