Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Türkiyənin nazirləri Ukraynada danışıqlar aparacaqlar

Türkiyənin nazirləri Ukraynada danışıqlar aparacaqlar

12.03.2025 [19:13]

Türkiyənin ticarət naziri Ömer Bolat və kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaklı Kiyevdə səfərdə olacaq 25 türkiyəli sahibkardan ibarət nümayəndə heyətinə rəhbərlik edəcəklər.

AZƏRTAC Türkiyənin Ticarət Nazirliyinə istinadla xəbər verir ki, səfər proqramı çərçivəsində Türkiyə nazirlərinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü də nəzərdə tutulub.

Əsas müzakirə mövzusu Ukraynanın müharibədən sonrakı bərpasına töhfədir.

Türkiyə nümayəndə heyəti Ukrayna Nazirlər Kabinetinin üzvləri, o cümlədən həmin ölkədə çalışan türkiyəli sahibkarlarla da danışıqlar aparacaq.

Türkiyə mətbuatı xəbər verir ki, türk inşaat şirkətləri son illərdə Ukraynada enerji, mənzil və körpü tikintisi sektorları da daxil olmaqla 1,2 milyard dollar dəyərində 100-ə qədər müxtəlif layihə həyata keçirib.

Paylaş:
Baxılıb: 288 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30