Azərbaycana özgə ölkənin din modeli lazım deyil
09.10.2021 [10:38]
Azərbaycan nümunəvi və mütərəqqi inkişaf modelinə malikdir. Bu, iqtisadi, mədəni, humanitar, ictimai-sosial və digər istiqamətlərdə özünü göstərir. Bunlarla yanaşı, Azərbaycan dünyada öz dini modeli olan ölkə kimi tanınır. Doğrudur, ölkədə din dövlətdən ayrıdır, amma dövlət-din münasibətləri hüquqi müstəvidə tənzimlənir, tarixi ənənələr, milli və dini dəyərlər əsas götürülür. Azərbaycanda dini etiqad və vicdan azadlığı Konstitusiya normasıdır, ölkədə çoxlu sayda dini icma fəaliyyət göstərir, hər kəsin dini ayinləri sərbəst şəkildə yerinə yetirməsi üçün zəruri şərait təmin olunub. Müxtəlif dini dünyagörüşünə malik olan insanlar öz vicdan və etiqad azadlıqlarından sərbəst istifadə edirlər.
“Dini dəyər” adı altında fanatizmin təbliği...
Buna baxmayaraq, dindən siyasi vasitə kimi istifadə edən, yaxud din pərdəsi arxasında dağıdıcı siyasi maraqlarını təmin etməyə çalışan bəzi qüvvələr Azərbaycanda nümunəvi din-dövlət münasibətlərini hədəfə almağa, ölkəyə fanatizm transfer etməyə çalışırlar. Məsələn, son zamanlar İran tərəfindən dini zəmində qızışdırıcı təbliğat aparılması cəhdlərinin artdığı görünür. Bu məqsədlə cəmiyyətdə müxtəlif vasitələrlə süni - heç bir ictimai sifarişə əsaslanmayan müzakirələrin təşkilinə, “dini dəyərlər” adı altında fanatizmin təbliğinə çalışılır. Hansısa cəmiyyətlərin “dini model”inin cəlbediciliyi barədə fikirlərin ictimai rəyə sırınmasına cəhd göstərilməsi müşahidə olunur. Dünya təcrübəsi də onu göstərir ki, bu cür fəaliyyətlərdə əsas məqsəd insanları təsir altına salmaq, kənardan idarəolunan cəmiyyət formalaşdırmaq və planlaşdırılan vaxtlarda dini zəmində qarşıdurma yaratmaq, ictimai ziddiyyətləri dərinləşdirməkdir.
Dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir
Reallıq budur ki, Azərbaycana İran və ya digər ölkələrin modeli lazım deyil. Cəmiyyətimizin dini zəmində münasibətlərin və proseslərin tənzimlənməsi ilə əlaqədar kənardan hansısa “təsirə” ehtiyacı yoxdur. Azərbaycanın hüquqa, qanunların aliliyinə, tarixi, milli və dini dəyərlərə əsaslanan öz yolu - yanaşması var. Azərbaycan elə bir ölkədir ki, burada milli, dini müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən amil kimi deyil, cəmiyyətin üstün dəyəri kimi çıxış edir. Ümumiyyətlə, tarixin bütün dövrlərində Azərbaycan dini, milli və mədəni dəyərlərə və müxtəlif dinlərin, millətlərin, mədəniyyətlərin, sivilizasiyaların mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Azərbaycan nümunəsində ortaya çıxan əsas reallıqlardan biri də budur ki, ölkəmizdə dini dəyərlər milli dəyərlərimizdən ayrılmazdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz milli, dini dəyərlərinə sadiqdir: “Bizim dini dəyərlərimiz milli dəyərlərimizin tərkib hissəsidir və milli dəyərlərimizi dini dəyərlərsiz təsəvvür etmək mümkün deyil”.
Bütün dinlərə və mədəniyyətlərə tolerant münasibət Azərbaycanın üstünlüyü kimi...
Azərbaycan nümunəsindən bəhs edərkən onu da qeyd etmək lazımdır ki, Azərbaycanda multikulturalizm, dinlərə və mədəniyyətlərə tolerant yanaşma cəmiyyətin həyat tərzidir, bütün dinlərə hörmətlə yanaşılır. Dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi indiki dövrdə Azərbaycan özünü bütün mədəniyyətlərə və dinlərə tolerant münasibətə malik ölkə kimi təsdiqləyir. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur.
Ölkəmiz, həmçinin eyni məsciddə şiə və sünnilərin yan-yana namaz qıldığı - vəhdət namazının qılındığı İslam modelinə malikdir. Müsəlman ailəsinin bir üzvü olan Azərbaycan xalqının milli, mədəni dəyərlərinin formalaşmasında İslam dəyərləri, digər müsəlman cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrin rolu böyükdür. Şərq və Qərb sivilizasiyalarının harmonik şəkildə qovuşduğu Azərbaycandakı müxtəlif dövrlərə və mədəniyyətlərə, o cümlədən İslam mədəniyyətinə məxsus tarixi abidələr, maddi-mədəniyyət nümunələri, mənəvi irs dövlət səviyyəsində qorunur, himayə olunur.
Bütün bunlar isə din amilindən istifadə edərək və tarixi ənənələrə, milli və dini dəyərlərə zidd təbliğat aparan kənar qüvvələrin ölkə daxilində ictimai qarışıqlıq yaratmaq niyyətlərinin iflasa məhkum olduğunu göstərir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40

