Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Xankəndi “proşay” deyir Lermontovun büstünə redaktə...

Xankəndi “proşay” deyir Lermontovun büstünə redaktə...

05.08.2025 [11:17]

Sən kiminləsən, Rusiya?

Son vaxtlar rəsmi Moskvanın respublikamıza münasibətdə sərgilədiyi davranışlar iki ölkə arasında 2022-ci il 22 fevral tarixində imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin ruhu ilə ziddiyyət təşkil edir. Həmin sənəddə münasibətlərin qarşılıqlı maraqlar və mehriban qonşuluq prinsipləri əsas götürülməklə inkişaf etdirlməsi nəzərdə tutulsa da, Rusiya tərəfindən adekvat olmayan fəaliyyətlər sərgilənir. Buna aid çoxlu sayda misallar göstərmək mümkündür.  Ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktaudan 3 kilometr aralıda qəzaya uğrayıb. Verilən məlumatlara görə, təyyarə Qroznı səmasında hücuma məruz qalıb və ciddi zədə alıb, yaxın aeroportlara enməyə icazə verilmədiyindən Aktau limanına üz tutub. Rusiyanın rəsmi dairələri isə hələ də susqunluq göstərir və mülki təyyarənin vurulmasına görə məsuliyyət daşıyanları çəzalandırmağa, təzminatlar ödəməyə tələsmir, Azərbaycan tərəfinin müraciətlərinə səmimiyyətdən uzaq cavablar verir. Eyni zamanda, Rusiyanın ayrı-ayrı şəhərlərində azərbaycanlılara qarşı total hücumlar başlayıb. Soydaşlarımız müxtəlif bəhanələrlə sıxışdırılır, təqib edilir, həbsə alınır və yaxud öldürülürlər. Bütün bunların konkret hansı cinayətlərə görə edildiyi isə izah olunmur. Bu kimi faktlar onu deməyə əsas verir ki, Rusiyada Azərbaycana qarşı məqsədyönlü kampaniyaya start verilib. Respublikamıza münasibətdə belə qərəzli kampaniyanın başladılması isə təsadüfi sayıla bilməz. Rəsmi Moskvanın susması, ayrı-ayrı şəhərlərdə, mediada genişlənən Azərbaycanafobiyanın dayandırılmaması onu deməyə əsas verir ki, bu təşəbbüslər ən yuxarı dairələrlə razılaşdırılır və geosiyasi məqsədlər daşıyır.

Yüz illik münaqişənin gerçək baiskarları

Azərbaycan xalqı onilliklər boyunca, imperialist güc mərkəzlərinin, konkret desək, Rusiyanın məqsədyönllü şəkildə zamanında əsasını qoyduğu keçmiş Dağlıq Qarabağ problemindən əziyyət çəkib.  Bu problemin təməli çar Rusiyası dönəmində ermənilərin digər dövlətlərdən gətirilərək Qarabağda yerləşdirilməsi ilə qoyulub.  Sonradan bərqərar olan sovet hakimiyyəti dönəmində bu siyasət davam etdir?lib. Bolşevik-daşnak qruplaşmalarının səyləri sayəsində mərkəzi hakimiyyətin  - Moskvanın diktəsi ilə 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret imzalanıb. Keçmiş DQMV-nin yaradılması ilə Azərbaycan xalqının təxminən bir əsrlik probleminin əsası qoyulub.  Yenə də Mo?kvadakı müəyyən qüvvələrin təhriki ilə Ermənistan ərazisində yaşayan azərbaycanlılar bir əsrdə dörd dəfə amansız deportasiyalara məruz qalıblar. Eyni zamanda, Moskva zaman-zaman saxtakarlıqla yaradılmış DQMV-nin Ermənistana birləşdi??lməsi məsələsini gündəmə gətirməyə çalışmış, yalnız Heydər Əliyevin müdaxilələri sayəsində bu məkrli planın qarşısı alınmışdır. Heydər Əliyev Moskvada tutduğu vəzifələrdən istefa verdikdən sonra isə Kremlin xeyir-duası əsasında DQMV-nin Ermənistana birləşdir?lməsinin “zəruri” olduğu əsaslandırılmış və beləliklə də, ərazilərimizin 30 illik işğal tarixi başlamışdır. Ötən əsrin səksəninci illərinin sonlarında - doxsanıncı illərinin əvvəllərində reallaşdırılan yeni ilhaq siyasəti də bilavasitə Rusiyanın erməniləri hərətərəfli şəkildə dəstəkləməsi sayəsində gerçəkləşib. Rusiya otuz il ərzində Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq artıq tarixdə qalan münaqişənin həlli, Azərbaycan ərazilərinin geri qaytarılması istiqamətində hər hansı bir cəhd göstərməyib, əksinə, Cənubi Qafqazda bu ədavət mənbəyinin əbədi olması üçün əlindən gələni edib. Rusiyanın ermənilərə  dəstəyi 44 günlük Vətən müharibəsi zamanı da açıq-aşkar idi. Müharibə günlərində Azərbaycan ərazilərinə İsgəndər raketləri atıldı. Həmin qadağan olunmuş raketləri Ermənistana Rusiya tədarük etmişdi.

Azərbaycanın böyük qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra Rusiyanın Qarabağda “erməni siyasətinin” yeni mərhələsi başlayıb. Rusiya sülhməramlılarının Qarabağda sərgilədikləri sərgüzəştlər unudulmur. Onlar üçtərəfli bəyanata əsasən Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmişdilər. Ancaq sülhməramlılar yad torpaqlarda əbədi qalmaq niyyətlərini gizlətmirdilər. Onlar burda təhlükəsizliyə cavabdehlik daşısalar da, əslində separatçılara havadarlıq edərək onların silahlanmasına, qeyri-qanuni hərəkətlərinə nəinki sadəcə göz yumur, hətta bu proseslərdə fəallıq göstərirdilər. Buna aid təkzibolunmaz faktlar var. Bir sıra hallarda Ermənistan ərazisindən Xankəndinə silahlar məhz sülhmər?mlıların konveyində daşınırdı və separatçılara əlbəəl təhvil verilirdi.

Xankəndidə “rus icması” yaratmaq planı imperialist mahiyyət daşıyırdı

Bütün imperiyalar möhkəmlənmək istədikləri ərazilərdə paralel şəkildə “yumşaq güc” alətlərindən istifadə ediblər. Həmçinin sülhməramlılar Azərbaycan ərazilərində məkrli “rus icması” yaratmaq planlarını gerçəkləşdirmək uğrunda fəaliyyətlərə başlamışdılar. Halbuki Azərbaycan ərazilərində müvəqqəti yerləşdilmiş sülhməramlı kontingentin belə bir səlahiyyəti yox idi. Tarixi amillər də bunu inkar edirdi. Ancaq Rusiya sülhməramlıları heç nəyə məhəl qoymadan separatçılarla əl-ələ verərək “rus icması”nın yaradılması uğrunda fəaliyyətlərə başladılar. 2021-ci il noyabrın 10-da Qarabağda “Rusiya Şöhrət Xiyabanı”nın açılış tədbirinin keçir?lməsi də bu qəbildən idi. Mixail Serdyukovun layihəsi əsasında hazırlanan xiyabanda, həmçinin Rusiyanın 10 dahi şəxsinin büstləri qoyulub. Bunlar Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasiliy Şukşin və Mixail Şoloxovun büstləridir.

Xankəndidə erməni əsilli rəssam Ayvazovskinin büstünün qoyulması da Rusiya sülhməramlılarının ərazilərimizdə özbaşına, bədnam fəaliyyətləri sırasında yer alır. Azərbaycan şəhərində Ayvazovskiyə abidə ucaldılması xoş məramdan uzaq idi. Bunu heç bir halda mədəniyyət hadisəsi kimi dəyərləndirmək olmaz. Rəssam Qarabağda yaşamayıb, bu coğrafiya ilə hansısa bir bağlılığı olmayıb. Həmin abidənin zamanında separatçıların yuvasına çevrilmiş Xankəndidə qoyulması sırf qərəzli siyasi-ideoloji məqsəd daşıyırdı - bununla Rusiya sülhməramlıları, əslində, separatçıları dəstəkləyən, onların dəyirmanına su tökən rolunda çıxış edirdilər. Ermənilərin işğal illərində ərazilərimizdə qanunsuz məskunlaşma apardıqları, tarixi abidələrimizi öz?nünküləşdirməyə cəhd göstərdikləri hər kəsə bəllidir. Qarabağda olan tarixi-mədəni abidələr İslam mədəniyyətinə və xalqımızın xristian keçmişinə aiddir.Ancaq onilliklər ərzində ərazilərimizin məqsədli şəkildə “erməniləşdirilməsi” siyasəti həyata keçirilib. İslam dininə aid abidələr ya məhv edilib, ya da onlardan mal-heyvan tövlələri kimi istifadə olunmaqla təhqirlərə məruz qalıblar. Xristian keçmişimizə aid olan alban-udi abidələri isə divarlarına saxta simvollar həkk edilməklə erməniləşdirilib. Guya, bu ərazilərdə tarixən erməni mədəniyyəti olub. Rusiya sülhməramlıları tərəfindən Xankəndidə Ayvazovskiyə abidə ucaldılması da eyni ssenarinin tərkib hissəsidir. Sülhməramlıların bu addımı atmaqla separatçılara ayı xidməti göstərmələrinin alt qatında isə imperialist məqsədlər dayanırdı.

Azərbaycanın redaktəsi zəruridir

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin yerli mətbuatın suallarını cavablandırarkən bildirdiyi kimi, “erməniəsilli rəssam İvan Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub.

Azərbaycanın rəsmi icazəsi alınmadan ucaldılan abidə sökülməli idi və artıq sökülüb. Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur. Ancaq Rusiya mətbatı, rəsmi Moskvanı təmsil edən ayrı-ayrı şəxslər, bəzi tanınmış ictimai xadimlər Azərbaycanın qanuni haqqını tanımaq istəmirlər. Bu günlərdə Rusiyanın ayrı-ayrı dairələrində bir büstün sökülməsinə görə respublikamıza münasibətdə bir növ səlib yürüşü başlayıb. Ölkəmiz rəssamın aidəsinə, bütövlükdə rus mədəniyyətinə “təcavüzdə” günahlandırılır. Soruşmaq istəyirik: Belə mədəniyyət təəssübkeşisinizsə, nə üçün otuz il ərzində işğal altındakı ərazilərdəki Azərbaycan xalqına, İslam mədəniyyətinə aid tarixi mədəni-dini abidələrin sökülməsinə, təhqirlərə məruz qalmasına susmusunuz? Niyə məscidlərimizə mal-heyvan bağladıqlarına görə erməniləri qınamırdınız? Bu gün Azərbaycanda guya rus mədəniyyətinə qarşı kampaniya başladıldığını iddia etmək gülüncdür. Ölkəmizdə belə bir şovinist əhval-ruhiyyə yerli-dibli yoxdur. Azərbaycan dünyada multikulturalizmi təbliğ edən azsaylı ölkələrdən biridir. Tolerantlıq xalqımızın tarixdən gələn ənənəsi, ölkəmizin bugünkü reallığıdır. Biz bu reallıqla qürur duyuruq.  O cümlədən Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma Rusiyanın yüksək vəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur.

Azərbaycanla, Qarabağ bölgəsi ilə hər hansı bir əlaqəsi olmayan Ayvazovskinin abidəsi demontaj edilsə də, ölkəmizdə Rusiya mədəniyyətini təmsil edən bir sıra görkəmli şəxslərin abidələri var və onların sökülməsindən söhbət belə getmir. Qarabağda həmçinin görkəmli rus şairi Mixail Lermontovun abidəsi var. Bu şairin əsərləri Azərbayan dilinə tərcümə edilib və sevilə-sevilə oxunur. Ancaq düşünürük ki. sözügedən abidədə Azərbaycanın redaktəsi zəruridir. Zənnimizcə, Mixail Lermontovun abidəsinin pyedestalında onun zamanında yazdığı, “Nemıtaya Rossiya” (Kirli Rusiya-red.) şerindən aşağıdakı misraları yazmaq daha doğru olardı:

Prohay, nemıtaə Rossiə,

strana rabov, strana qospod.

İ vı, mundirı qolubıe,

i tı, im predannıy narod.

Əlvida, kir-paslı, çirkli Rusiya,

Ağalar ölkəsi, qullar ölkəsi.

Əlvida ey mavi mundirli kəslər,

Bir də sən, xalq, onların sadiq köləsi.

Dahi Lermontov müəyyən mənada həm də gələcək (bugünkü) Rusiyanı tərənnüm edib. İndi Azərbaycanın redaktəsi ilə onun abidəsinin pyedestalında bu məşhur misraların yerləşdirlməsi tam ədalətli və şairin ruhuna böyük hörmət olardı.

Zatulindən bədnam qisas çağırışı

Bu günlərdə Rusiyanın rəsmi informasiya agentliyi TASS Azərbaycanın tarixi şəhəri olan Xankəndinin adının “Stepanakert” kimi təqdim etməsi ilə gündəmə gəldi. Halbuki ə?vəllər TASS yaydığı məqalələrdə dəfələrlə “Xankəndi” toponimindən istifadə edib. Təbii ki, TASS-ın belə məqsədli səhvə yol verməsi Azərbaycan tərəfindən sərt ?əkildə qınanıldı və düzəliş tələb edildi. Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin Stepanakert adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.

TASS-ın məlum səhvi ilə bağlı ölkəmizdən verilən sərt bəyanatlarda vurğulanıb ki, əgər Azərbaycan tərəfi qarşılıqlı münasibət və anlayış görməzsə, o zaman böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər yerlərin tarixi adlarını yada salıb istifadə etməyə məcbur qalacaq.

TASS Azərbaycanın düzəliş vermək tələbinə  üçüncü cəhddən sonra əməl edib. Belə ki, agentlik əvvəlcə “Stepanakert” sözünü “Dağlıq Qarabağ” ifadəsi ilə əvəzləyib. Bu, üzürü qəbahətindən betər bir düzəliş idi. Axı məlum hadisələrdən sonra Azərbaycan ərazisində bu adda inzibati-ərazi vahidi yoxdur. TASS-ın bu ifadəyə müraciət etməsi agentliyin və onun simasında Rusiyanın hələ də keçmiş xülyalardan əl çəkmədiyindən xəbər verir. Nəhayət, TASS Azərbaycanın təkidi ilə “Dağlıq Qarabağ” ifadəsini sadəcə “Qarabağ” sözü ilə əvəzləyib.

Belə görünür ki, TASS Rusiyadakı Konstantin Zatulin kimi şovinist əhval-ruhiyyəli ictimai xadimlərlə müqayisədə, necə deyərlər, toya getməlidir. Azərbaycandan gələn bəyanatlarda toponimlərlə bağlı yuxarıda xatırlatdığımız fikirlər Zatulinin xoşuna gəlməyib və o, “qisas çağırışı” səsləndirib. “Rusiya şəhərləri “adlarının dəyişdirilməsi” praktikası geniş yayılarsa, Rusiya Azərbaycandan gələn təyyarə və qatarları qəbul etməkdən imtina edə bilər”. Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin RTVI-yə müsahibəsində deyib. “Rusiya şəhərlərinin və coğrafi adlarının Azərbaycanda qisas məqsədilə dəyişdirilməsinə gəlincə, onlara uğurlar arzulayıram. Yeganə sözüm budur ki, bu vəziyyətdə həmin, yəni son təyinat yerlərinin adları onların qərar verdiyi kimi yazılsa, çətin ki, Azərbaycandan gələn qatar və təyyarələri qəbul edə bilək”, - deyə Zatulin xəbərdarlıq edib.

O, ümid etdiyini bildirib ki, Rusiya “indiki Azərbaycandan daha böyük tarixi köklərə malik dövlət” və “daha yetkin cəmiyyət” kimi Azərbaycan mediasında Rusiya şəhərlərinin adlarının dəyişdirilməsinə “axmaqlıqlar etməyəcək” və güzgü hərəkətləri ilə cavab verməyəcək.

Rusiyanı deyə bilmərik, ancaq Zatulinin özü həqiqətən yenə də axmaqlıq edir. Onun axmaq “qisas çağırışı”nın məzmunu bir daha  göstərir ki, Zatulin kimilərinə hələ də “böyük qardaş” iddiaları hakimdir. Ancaq müasir dünyada belə iddialarla yaşamaq ke?mişin qalığıdır. Əgər siz keçmişdə qalmaq istəyirsinizsə, bu, öz işinizdir. Azərbaycan isə artıq müasirlik yolundadır, müstəqil dövlətdir və öz siyasətində sırf suverenlik prinsipindən çıxış edir.

Rusiyanın zorən “xeyriyyəçiliyi”...

Yuxarıda Rusiyanın zamanında Qarabağda separatçılara açıq və gizli dəstək verməsindən bəhs etdik. Rusiya “Dağlıq Qarabağ problemini gələcəyə saxlamaq” tezisi ilə əslində Azərbaycanla Ermənistanı əbədi olaraq özündən asılı vəziyyətdə qoymaq istəyidi. Azərbaycanın qətiyyətinin, iradəsinin və gücünün nəticəsi olaraq hadisələr Rusiyanın istəmədiyi istiqamətdə cərəyan etdi. Artıq Dağlıq Qarabağ münaqişəsi keçmişdir. O cümlədən Xankəndidəki separatizm yuvası dağıdılıb. Orada yaşayan ermənilər də 2023-cü ildə könüllü olaraq Ermənistana köç ediblər. Ancaq suyu bulandırmaq istəyən qonşu ölkə  indi də Qarabağdan Ermənistana könüllü köç etmiş ermənilərə “Rusiya  səninlədir” yardım kampaniyasına start verib. Bu kampaniya “Yevroaziya”, “Rusiya Humanitar Missiyası” və “Rossotrudniçestvo” kimi qeyri-hökumət təşkilatları tərəfindən reallaşdırılır. Layihə çərçivəsində  Qarabağdan könüllü köçən ermənilərə 140 tona yaxın ərzaq və şəxsi gigiyena vasitələrini paylamaq planlaşdırılır.

Sözügedən QHT-lər birbaşa Rusiyanın rəsmi dairələrinə bağlıdır. Məsələn, 2010-cu ildə Y. Primakov tərəfindən təsis edilən “Rusiya Humanitar Missiyası” təşkilatı Rusiya hökuməti, ordusu və digər qurumlarla sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Maliyyələşmə mənbəyi kimi ianələr göstərilsə də, açıq mənbələr təşkilatın hökumətə və hökumətə yaxın strukturlara bağlı olduğunu qeyd edir. 2010-cu ildə fəaliyyətə başlayan bu missiya ilk dəfə Qafqaz regionuna 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatdan sonra daxil oldu. Təşkilat 2020-2023-cü illərdə Xankəndində müəyyən layihələr həyata keçirib.

Diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistanda da bu yardımların heç də xoş niyyətlə edi?mədiyi başa düşülür. Bu günlərdə Ermənistan KİV-də bu “qanlı yardımdan” imtina etmək çağırışları eşidilməyə başlayıb və bununla bağlı fləşmob təşkil edilib. Eyni zamanda, sosial şəbəkələrdə “maddi yardıma yox”! həştəqi ilə paylaşımlar təşkil etmək təklif olunur.

Rusiyanın zorən “xeyriyyəçiliyinin” məqsədi aydındır. Ermənilər arasında Azərbaycana qarşı nifrət əhval-ruhiyyəsinin arxa plana keçməsinə heç vaxt imkan verməmək! Nə etmək olar, bu da Rusiyanın tarixdən gələn bədnam missiyasıdır...

Mübariz ABDULLAYEV

Paylaş:
Baxılıb: 239 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30