Avropanın altı yalanı - Qərbin acı etirafları
23.02.2022 [10:05]
Son zamanlar Qərbin bəzi siyasi dairələrində Şərq mədəniyyətinə qarşı ittiham xarakterli, tarixi faktları və reallıqları inkar etməyə yönəlik açıqlamlar verilir - çağırışlar edilir. Avropanın bir sıra nüfuzlu nəşrlərində isə Şərq, o cümlədən İslam sivilizasiyasının tarixdə heç bir rol oynamadığı - müsbət iz buraxmadığı iddia olunur. Təbii ki, bu mövqe və yanaşmalar psixoloji müharibə, ideoloji hücum kimi müxtəlif məqsədlərə xidmət etsə də, reallıqları dəyişdirmək - tarixi təhrif etmək mümkün deyil.
Nurlan QƏLƏNDƏRLİ
Son 3 əsrdə... Yaxud Şərqin tarixi mirasının daşıyıcısı
Bu gün elmi-texniki tərəqqi, müasirlik intibah-renessans, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin uzlaşdırılması, demokratiya, insan hüquqları və azadlıqları kimi məfhumlar Avropa mədəniyyəti və Qərb sivilizasiyası ilə əlaqələndirilir. Doğrudur, “qoca qitə” elmi-texniki tərəqqi baxımından mühüm tarixi mərhələlərdən keçərək hazırkı səviyyəyə çatıb. Amma tarixi reallıqlar göstərir ki, Avropa mədəniyyəti son 3 əsrdə Şərq sivilizasiyasının elmi və mədəni-ictimai irsi üzərində təşəkkül tapıb. Başqa sözlə, hazırda Qərb sivilizasiyası Şərqin tarixi mirasının daşıyıcısıdır.
Avropa mifi - illüziyadan reallığa...
Bütün bunlara baxmayaraq, Qərb bu obyektiv reallığa subyektiv məzmun vermək və məlum tarixi həqiqəti inkar etmək üçün müxtəlif “kəşf”lərlə sivilizasiyanın hazırkı inkişafının məhz Avropanın tarixi irsi və mirası ilə bağlı olduğunu isbat etmək cəhdləri ortaya qoyub. Bu, əsas etibarilə, 6 böyük tarixi yalanın - illüziyanın bəşəriyyətin şüuruna yeridilməsi vasitəsilə mümkün olub. Bəs, əslində, reallıq nədir, yaxud “qabaqcıl Avropa” mifinin ideoloji əsasları üzərində təşəkkül tapan 6 “fakt” nədən ibarətdir?
Demokratiya və insan hüquqları...
Birincisi, “demokratiya və insan hüquqları kimi ümumbəşəri dəyərlərin Avropanın tarixi mirasına aid olması” və ya “Magna Carta” yalanı: Qərb tarixçiləri iddia edirlər ki, bəşəriyyətin demokratik inkişafının nəzəri əsasları məhz 1215-ci ildə “Magna Carta” adlı sənədin imzalanması ilə qoyulub. Bu sənəd insan hüquqlarının, parlamentarizm ənənələrinin əsasını qoyan külliyyat kimi dəyərləndirilir. Amma bu sənəddə yer alan məqamlara nəzər saldıqda görünür ki, orada əksini tapan müddəalar məhz kral mütləqiyyətinin güclənməsinə, feodal bəylər və baronların imtiyazlarının artırılmasına və dolayısıyla, feodalizm ənənələrinin möhkəmlənməsinə xidmət edirdi. Qərb tədqiqatçısı Sidney Painter deyir ki, “Magna Carta”da nəinki demokratiyanın heç bir əlaməti yoxdur, hətta o, insan hüquqlarına ziddir;
İntibah dövrü
İkincisi, renessans-intibah yalanı: Qərb bəşəriyyətin inkişaf tarixinin dönüş nöqtəsini məhz orta əsrlərdə Avropada baş tutduğu iddia edilən renessans-intibah dövrü ilə bağlayır. Bu dönəm bəşəriyyətin inkişafının əsasını qoyan elmi-fəlsəfi fikir istehsalı ilə səciyyələndirilir. Lakin həmin dövrdə aktual olan fəlsəfi ideyalara nəzər saldıqda onların orta əsr Şərq mütəfəkkirləri və antik Yunan fəlsəfəsindən qidalandığı görünür. Yəni bəşəriyyətin inkişafı tarixində “Avropada renessans dövrü” adlı ayrıca bir mərhələdən bəhs etmək olmaz.
Araşdırmaçı L.Torndayk yazır ki, intibah dövrü adlandırılan dönəm, əslində, latın və yunan fəlsəfə irsi üzərində təşəkkül tapan tarixi mərhələyə qayıdışdır. Steven Sapin isə intibah dövrünün elmi və fəlsəfi “fikir baqajı”nın məhz müsəlman Şərqinin elm xadimlərinin intellektual məhsulları əsasında formalaşdığını deyir. O qeyd edir ki, məsələn, elmi inqilabda böyük bir rol oynadığı söylənilən, “müasir astronomiyanın atası”, “müasir fizikanın atası”, “elmin atası” və “müasir elmin atası” olaraq təsvir edilən Qalileo Qalileyin fikirləri, əslində, Nəsirəddin Tusinin XIII əsrdəki elmi ixtiralarının imitasiyasından başqa bir şey deyil. Eləcə də Avropanın renessans dövrünün “elmi-fəlsəfi inqilab”ı məhz İbn Xaldunun, İbn Rüşdün, əl-Fərabinin və digər müsəlman filosoflarının, elm xadimlərinin fikirlərinə əsaslanır.
Amerikanın kəşfi
Üçüncüsü, Amerikanın kəşfi: Martin Bernal yazır ki, orta əsrlərdə Avropa müstəmləkəçiliyinin bariz təzahürü Amerikanın kəşfi yalanında özünü göstərir. Xristofor Kolumb xristian-missioner Prester Cona kömək etmək və müsəlman coğrafiyasının Şərqində İslam təhdidini aradan qaldırmaq üçün Hindistana doğru yola çıxır və Amerikaya gedib çıxır. Daha sonra yerli əsirlərin əməyindən istifadə edərək qızıl və gümüş ehtiyatlarını Portuqaliyaya daşımağa nail olur. Bu, Amerikanın kəşfi yox, sonradan Amerika adlandırılan torpaqların işğal tarixidir. Bu ərazi yüzillər öncə Vikinqlər tərəfindən kəşf olunub, bəzi müsəlman gəmiçilər dəfələrlə Cənubi Amerikaya səfərlər edib, hətta çinli bir müsəlman olan Zeng He Amerika torpaqlarına qədəm qoyaraq buranı “sərvətlərlə zəngin olan yeni torpaq” adlandırıb.
Sənaye inqilabı
Dördüncüsü, sənaye inqilabı yalanı: Minessota Universitetinin professoru Herbert Heaton qeyd edir ki, İngiltərədə sənaye inqilabı iddiasını əsaslandırmaq üçün hər hansı bir tarixi fakt yoxdur. XIX əsrin 30-cu illərində İngiltərədə əl əməyi üstünlük təşkil edirdi və manifakturadan fabrikə keçid üçün xüsusi texniki imkanlar yox idi. O, 1877-ci ili əks etdirən vizual faktlara (fotolar və kadrlara) istinad edərək bu iddiasını əsaslandırıb.
“Şərq despotizmi”
Beşincisi, “şərq despotizmi” illüziyası: Tarixçi-alim Lucette Valasi yazır ki, Avropa XVII əsrə qədər Çin, İslam dünyası və Şərq sivilizasiyasına nisbətdə xeyli geridə idi. Bu yüzilliyin II yarısından etibarən Şərq sivilizasiyasına aid olan elm xadimlərinin irsinin araşdırılması ilə toplanan materiallar əsasında Avropanın mədəni-ictimai və elmi-fəlsəfi dünyagörüşü sistemləşdirildi. Buna qədər isə Avropanın ictimai-siyasi və sosial-mədəni mühitində humanizmə zidd olan və despotizmi əks etdirən fikirlər, yanaşmalar üstünlük təşkil edirdi. Volter və Altusser isə yazır ki, despotizmin əsl siması məhz Avropa mədəniyyətinə aiddir.
Avropa modernizmi
Altıncısı, Avropa modernizmi yalanı: İqtisadçı-alim Adam Smit qeyd edir ki, 1770-ci illərdə Çin texnologiyası Avropadan üstün idi və iddia edilən texniki-texnoloji inqilab, əslində, tarix dərsliklərindəki “fakt”lardan və siyasi iqtisad nəzəriyyələrindəki cümlələrdən ibarətdir, yəni reallıqla heç bir əlaqəsi yoxdur. Professor İ. Hodgson isə yazır ki, modernizm Asiya, Afrika və Avropanın birlikdə inşa etdikləri ictimai, iqtisadi və siyasi formasiya idi. Asiya və Afrikanın bilgi istehsalı və ticarət şəbəkəsi olmasaydı, Avropada modernizasiya və ya modernizmə keçid baş tutmazdı. M. Blant yazır ki, Vasko de Qamanın Ümid burnunu keçərək Hindistanın Kəlküttə limanına çatdıqda ispan dilində danışan tunisli müsəlman tacir ilə qarşılaşması təəccüblü bir hal kimi göstərilir. Amma bu, əslində, onun göstəricisidir ki, buraları bilməyən - tanımayan tək mədəni qitə məhz Avropa idi.
Tarixi təftiş edərək - saxtalaşdıraraq ifşa olunmaq əvəzinə...
Göründüyü kimi, bu gün Şərq sivilizasiyasını müxtəlif səviyyələrdə hədəfə alan “qoca qitə”nin yalanları Qərb tədqiqatçı-alimlərinin fikirlərində öz əksini tapır. Yaxşı olar ki, həmin siyasətçilər, yaxud ideoloji göstərişlə hərəkət edən - hücuma keçən ekspertlər, yazarlar tarixi təftiş edərək - saxtalaşdıraraq ifşa olunmaq əvəzinə, sağlam mövqe ortaya qoysunlar. Bu gün Avropada da yaxşı mənimsənilmiş fəlsəfədə “əksliklərin vəhdəti və ya ziddiyyətdən inkişaf doğar” qanunu əksini tapsa da... Süni ziddiyyət yaratmaq, yaxud ziddiyyətdən qidalanmaq bəşəriyyətin inkişafına, sülh, rifah, əməkdaşlıq və inteqrasiyaya xidmət edə bilməz.
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

