Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dmitri Peskov Səudiyyə Ərəbistanındakı danışıqlar barədə: Mühüm olan ABŞ-ın nə gözlədiyidir

Dmitri Peskov Səudiyyə Ərəbistanındakı danışıqlar barədə: Mühüm olan ABŞ-ın nə gözlədiyidir

10.03.2025 [22:45]

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında gözlənilən danışıqlar barədə təsdiqlənmiş məlumatları şərh edib.

AZƏRTAC xəbər verir ki, mətbuat katibi deyib: “Səudiyyə Ərəbistanına gəlincə, burada bizim nəyi gözlədiyimizin heç bir əhəmiyyəti yoxdur. Burada mühüm olan ABŞ-ın nə gözləməsidir”.

Kreml sözçünün sözlərinə görə, müxtəlif səviyyələrdə dəfələrlə ABŞ-ın Kiyevdən sülh yolu ilə nizamlanmaya doğru irəliləmək istəyini nümayiş etdirməsini gözlədiyinə dair bəyanatlar səsləndirilib. “Baxın, yəqin ki, hamının gözlədiyi də budur”, -deyə mətbuat katibi əlavə edib.

D.Peskov onu da qeyd edib ki, Ukrayna rəhbərliyi nümayəndələrinin həqiqətən də sülh üçün səy göstərməyə hazır olub-olmaması qeyri-müəyyən olaraq qalır. “Bu, əlbəttə ki, çox vacibdir və müəyyən edilməlidir”, - deyə mətbuat katibi sözlərini yekunlaşdırıb.

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30