Məktəbli qızlar ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər
19.04.2025 [17:25]
Aprelin 12-13-də Azərbaycan-Fransız Universitetində (UFAZ) informatika fənni üzrə qızlardan ibarət milli olimpiada komandasına seçim imtahanı keçirilib.
Ötən il Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI) ölkəmizi təmsil etmiş iştirakçılarla yanaşı, bu il Respublika Fənn Olimpiadasının (RFO) yuxarı yaş qrupu üzrə final mərhələsinə vəsiqə qazanmış bütün qızlara da seçim imtahanına qatılmaq imkanı verilib. Eyni zamanda, aşağı yaş qrupu üzrə 100-dən artıq bal toplamış iştirakçılar da bilik və bacarıqlarını sınamaq fürsəti əldə ediblər.
İki gün davam edən seçim mərhələsi zamanı iştirakçılar proqramlaşdırma və alqoritmlər sahəsindəki hazırlıq səviyyələrini nümayiş etdiriblər.
Seçim imtahanının nəticəsinə əsasən, Azərbaycan yığmasının üzvləri müəyyənləşib. Komandanın tərkibinə Bakı şəhəri, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 10-cu sinif şagirdləri Rahidil Bayramlı və Aytən İskəndərova, həmçinin Gəncə şəhəri, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 11-ci sinif şagirdləri Ayan Kərimova və Leyla Hacızadə daxil olublar.
Qızlar ölkəmizi iyulun 14-20-də Almaniyanın Bonn şəhərində keçiriləcək EGOI 2025-də təmsil edəcəklər.
Xatırladaq ki, 2017-ci ildən etibarən ölkəmizdə İT/İKT mütəxəssislərinin yetişdirilməsinə və peşəkar inkişafına töhfə vermək məqsədilə məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. 2022-ci ildən etibarən qızlardan ibarət milli olimpiada komandası da şirkətin dəstəyi ilə xüsusi hazırlıq dərslərinə qatılır.
Xəbər lenti
Hamısına baxAnalitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28

