Gürcüstan ətraf mühitin mühafizəsi ilə bağlı bəzi qanunları sərtləşdirir
08.02.2025 [21:15]
Gürcüstan parlamenti “Ətraf mühitin mühafizəsi haqqında” Qanuna əlavə və dəyişikliklər edib. Layihədə ətraf mühitin mühafizəsi məqsədilə bəzi qaydalar və qanunun tələbləri sərtləşdirilib.
AZƏRTAC xəbər verir ki, dəyişikliklərə əsasən istixana qazları emissiyalarına icazə verilməsi, monitorinqi, hesabat verilməsi və yoxlanılması sisteminin yaradılması ilə bağlı məsələlər daxildir.
Qanuna təklif olunan dəyişikliklər qüvvəyə mindikdən sonra, Gürcüstan hökumətinin qərarı ilə müəyyən edilmiş fəaliyyətlər üçün, eləcə də istixana qazlarının emissiyası üçün icazə tələb olunacaq.
Gürcüstan hökumətinin qərarı ilə müəyyən edilmiş fəaliyyətlər üçün istixana qazlarının emissiyasına icazə Milli Ekologiya Agentliyi tərəfindən, aviasiya fəaliyyəti üçün isə Mülki Aviasiya Agentliyi tərəfindən verilir.
Bildirilib ki, bu dəyişikliklər, ilk növbədə, Gürcüstan və Avropa İttifaqı arasında imzalanmış Assosiasiya Sazişindən irəli gələn öhdəliklər və eyni zamanda, Gürcüstanın Enerji Birliyinə üzv olması ilə bağlıdır.
Qeyd edək ki, COP29 konfransında iştirakdan sonra Gürcüstan hökuməti artıq ikinci dəfədir ətraf mühitlə bağlı qanunlara dəyişiklik edir və ya yeni qanun layihələri hazırlayır.
Bu ilin yanvarında Gürcüstan Parlamentinin Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsində “İqlim dəyişikliyi haqqında” qanun layihəsi hazırlanıb.
Bu qanun Gürcüstanın iqlim dəyişikliyi ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün siyasi sənədlərin işlənib hazırlanması və təsdiqlənməsi qaydalarını tam əhatə etməlidir.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

