Köhnə qitədə yeni savaş - Aİ Varşavada inqilaba hazırlaşır?
14.12.2021 [10:22]
Polşadan Avropa İttifaqına ultimatum - üzvlük haqqı ödəməyəcəyik
Pərviz Sadayoğlu
Avropa İttifaqı ilə Polşa arasında aylardır ki, davam edən qalmaqal yenidən aktuallaşır. Qeyd edək ki, oktyabrın 7-də Polşanın Konstitusiya Məhkəməsi Avropa qanunlarının Polşanın konstitusiya normalarından üstün olmasının uyğunsuzluq yaratdığı barədə qərar qəbul etmişdi. Qərar bir qanunun digərindən üstün olmasının yoxlanması ilə bağlı məhkəməyə müraciət daxil olduqdan sonra qəbul edilib. Müraciət mart ayında Baş nazir Mateuş Moravetski tərəfindən göndərilmişdi.
Bu mənada bir müddətdir ki, Polşa ilə Aİ arasında davam edən soyuq münasibətlər daha da gərginləşib. Belə ki, rəsmi Varşavaya ayrılan subsidiyaları azaltma hədələri ilə gündəmə gələn Aİ növbəti mərhələdə artıq Polşa hökumətinin “dəyişilmə zərurətindən” bəhs açıb. Bunun qarşılığında isə Polşa Avropa İttifaqı büdcəsinə ödəniş etməyəcəyini bəyan edib. Polşanın ədliyyə naziri Zbiqnev Zebro bildirib ki, əgər Brüssel subsidiyaları azaldarsa, respublikanın Avropa İttifaqının büdcəsinə ödənişi dayandıracağı istisna deyil. “Financial Times”a açıqlamasında Zbiqnev Zebro qeyd edib ki, Polşa yekdil qərar tələb edən bütün məsələlərdə Aİ-nin şantajına veto ilə cavab verməlidir. Mübahisə davam edərsə, təşkilatın büdcəsinə ödənişlərin dayandırılmasını tələb edəcəm. Ədliyyə Nazirliyinin rəhbəri, həmçinin ölkənin iqlim və enerji proqramlarında iştirakına yenidən baxılmasını təklif edib. Onun fikrincə, Avropa İttifaqı Varşava üçün reallaşdırılmayan şərtlər irəli sürür. Bundan əlavə, Zebro Avropa rəhbərliyini Polşa hökumətini dəyişməyə cəhddə ittiham edib: “Onların polyaklara açıq mesajı var: əgər indiki hökuməti dəstəkləsəniz, vəsait almayacaqsınız. Onlar qanunun aliliyinə əhəmiyyət vermirlər”.
Vurğulamaq lazımdır ki, Polşa-Aİ münasibətlərinin gərgin fazaya qədəm qoymasında mühüm amillərdən biri son dövrlərdə yenidən artan xarici mühacir problemidir. Tərəflərin istisna etməsinə baxmayaraq, Aİ Polşanın məhz mühacir məsələsi ilə bağlı quruma təzyiq göstərmək niyyətində olduğunu düşünür. Ümumiyyətlə, mühacir probleminə yanaşmada bu gün Avropada ikili fikrin hökm sürməsi sirr deyil. Mərkəzçi avropalılar mühacirlərin “daha çox Qərbə”, Avropanın mərkəzinə axın etməsindən narahatdırlar. Onlar şərqi Avropa ölkələrini mühacir problemini bu və ya digər şəkildə həll etməməkdə günahlandırır. Şərqi Avropa ölkələri isə mühacirləri öz ərazilərinə yalnız “tranzit” şərti ilə buraxırlar. Onlar mühacirlərin Qərbə üz tutmaq niyyətində olduğunu bildirirlər.
Aİ-ni narazı salan əsas məqamlardan digəri isə üzv ölkələrin bəzilərinin siyasi davranışlarıdır. Belə ki, son illərdə ABŞ-la yaxınlaşan bəzi şərqi Avropa ölkələri, hətta NATO bazalarına “ev sahibliyi” etmək niyyətlərini belə gizlətmir. Avropada ABŞ nüfuzunun artan templə inkişaf etməsi isə Qərb ölkələrinin ürəyincə deyil. Onlar düşünürlər ki, ABŞ-ın şərqi Avropada nüfuz dairəsinin artması yeni problemlərə yol açacaq. Vaxtilə “Varşava paktı” ölkələrinin Qərb dünyası üçün yaratdığı təhlükə indi başqa bir formada yenidən təzahür edir. Bu isə, Aİ ölkələrini qıcıqlandırır. ABŞ ilə Rusiya arasında yaşanan Donbas probleminin Avropaya transferindən çəkinən Aİ dövlətləri bunun acı nəticələrini də gizlətmir. Okeanın o tayından özünə “poliqon” axtaran ABŞ-ın planlarının tərkib hissəsinə çevrilmək Avropaya Rusiya ilə üz-üzə durmaq təhlükəsi yaradır. Bu isə, indiki məqamda Aİ-nin maraqlarına cavab vermir.
Bununla belə, baş verənlərin fonunda Polşa Aİ-dən çıxmaq niyyətində deyil. Baş nazir Mateuş Moravetski də bəyan edib ki, Brüssellə aralarında fikir ayrılığı olmasına baxmayaraq, Polşa Avropa İttifaqının tərkibindən çıxmağı planlaşdırmır. Baş nazir bildirib ki, biz tamamilə əminik ki, Polşa Aİ-nin tərkibində qalmalıdır. Polşanın təşkilatdan çıxmaq riski yoxdur. Biz ölkəmizi Avropanın bir hissəsi kimi qoruyacağıq. O, əlavə edib ki, respublika vətəndaşlarının 88 faizi Avropa İttifaqında üzvlüyü dəstəkləyir. Lakin Polşa Avropa İttifaqının ümumi büdcəsindən ödəniş almasa, cavab tədbirləri görməyə hazırdır.
Xəbər lenti
Hamısına bax
İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21
