Xankəndidə şagirdlər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıb
08.02.2025 [21:46]
Xankəndi Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərdə yerləşən Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!”, “Erkən nikahın fəsadları”, “Dini radikalizmlə mübarizə”, “Tütün məmulatlarının sağlamlığa zərəri” və DİN-in Polis Akademiyasında təhsilə təşviq mövzularını əhatə edib.
Tədbirdə digər dövlət orqanlarının nümayəndələri, orta məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən Xankəndi Şəhər Polis Şöbəsinin rəisi polis polkovniki Zaur Nəsirov narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr, məhvedici təsirləri, eləcə də bu istiqamətdə ölkəmizdə aparılan qətiyyətli mübarizə tədbirlərindən danışıb, erkən nikahın səbəb olduğu problemlər, dini radikalizmin zərərli təsirləri barədə ətraflı məlumat verib. O, şagirdlərə zərərli vərdişlərdən uzaq olmağı, sağlam həyat tərzi sürmələri, güclü iradəyə sahib olub doğru yolu seçmələri, mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri üçün tövsiyələr verib.
Polis polkovniki Zaur Nəsirov ali təhsil almaq arzusunda olan şagirdlərə Polis Akademiyasına kursant qəbulu qaydaları barədə də ətraflı məlumat verib, orada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şəraitdən, Akademiyada ali hüquq təhsili almağın, eləcə də daxili işlər orqanlarında xidmətin üstünlüklərindən danışıb.
Daha sonra mövzularla bağlı suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43

