ABŞ NATO strukturlarında yeniliklər edir...
11.02.2026 [09:53]
Vaşinqton 2 hərbi komandanlıq mərkəzinin idarəçiliyindən imtina edəcək?
ABŞ NATO-nun 2 hərbi komandanlıq mərkəzinin idarə edilməsindəki rəhbər rolundan imtinanı, eyni zamanda alyansın bütün dəniz əməliyyatlarının idarəetmə mərkəzinə nəzarəti öz üzərinə götürməyi planlaşdırır. Bu barədə “Reuters” öz mənbəsinə istinadən məlumat yayıb. Məlumata görə, Vaşinqton NATO-nun Norfolkdakı (Virciniya ştatı) Müştərək Qüvvələr Komandanlığına nəzarəti Böyük Britaniyaya, Neapoldakı komandanlığın şəxsi heyətlə təminatını isə İtaliyaya təhvil vermək niyyətindədir. Bununla yanaşı, ABŞ NATO-nun Müttəfiq Dəniz Komandanlığını - alyansın bütün dəniz qüvvələrinin Böyük Britaniyanın Hartfordşir qraflığında yerləşən əsas idarəetmə mərkəzini öz rəhbərliyi altına almağı planlaşdırır.
ABŞ NATO məsləhət qruplarındakı iştirakını da azaldır
Yenidənqurma planı, həmçinin Almaniya və Polşanın Niderlandın Brunssum şəhərindəki NATO Müştərək Qüvvələr Komandanlığını öz üzərinə götürməsini nəzərdə tutur. Nəşr bildirib ki, hazırda bu işlə, əsasən, Mərkəzi və Şərqi Avropadakı çoxmillətli qüvvələri koordinasiya edən almaniyalı general məşğul olur.
Bundan əvvəl isə Pentaqon ABŞ-ın bir sıra NATO məsləhət qruplarındakı iştirakını azaltmağı planlaşdırdığını bəyan etmişdi. “The Washington Post” qəzetinin məlumatına görə, nəzərdə tutulan addım təxminən 200 ABŞ hərbi qulluqçusuna təsir edəcək və ABŞ-ın NATO-nun təxminən 30 strukturu, o cümlədən müxtəlif döyüş sahələrində alyans qüvvələrinə təlim keçən “Mükəmməllik mərkəzləri”ndə iştirakının azaldılmasını nəzərdə tutur. Qeyd olunur ki, ABŞ bütün personalı eyni vaxtda geri çəkmək niyyətində deyil. Bunun əvəzinə, xidmət müddəti başa çatan hərbçilərin əvəz olunmaması planlaşdırılır. Nəşr bildirir ki, ABŞ-ın sözügedən mərkəzlərin fəaliyyətində iştirakı tamamilə dayandırılmayacaq.
Bütün dəniz əməliyyatlarının idarə edilməsinə nəzarət...
ABŞ-ın bütün dəniz əməliyyatlarının idarəetmə mərkəzinə nəzarəti öz üzərinə götürmək istəyinə gəlincə, bu, Yaxın Şərq, Venesuela, xüsusilə Qrenlandiya məsələləri ilə bağlı ola bilər. Xatırladaq ki, Donald Tramp bu yaxınlarda jurnalistlərə açıqlamasında deyib ki, NATO Qrenlandiya məsələsində bizimlə danışıqlar aparır. Onun sözlərinə görə, milli təhlükəsizlik üçün ABŞ-ın Qrenlandiyaya çox ehtiyacı var. “Əgər ora bizdə olmasa, xüsusilə də Qızıl Qübbə və digər məsələlərdə milli təhlükəsizlikdə böyük bir boşluq yaranacaq. Hərbi sahəyə çoxlu investisiyalarımız var. Dünyada hərbi sahə getdikcə güclənir. Biz bu məsələdə NATO ilə danışırıq”, - deyən Tramp əlavə edib ki, Qrenlandiya məsələsi ilə bağlı görəcəyimiz işdən həm NATO, həm də biz məmnun olacağıq. O bildirib ki, Qrenlandiya milli təhlükəsizlik və hətta qlobal təhlükəsizlik üçün çox vacibdir. Ağ Ev rəhbəri Qrenlandiya xalqının ABŞ-ın Arktika ərazisini əldə etməsini dəstəkləyəcəyini hesab edir: “Mən onlarla danışmamışam. Onlarla danışanda əminəm ki, çox sevinəcəklər”.
Konnektikut ştatından olan demokrat senator Kris Mörfi isə “NBC News” telekanalının efirində deyib ki, Qrenlandiyanın ilhaqı NATO-nun sonu ola bilər: “Şimali Atlantika Alyansının Qrenlandiyanı müdafiə etmək öhdəliyi var və bu halda ABŞ Avropa, Böyük Britaniya və Fransa ilə müharibə vəziyyətinə düşəcək”.
Qərar Avropa ölkələrinə təzyiq məqsədi daşıya bilər
Ümumiyyətlə, Donald Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra ABŞ-ın NATO-nu tərk edəcəyi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib. Bunu əsas səbəbi isə alyansın “yükünün” daha çox ABŞ-ın üzərində olması ilə bağlıdır. Bir çox siyasətçilər bunu yalnız hədə tonu kimi qəbul etsə də, “SOS” siqnalı səsləndirənlər də tapılırdı. Prezident Donald Tramp dəfələrlə müttəfiqlərinin müdafiə xərclərinin yetərli olmaması səbəbindən ölkəsinin NATO-dan çıxması ilə bağlı mövqeyini səsləndirmişdi. Hətta ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında belə bu amil nəzərə çarpır. Qeyd edək ki, ötən il dekabrın 4-də Tramp administrasiyası Milli Təhlükəsizlik Strategiyasını açıqlayıb. Bu strategiya formal olaraq, ölkənin xarici və müdafiə siyasətinin fundamental prinsiplərini və prioritetlərini təsbit edən sənəddir.
Vaşinqtonun tənqidlərindən sonra NATO-nun Avropa müttəfiqləri alyans üçün xərclərini müəyyən qədər artırsalar da, bu, ABŞ-ı qane etmir. Vaşinqton ardıcıl şəkildə bildirir ki, Avropa ölkələrinin əksəriyyəti müdafiə sahəsinə kifayət qədər vəsait ayırmır. ABŞ ümumi NATO müdafiə xərclərinin təxminən 70 faizini qarşılayır və bu göstərici “ədalətsiz yük bölgüsü” kimi qiymətləndirilir. Bir çox siyasətçilər, xüsusilə Qərbi Avropadan olan politoloqlar Vaşinqtonun mövqeyini daha çox siyasi təzyiq aləti kimi dəyərləndirirlər. Onların fikrincə, bu bəyanatlar əsasən Avropa üzvlərini müdafiə xərclərini artırmağa vadar etmək məqsədi daşıyır.
Bütün hallarda ABŞ-ın Avropa üzrə NATO təmsilçiliyində müəyyən qədər ixtisar etməsi ciddi siqnaldır. ABŞ-ın bütün dəniz əməliyyatlarının idarəetmə mərkəzinə nəzarəti öz üzərinə götürmək niyyəti isə onun strateji maraqlarından irəli gəlir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34

