Anklavlar azad edilməlidir!
10.10.2023 [11:44]
Ermənistan işğalında olan torpaqlarımız qaytarılmalıdır
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesinin müəyyən detalları inkişaf istiqamətlərindən bəllidir. Məsələn, hələ 24 saatlıq antiterror tədbirlərindən öncə Ermənistanın siyasi hakimiyyəti Qarabağın Azərbaycan torpaqları olmasını etiraf etmişdi. Ermənistanın baş naziri Nikol Paşinyanın ard-arda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını detallı formada bəyan etməsi, eyni zamanda tərəflərin Alma-Ata bəyannaməsinə istinad etmələri mühüm amillərdir. Bu, qarşıdakı dövrdə, yəni sülh prosesində anklavlar məsələsini də yenidən aktuallaşdırır. Alma-Ata bəyannaməsinə istinad olunması onu göstərir ki, Ermənistan Qarabağ kimi anklavların da Azərbaycan torpağı olduğunu etiraf edir.
Xatırlatma: 8 kənd hələ də işğaldadır...
Oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Anklavlar məsələsi də müzakirə predmetlərindən biri olub. Belə ki, Prezident
İlham Əliyev Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olduğunu xatırladaraq, bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, Ermənistanın işğal altında saxladığı kəndlərimizin taleyi ilə bağlı məsələ zaman-zaman gündəmə gətirilir. Ötən əsrin 90-cı illərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib. Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindədir. 1990-cu ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistanın işğalı altındadır. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.
Brüssel təşəbbüslər irəli sürəcəksə...
Bundan öncəki dövrdə də Qazax rayonunun erməni işğalı altında olan 7 kəndi və Kərkinin taleyi ilə bağlı müəyyən açıqlamalar verilmişdi - hətta bəzi dövlət strukturları bu istiqaməğdə olan sorğuları cavab olaraq məsələnin delimitasiya mövzusu olmasını önə çəkmişdilər. Ümumiyyətlə, bu məsələnin sərhədlərin delimitasiyası və demarkasiyası prosesində öz həllini tapacağı hər zaman vurğulanır. Şarl Mişelin diqqətinə çatdırılan məsələ əvvəlki görüşlərdə də bu və ya digər şəkildə müzakirə predmeti olmuşdu. Bəzi məsələlərlə bağlı razılaşmaların əldə olunması, hətta Şarl Mişelin verdiyi açıqlamalarda belə öz əksini tapmışdı. Bu ilin mayın 14-də Brüsseldə keçirilmiş görüşdə müzakirə olunmuş sərhədlərin delimitasiyası və sülh müqaviləsi məsələlərinə toxunulduğunun elan edilməsi gələcək razılaşmalar üçün zəmin yaradıb. Antiterror tədbirlərindən sonra prosesin daha da dinamikləşməsi gözləniləndir - bu, qarşıdakı dövr üçün müəyyən razılaşmaların hətta rəsmiləşəcəyi perspektivini də formalaşdırır. Nəzərə alsaq ki, vasitəçilik marafonunda iştirak edən rəsmi Brüssel müəyyən yeni təşəbbüslər irəli sürmək üçün zəmin formalaşdırır, bu baxımdan, anklavların azad edilməsi məsələsi də Ermənistanın siyasi rəhbərliyi qarşısında mütləq şəkildə qaldırılmalıdır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

