Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Ağ Evin növbəti qara planı: Tayvan

Ağ Evin növbəti qara planı: Tayvan

09.12.2023 [12:30]

ABŞ-ın Müdafiə Nazirliyi Tayvan ətrafında qızışan gərginliyin müharibə ilə nəticələnə biləcəyi riskindən danışıb. Pentaqondan verilən məlumata görə, 2025-ci ildə adada müharibə başlaya bilər.

Çin Dövlət Şurasının Tayvan işləri üzrə idarəsinin rəhbəri Çen Binhua isə bildirib ki, “Tayvanın müstəqilliyi müharibə deməkdir”.  Binhuanın sözlərinə görə, Çin Tayvanla sülh yolu ilə birləşməyə razıdır, lakin Pekinin ada dövlətinin müstəqilliyini nəzərdə tutan separatçı hərəkətlərinə dözmək niyyəti yoxdur.

Tayvanda uzun müddət sabitlik və sakitlik hökm sürüb. Lakin ABŞ-da Co Bayden hakimiyyətə gəldikdən sonra Tayvan adası ətrafında vəziyyət sürətlə gərginləşməyə başlayıb. Vaşinqton adaya silah tədarükünü nümayişkaranə şəkildə artırıb. Buna cavab olaraq Çin adada müntəzəm hərbi təlimlər keçirməyə başlayıb.

Tayvan probleminin keçmişi, Çinin bölünməsi

Çin torpaqlarının iki yerə - Tayvan və Çin ərazilərinə parçalanması 1950-ci ildə başlanan vətəndaş müharibəsinin nəticəsində baş verib. O zaman üsyançı çinlilərin başçısı Çan Kayşinin rəhbərlik etdiyi Kuomintan hökuməti kommunistlər tərəfindən məğlub edilib. Özlərini “milli hökumət” elan etmiş kuomintançılar kommunist rejiminə tabe olmayaraq Tayvan adasına köçüblər.

İşin maraqlı tərəfi həm də odur ki, adaya “mühacirət edən” Kuomintan üzvləri özlərini hər yerdə Çinin əsl  hökuməti kimi qələmə veriblər. Əslində, onlar özlərini də bu düşüncəyə inandırıblar. Bu səbəbdən də nəzarətləri altında olan adada yaratdıqları hökuməti “Çin Respublikası”, Pekindəki kommunist hakimiyyətini isə qeyri-legitim hökumət saymaqla problemi dünyaya da bu şəkildə təqdim ediblər. 1970-ci illərə qədər Çində kommunist hakimiyyətini tanımayan dünyanın əksər ölkələri də Kuomintanı qanuni hökumət kimi tanımağa məcbur olub. Onlar hətta 1971-ci ilə qədər BMT-də rəsmən Çini təmsil ediblər.

Bir dövlət, iki sistem

Tayvan bəzi kiçik ada dövlətləri ilə diplomatik əlaqələr qurmağa, beynəlxalq aləm tərəfindən tanınmağa çalışsa da, Çinin bu məsələdəki barışmaz mövqeyinə görə istəyinə nail ola bilməyib.

Tayvanı müstəqil dövlət kimi tanımağa razılaşan ölkələrin əksəriyyəti müəyyən maliyyə yardımı qarşılığında bu işə qol çəkir. Tayvanı tanımağa razı olanlar Sent-Lüsiya, Tuvalu, Nauru kimi kiçik Sakit okean və Karib adası dövlətləridir. Doğrudur, Tayvanın bir çox ölkədə diplomatik nümayəndəlikləri simvolik də olsa, fəaliyyət göstərir, lakin Tayvandakı hakimiyyət bu nümayəndəlikləri Çinin adından təqdim edir. Tayvanlılar Çinin bütün ərazilərini özlərininki hesab edirlər. Çindəki qanuni hakimiyyət də öz növbəsində Tayvanı Çin ərazisi sayır.

Çin Xalq Respublikasında bu illər ərzində “bir ölkə, iki sistem” adlı siyasi-ideoloji xətt formalaşb. Çin və Tayvan eyni ölkənin ərazisində yerləşsə də, hərəsinin öz idarəçilik sistemi var. Lakin zaman keçdikcə Tayvan “iki yol” ideyasını tətbiq etməyə başladı. Yəni, hər bir dövlətin öz yolu, öz strateji yönümü var. Məhz bu düşüncə Tayvanda müstəqillik xəyalına düşən yeni qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Bu qüvvələr Tayvanın Çinlə hər hansı əlaqəsinin olmadığını, adanın tam müstəqil dövlət olduğunu iddia edir. Pekin isə Tayvanın müstəqillik iddiasını qəbul etmir.

ABŞ Tayvandan necə yararlanır

Bu suala cavab vermək üçün tarixə qısa nəzər salmaq lazımdır. 1970-ci ildə Tayvan təmsilçisinin BMT-də ÇXR nümayəndəsi ilə əvəzlənməsi amerikalıların təşəbbüsü ilə baş tutub. Rəqiblərini daim pusquda saxlayan Vaşinqton Pekinə yaxınlaşmaq üçün ÇXR ilə SSRİ arasındakı  münasibətin pisləşməsindən istifadə etmək qərarına gəlir və Tayvanın BMT-dəki nümayəndəliyini kənarlaşdıraraq orada Çin nümayəndəliyinin təmsilçiliyinə şərait yaradır. Həmin andan etibarən ABŞ və Çin arasında fəal iqtisadi əməkdaşlıq başlayır.

Bütün bunlarla bərabər Vaşinqton bu məsələdə də ənənəvi ikili standart siyasətinə xilaf çıxmayıb, Çinlə bir çox sahədə mütəmadi əməkdaşlıq etsə də, Tayvanı dəstəkləməkdən də imtina etməyib.

Tayvan problemi barədə ABŞ-la Çin arasında mövcud razılaşma belə idi: ABŞ bir daha adanı silahlandırmayacaq və Tayvanda Amerikanın hərbi bazaları olmayacaq. Ada ətrafındakı konflikt məhz ABŞ-ın bu razılaşmanı pozmasından sonra dərinləşdi. Vaşinqton Pekinə verdiyi sözü tutmadı, Ağ Ev Tayvana hərbi yardım göstərməyə və Tayvanın müdafiəsinə zəmanət verməyə davam etdi.

Görünən budur ki, Tayvan adası Çindən ayrıldıqdan sonra ABŞ-ın təzyiq rıçağına çevrilib. Necə deyərlər, istəyəndə alır, istəyəndə satır, istəyəndə “müstəqil” edir. Ümumən götürdükdə Tayvan Vaşinqtondan ötrü strateji əhəmiyyətə malik bölgədir. Obrazlı desək, ada ABŞ-ın Çin sahillərindəki “batmaz gəmisi” rolunu oynamaqda davam edir. Adanın Rusiya və Çini nəzarətdə saxlamağa imkan verən əlverişli geostrateji mövqeyi bu ərazini ABŞ-a daim cəzb edir. Bütün bunlardan əlavə, hazırda dünya üzrə istehsal edilən yarımkeçiricilərin demək olar ki, 50 ????i Tayvanın payına düşür. Bildiyimiz kimi, hərbi sənayedə yarımkeçiricilər olmadan müasir silah və elektronika məhsulları hazırlamaq mümkün deyil. Yəni, bu ada ABŞ üçün həm də iqtisadi səbəblərdən önəmlidir.

Tayvan Çinlə razılığa gələ bilər, Ağ Ev imkan versə...

Tayvan əhalisi arasında Çinlə tam, yaxud konfederativ şəkildə birləşmək istəyənlər də çoxdur. Kuomintan  partiyası hələ də Tayvanla Çinin eyni dövlət olduğuna inanır və Pekinlə əməkdaşlığı müdafiə edir. Hazırda adada hakim olan Demokratik Partiya isə ərazinin tam müstəqilliyi ideyasını dəstəkləyir.

Beləliklə, Tayvan hökuməti gözünü ABŞ-a dikib. Böyük ehtimalla, ada ətrafındakı vəziyyət ABŞ-dakı növbəti prezident seçkisindən sonra daha da aydınlaşacaq. Bayden administrasiyası indiyədək bu və ya digər şəkildə Tayvanın müstəqilliyini müdafiə edib. Əgər növbəti seçkilərdə də demokratlar qalib gəlsələr, ada ətrafında vəziyyətin gərginləşəcəyini proqnozlaşdırmaq çətin deyil. Təbii ki, ABŞ-ın bölgəyə müdaxiləsi Çin tərəfindən cavabsız qalmayacaq.

Ekspertlər bildirirlər ki, Çin hakimiyyəti Tayvanla birləşmə məsələsini əbədi olaraq təxirə salmayacaq. Uzun müddətdir hərbi əməliyyatlar aparmayan Çin ordusunun genişmiqyaslı desant əməliyyatı keçirməyə nə dərəcədə hazır olduğu ilə bağlı sual hələlik açıq qalır. Üstəlik, Pekin vəziyyətin siyasi yolla, danışıqlar vasitəsilə nizamlanmasına səy göstərir.

ABŞ isə Çinlə imzaladığı razılaşmaları birtərəfli qaydada pozaraq, Tayvana hərbi yardım göstərməkdə israrlıdır.

Təkcə Tayvan məsələsindəki mövqeyi deməyə əsas verir ki, ABŞ dünyanın heç bir nöqtəsinə sülh və demokratiya gətirmək niyyətində deyil, əksinə, sülh yolu ilə həll edilməsi mümkün olan problemləri işğal və müharibə ilə daha da ağırlaşdırmaqda maraqlıdır. Buradan da belə nəticə alınır ki, ABŞ əslində demokrat libasına bürünmüş imperialistdir.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 294 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Analitik

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29