Yeni dünya nizamının mərkəzində
22.04.2025 [10:41]
Azərbaycanın yaratdığı reallıqların izi ilə...
XXI əsrin ikinci onilliyinin sonlarında dünyada, xüsusilə Avrasiyada yeni nizamın işartıları görünməyə başladı. Qərb artıq dolayısı ilə deyil, birbaşa bu kontingentlə bağlı həm hədəflərini, həm də planlarını irəli sürürdü. Bunu bəzən “dünya liderliyi uğrunda mübarizə” adlandırsalar da, faktiki baş verənlər yeni nizamı diktə edirdi. Siyasi texnoloqların siyasi-iqtisadi tranformasiyaların dəyişkənliyi ilə bağlı tezislərindən biri və bəlkə də ən əsası siyasi-iqtisadi-hərbi nizamın da canlı orqanizm funksionallığına tabeçiliyi üzərində qurulmasından ibarətdir- başqa sözlə, onlar iddia edirlər ki, siyasi-iqtisadi-hərbi kontrastlıq qrafik inkşaf yoluna malikdir. Yəni dünya nizamı doğulur (yaranır), böyüyür (oturuşur), yaşlanır (pozulur) və məhv olur (yenilənir). İkinci növ kontrastlığın canlı inkişaf perspektivindən fərqi sonda ölməməsidir - nizam prosesi mütləq şəkildə “refreş” olunur, yenilənir.
Bu mənada, artıq 30 illik “həyat yoluna” malik postsovet nizamı da özünün bəzi “büdrəmələri” ilə seçilirdi. Xüsusilə, klassik Qərb-Şərq “iqtisadi nərdivanı”nda yerlər və rollar dəyişməyə başlamışdı. “Soyuq müharibə” nizamı və sonrakı dövrdə adət etdiyimiz Qərb iqtisadi üstünlüyü göz görə-görə enişə doğru “yol almışdı”. Əksinə, Şərq kontingentinə olan ehtiyac isə günü-gündən böyüyürdü. Beləliklə...
Yeni qaydalar, yeni sistem - Diqqət MƏRKƏZƏ!!!
Növbəti siyasi-iqtisadi nizama doğru istiqamətlənən proses özünün yeni atributları ilə seçilməli idi:
- Yeni nizamda “yol” predmeti (logistika) ön plana çıxır;
- Keçid məntəqələri (logistik stansiyalar) özünün təhlükəsizlik immunitetini formalaşdırmalı idi;
- Qlobal iqtisadi coğrafyaların təbii yerdəyişməsi baş verəcəkdi;
- Klassik “müttəfiqlik” anlayışı yeni “tərəfdaşlıq” termini ilə əvəzlənirdi.
Və bütünlüklə proses diqqətlə izlənirdi. Yeni nizamın əsas ünsürü kimi çıxış edən “YOL” üçün stasionar hazırlıq başlamışdı. Hətta Avrasiyanın bəzi iqtisadi-siyasi aktorlarının gizli şəkildə yürütdükləri siyasi planlaşdırmalar yavaş-yavaş hədəfə tərəf irəliləyirdi. Yeni nizamın “yolu”nun keçid logistikası üzrə müzakirələr və araşdırmalar davam edən vaxtı, beynəlxalq aləm yeni bir reallıqla üz-üzə qaldı. 2020-ci il Vətən müharibəsi, ardından isə 2023-cü il antiterror tədbirləri yeni nizamın formalaşma mərkəzini “nişan” verdi.
Bəli, yeni nizamda ən əsas amillərdən biri tərəflərin maraqlarının nəzərə alınmasıdır - etiraf edilməlidir ki, ötən hər gün mürəkkəbləşən, qütbləşmənin açıq xarakter aldığı və kataklizmələrlə dolu dünyada bunu təmin etmək çox çətindir. Xüsusilə, qrup maraqlarının önə çıxdığı son illərdə beynəlxalq münasibətlər sistemində uğurlu təşkilatçılıq etmək mümkünsüz hala çevrilib - bəzi hallarda iqtisadi baxışlar, bəzən siyasi situasiya, bəzən təhlükəsizlik amili, bəzən isə ikitərəfli münasibətlərdə ortaya çıxan ziddiyyətlər maraqların kəsişməsinə, üst-üstə düşməsinə imkan vermir. Beləliklə, qütbləşmə və ya daha konkretləşdirsək, fikir ayrılığı bütün sferalar üzrə kəskin hal alır. Belə bir mənzərədə qlobal oyunçuya çevrilmək perspektivi isə get-gedə azalır - əksinə, fərqli coğrafiyalarda yerləşən ölkələr özlərinin lokal maraq müstəvisini formalaşdırır. Yaranan reallıqlar isə nəticə etibarı ilə belə bir fon yaradır - hər bir ölkə və ya təşkilat məhdud çevrəsi üzrə əlaqələr sistemi qurmalıdır. Azərbaycan isə bu stereotipləri darmadağın edərək yeni nizamın oyun qaydalarını yaradan güc mərkəzlərinin diqqətini yeni geostrateji və geoiqtisadi coğrafiyada fokuslaşdırdı...
İnkişaf üçün barış - yeni nizamın əsas formulu...
Azərbaycan dövlətinin həyata keçirdiyi çoxvektorlu xarici siyasət kursu ümumən bölgənin siyasi-iqtisadi nüfuzunun və qiymətinin gündən-günə artmasında əsaslı şərt kimi çıxışını daha da ön plana çıxardı. Xüsusilə, bölgədə yaradılan “əməkdaşlıq zəncirləri”, Şərq-Qərb, Şimal-Cənub prioritetləri üzrə tərəfdaşlığın yüksəldilməsi, yüksək geocoğrafi iqtisadi göstəricilər, diplomatik uğurlar, regionda formalaşdırılan və təhlükəsizliyə istiqamətlənən yeni siyasi reallıqlar, eyni zamanda, fərqli coğrafiyaların enerji təminatında oynadığı əhəmiyyətli rol Azərbaycan tərəfindən hazırlanmış tablonun “rənglərinə” çevrildi.
Azərbaycanın yeni mərhələdə formalaşan iqtisadi-siyasi, ticari münasibətlər sisteminə verəcəyi töhfələr uzaq perspektiv üçün yaradılmış trendlərdir. Şərq-Qərb sistematikası üzrə nümayiş etdirilən davranışlar isə indiyə qədər dünya tarixində görünməmiş hadisə belə sayıla bilər.
- Azərbaycan yeni nizamın qaydalarını beynəlxalq ticarət üzərində qurmağı bacardı - başqa sözlə, bu ticari zəncir yaxın yüz illərdə belə qırılma ehtimalı yarada bilməz. Milli - mənəvi bağlarla möhkəmləndirilən bu maraqların uzlaşdırılması prosesi həm iqtisadi, həm siyasi, həm də etnik təməllərlə “oturuşdurulur”;
- Böyük iqtisadi güc mərkəzləri arasında “körpü”nü yaradaraq “təbii inkişaf” mexanizmi qurdu - ənənəvi aparıcı Qərb ilə bazar axtarışında olan “zəngin Şərq”i bir-birinə qovuşdurmaqla stasionar keçid regionlarının inkişaf səviyyəsinin artmını təmin etdi;
- Eyni parametrləri təhlükəsizlik meyarına da aid etmək olar - aparılan siyasət ən azı yaxın regional məsələlərdə “söz haqqı” formalaşdırır. Haşiyə çıxaraq bildirək ki, Azərbaycan - Türkiyə strateji müttəfiqliyi bunun real sübutudur. Məhz bu müttəfiqliyin ardından Yaxın şərqdə “dəngələr” yenidən qurulur. Artıq qarşı-qarşıya olan güclər də bəzi hallarda Azərbaycan amilini ön planda tutaraq yeni münasibətlər sistemi qurmaq üçün masa arxasına keçirlər.
Paralel olaraq sübut olunur ki, yaranan bu yeni situasiya xəyal edilən gələcək üçün bir başlanğıc sayıla bilər. Bu reallığın müəllifi olan Azərbaycan isə prosesi daha ön sıralara daşımaq üçün səfərbərdir...
İnkişaf “sürətini” azaltmamaq üçün - “şirin ilğıma” aldanılmasın...
Prosesin ən diqqətçəkən məqamlarında biri də Azərbaycanın yeni nizamın mərkəzində bu kimi oyun qaydalarını bərabərhüquqlu əməkdaşlıq çərçivəsində yürütmək qabiliyyətidir. Beləliklə, ərazi baxımından kiçik olsa da, Azərbaycan formalaşan yeni iqtisadi-ticari proseslərə aktiv müdaxilə imkanı əldə edir - dost, qardaş, müttəfiq, tərəfdaş ölkələrə isə bu prosesdə aktiv iştirak imkanları tanıyır. Nəticə isə göz önündədir - bu gün ABŞ, Aİ, Türkiyə, ərəb-islam dünyası, Mərkəzi Asiya, Uzaq Şərq, Rusiya, Çin, hətta fərqli qitələrin təmsilçiləri Azərbaycanın apardığı uğurlu siyasətin dəstəkçisi, tərəfdaşı kimi çıxış edir. Beləliklə, Azərbaycanın beynəlxalq aləmlə əlaqələri və əməkdaşlıq coğrafiyası genişlənir. Çünki biz fərdi maraqlar üzərindən danışmırıq - prosesi daha dərindən və geniş şəkildə izah edirik - yaxın perspektiv üçün bəlkə də hanısa ölkələrə “şirin ilğım” kimi görünən predmetlər uğruna çox da uzaq olmayan yüksək inkişaf sürətini “azaltmağı” məsləhət də bilmirik...
Yuxarıda qeyd olunan “yol strategiyası” Azərbaycanın addım-addım nail olduğu bir dividenddir. “Çevrəçəkənin” mərkəzinin dayaq nöqtəsi kimi Zəngəzur dəhlizi götürüləcəyi təqdirdə bu çevrəyə daxil olan bütün yaxın-uzaq coğrafiyalar gələcək perspektivdə “mükafatını” alacaq. Çünki Azərbaycanın yaratdığı reallıqlar regional gələcəyin ticari doktrinasıdır. Azərbaycan ən əhəmiyyətli qovşaqlardan sayılan Orta Dəhlizin yeni istiqamətləri üzərində işləməklə prosesə yeni özəlliklər qazandırır. Qərbi Şərqə bağlayan, Mərkəzi Asiya ilə Kiçik Asiyanı qovuşduran, oradan isə Avropa məkanına inteqrasiyanın xəritəsini cızan Azərbaycan böyük bir anlamda ticari körpü “tikir”. İstər enerji, istərsə də digər sahələrin inkişafı üçün əsas meyara çevrilmiş və Avropa ilə Çin arasındakı ən effektiv yolun ən mühüm stansiyası kimi oturuşmuş Azərbaycan qlobal həmrəyliyi və beynəlxalq əməkdaşlığı birləşdirməklə yanaşı, yeni layihələrin formalaşdırılmasını, təbliğini də önə sürür.
Qətiyyətli Azərbaycan birləşdirici rolda...
Beləliklə, Azərbaycanın qlobal məkanın qətiyyəti, birlik və həmrəylik təşəbbüsləri ilə seçilən bir üzvü olaraq yeni beynəlxalq əlaqələr sisteminin ənənəvi humanizm, qarşılıqlı hörmət, qardaşlıq və dostluq, ən əsası isə milli maraqların qorunması prisipləri əsasında yaratma prinsipallığı öz nəticəsini verir. Bu gün Türkiyə - Azərbaycan müttəfiqliyi özünün yeni kriteriyalarını ortaya qoyur. Azərbaycanın bölgə üçün yaratdığı “dostluq masası” böyük nəticələrə hesablanıb. Çünki potensial böyükdür. Ölkəmizin Şərq-Qərb formatlı dürüst, beynəlxalq hüquqa söykənən və ədalətə əsaslanan siyasəti təqdir edilir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

