Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Respublika Qan Bankı” publik hüquqi şəxs yaradılır

“Respublika Qan Bankı” publik hüquqi şəxs yaradılır

16.07.2024 [15:18]

Prezident İlham Əliyev “Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Fərmana əsasən Səhiyyə Nazirliyinin tabeliyində “Respublika Qan Bankı” (bundan sonra – Qan Bankı) publik hüquqi şəxs yaradılır.

Fərmanla müəyyən edilib ki, Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən publik hüquqi şəxsdir. Qan Bankının fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Qan Bankının fəaliyyətinə cari rəhbərliyi icraçı direktor həyata keçirir.

Fərmana əsasən, Səhiyyə Nazirliyi Qan Bankının nizamnaməsini iki ay müddətində təsdiq etməlidir.

Paylaş:
Baxılıb: 821 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30