Zəngəzur dəhlizi: Şərq ilə Qərbi birləşdirəcək iqtisadi kəmər...
05.06.2025 [09:21]
Layihə sülhə, əməkdaşlığa və təhlükəsizliyə töhfələr verəcək
Azərbaycanın son 5 ildə apardığı fəaliyyət Cənubi Qafqaz, Mərkəzi Asiyada və Kiçik Asiya yarımadası geocoğrafi məkanında yeni - təhlükəsiz və iqtisadi perspektivi böyük olan bir mühitin yaranmasına gətirib çıxarıb. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi, suverenliyimizin bərpası nəticəsində separatçı terrorçu qruplaşmanın ləğvi bölgənin təhlükəsizlik seqmentinin ən yüksək səviyyəyə çatmasına şərait yaratdı. Beləliklə adıçəkilən region üçün yeni, geostrateji anlamda mühüm dividendlər vəd edən zaman yetişib.
Yeni nizamın inkişaf düsturu...
Yeni iqtisadi nizamın formalaşdığı bir zamanda Cənubi Qafqazın stabil və sabit məkan kimi şöhrət tapması, tanınması qlobal layihələrin bizim coğrafiyada təşəkkülünü təmin edən mühüm faktlardan birinə çevrilmə imkanını yaradır. Bəlli məsələdir ki, Azərbaycanda yürüdülən dövlət siyasəti və bu siyasətin əsas prioritet istiqamətləri ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində müstəqil siyasət həyata keçirən güclü və nüfuzlu dövlət, həmçinin etibarlı tərəfdaş kimi tanınmasını təmin edib - Asiya ilə Avropanın “təbii körpüsü” adlandırılan, sivilizasiyaların, Şərq və Qərb mədəniyyətlərinin qovşağı sayılan Azərbaycan bəşəri dəyərlərin yaşadığımız region üçün spesifikləşdirilməsinə nail olub. Bu gün mühüm bir coğrafiyada sülh və sabitliyin təmin olunması ilkin mərhələdə bölgə dövlətlərinin iqtisadi-siyasi maraqlarına xidmət edir. Burada da enerji, kommunikasiya və qarşılıqlı maraq doğuran digər məsələlər önə çıxır ki, regional səviyyədəki əməkdaşlıqlar yeni mərhələdə qlobal inkişaf konsepsiyasının aparıcı coğrafi ünsürü kimi müəyyənləşə bilər. Bu mənada, Zəngəzur dəhlizi öz ətrafında əsaslı bir əhəmiyyət formalaşdıra bilir.
Türkiyəni Türk dünyası ilə birləşdirən yeni inteqrasiya marşrutu...
Zəngəzur dəhlizinin yaradılması ideyası Azərbaycan dövləti tərəfindən irəli sürülüb. Məhz Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə blokadada qalan Naxçıvan arasında kommunikasiya əlaqələrinin bərpa edilməsi ilə bağlı müvafiq bəndin üçtərəfli bəyanatda əks olunmasını istəyib və buna nail olub. Sonradan dövlətimizin başçısı bəhs olunan marşrutun keçəcəyi ərazinin tarixini nəzərə almaqla onu Zəngəzur dəhlizi adlandırdı və bu termin beynəlxalq səviyyədə qəbul olundu.
Bu dəhlizin yaradılması Azərbaycanın milli və strateji maraqları çərçivəsindədir. Eyni zamanda, dəhlizin fəaliyyətə başlaması ilə regionun tranzit imkanları daha da genişlənəcək. Zəngəzur dəhlizinin yaradılmasında region dövlətləri ilə Azərbaycanın maraqları üst-üstə düşür. Xüsusilə, Orta Dəhlizin yeni seqmenti kimi Zəngəzur dəhlizi həm rentabelliyinə, həm də effektivliyinə görə mühüm əhəmiyyət daşıyır. Bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürə bilərlər. Zəngəzur dəhlizinin yaradılmasında ən mühüm məqamlardan biri isə türkdilli ölkələr arasında əlaqələrin genişlənməsi üçün yeni imkanların açılması ilə bağlıdır. Mərkəzi Asiyadakı türkdilli ölkələr Orta Dəhliz vasitəsilə Azərbaycanla bağlanıb. Orta Dəhlizin Zəngəzur qolu Mərkəzi Asiya dövlətlərini Türk dünyasının aparıcı ölkəsi olan Türkiyə ilə daha qısa məsafədə birləşdirmək fürsəti yaradır.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana sonuncu səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində bildirmişdi ki, Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın qərb bölgələri arasında quru yolu deyil, həm də Türkiyəni Türk dünyası ilə birləşdirən yeni inteqrasiya marşrutudur. Bu marşrutun tezliklə açılması Cənubi Qafqazın həm nəqliyyat, həm də enerji infrastrukturunu gücləndirəcək. Türkiyə dövlətinin başçısı bildirib ki, Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ilə üçtərəfli Zirvə görüşü zamanı Orta Dəhliz, investisiyalar, ticarət və ərzaq təhlükəsizliyi də daxil olmaqla məsələlərin geniş spektrini müzakirə etmək imkanı əldə edib. “Biz Cənubi Qafqazda yenidən ağrıların yaşanmasının əleyhinəyik. Azərbaycan və Ermənistanın atdığı addımları alqışlayırıq. Bakı ilə İrəvan arasında sülh sazişi layihəsinin təsdiqini sabitliyə gedən yolda mühüm hadisə hesab edirik. Ümidvarıq ki, bu proses tezliklə başa çatacaq”, - deyən Rəcəb Tayyib Ərdoğan, həm də qalib ölkə olan Azərbaycanın regionda sülhün memarı kimi çıxış etdiyini vurğulayıb.
Region üçün perspektivlər...
Vurğulandığı kimi, Zəngəzur dəhlizinin reallaşması birinci növbədə mühüm geocoğrafi situasiya yaradacaq. Yeni iqtisadi nizamda Şərq-Qərb tranzitini birləşdirəcək dəhliz digər region ölkələri üçün də mühüm əhəmiyyət kəsb edir. Çünki dəhlizin Şimal-Cənub xətti ilə perpendikulyar şəkildə kəsişməsi ikinci xətt üzərində olan dövlətlərin də maraq dairəsini buraya istiqamətləndirir. Başqa sözlə, Zəngəzur dəhlizi ətraf dövlətlərin də iqtisadi maraqlarına cavab verən amil kimi çıxış edir. Paralel olaraq Ermənistan bu dəhlizhin açılması ilə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Ən mühüm nüans isə Zəngəzur dəhlizinin Türk dövlətlərini birləşdirən kəmər olmasıdır. Başqa sözlə, Azərbaycanın türk birliyinin möhkəmlənməsinə növbəti böyük töhfəsi Zəngəzur dəhlizi olacaq. 44 günlük müharibədə Azərbaycanın qazandığı parlaq qələbə sayəsində regionda yaranan yeni reallıqlar, həmçinin tarixi türk coğrafiyasının bərpası üçün geniş perspektivlər açıb. Çox doğru olaraq Zəngəzur dəhlizinin yaradılması tarixi türk coğrafiyasının bərpası istiqamətində mühüm bir addım kimi dəyərləndirlir. Zəngəzur dəhlizi türkdilli ölkələri iqtisadi və coğrafi baxımdan birləşdirməklə yanaşı, regionun strateji əhəmiyyətini də artıracaq. Şübhə yoxdur ki, dəhliz türkdilli ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yük daşımalarınnın həcminin artırılmasına gətirib çıxaracaq.
Yeni iqtisadi mərhələ...
Artıq dəhlizin fəaliyyəti ilə bağlı müsbət anonslar da verilir - belə ki, ötən ay Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirmişdi ki, Zəngəzur dəhlizi layihəsini 3-4 il ərzində həyata keçirməyi planlaşdırırıq. O qeyd etmişdi ki, Zəngəzur dəhlizi layihəsi Türkiyə ilə Türk dünyasını birləşdirəcək: Həm Azərbaycan, həm də Türkiyə işləri davam etdirir”.
Beləliklə, yeni perspektivdə həm bölgəni, həm də bütövlükdə, Avrasiyanı yeni iqtisadi mərhələ gözləyir. Son illərdə Azərbaycan Avrasiyanın yeni nəqliyyat xəritəsini formalaşdırıb və hazırda bu geniş coğrafiyanın bütün əsas yolları məhz ölkəmizdə kəsişir. Zəngəzur dəhlizi bu bağlantıda yeni və çox mühüm halqa təşkil edəcək. Dəhliz boyunca yaradılacaq dəmir və avtomobil yolları məhz ölkəmizin ərazisində Şərq-Qərb və Şimal-Cənub marşrutlarına inteqrasiya ediləcək. Azərbaycanın Xəzərdə qurduğu ən böyük limanın, həmçinin işğaldan azad edilmiş ərazilərdə inşa olunan üç beynəlxalq səviyyəli aeroportun yaradacağı imkanları da nəzərə alsaq, belə bir qənaət ifadə edə bilərik: “Zəngəzur dəhlizi beynəlxalq səviyyədə daşımalar üçün ən cəlbedici marşrutlardan birinə çevriləcək və respublikamız perspektivdə etibarlı tranzit ölkə kimi bundan böyük həcmlərdə gəlirlər əldə edəcək”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxElm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20

