Ukraynada prezident seçkiləri keçiriləcək?
04.04.2025 [09:23]
Yaxın zamanda Ukraynada prezident seçkiləri baş tuta bilər - son zamanlar qlobal mediada Ukraynada növbəti prezident seçkilərinin nə zaman keçiriləcəyi ilə bağlı səsləndirilən fikirlər aktual gündəm mövzusuna çevrilib. Bəzi ekspertlər bu seçkilərin atəşkəs sazişinin imzalanmasından əvvəl, bəziləri isə atəşkəsin elan olunmasından sonrakı dövrdə baş tutacağını iddia edirlər. Qeyd edək ki, Ukrayna qanunvericiliyinə görə, hər hansı bir ölkə ilə müharibə şəraitində ölkədə prezident, parlament və yerli özünüidarəetmə seçkiləri keçirilə bilməz. Ukrayna Prezident Administrasiyası iddiaları təkzib edərək bəyan edib ki, ölkədə istənilən seçki yalnız müharibə bitdikdən sonra keçiriləcək.
“Economist”-in iddiası
Britaniyanın həftəlik “Economist” jurnalı Ukrayna hökumətinə yaxın müəyyən mənbələrə istinadən qeyd edib ki, Ukraynada növbəti prezident seçkiləri bu ilin iyulunda keçiriləcək. Jurnal iddia edib ki, prezident Volodimir Zelenski rəqiblərinin qısa müddətdə effektiv kampaniya qura bilməyəcəkləri ümidi ilə seçkiləri gözlənilmədən elan edəcək. Nəşrin məlumatına görə, ötən həftə Zelenski öz ofisinə tam atəşkəsdən sonra seçkilərin təşkili ilə bağlı fəaliyyətə keçməyə tapşırıb. Nəşrin məqaləsində vurğulanır ki, prezident seçkilərinin vaxtı mayın 8-dən gec olmayaraq hərbi vəziyyətin uzadılması ilə bağlı Ali Radada səsvermənin nəticələrinə əsasən qiymətləndirilə bilər. “Ukrayna qanunları seçki kampaniyası üçün 60 gün ayırır, ona görə də ən erkən tarix iyul ayıdır. Qarşıdan gələn kampaniya üç ay davam edə bilər, çünki hakimiyyət seçici siyahılarını yenidən tərtib etməlidir”, - deyə məqalədə qeyd olunub.
Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko isə “Economist”ə şərhində bildirib ki, seçkilər “avqustdan oktyabr ayına qədər istənilən vaxt” keçirilə bilər. Eyni zamanda, ukraynalı siyasətçi blogger Anatoliy Şariy öz “Telegram” kanalında Ukraynada növbəti prezident seçkilərinin tarixinin may ayında təyin ediləcəyini bildirib. Onun sözlərinə görə, rəsmi Kiyev bu məsələdə Vaşinqtonun mövqeyini nəzərə almaq məcburiyyətində olacaq. “ABŞ tərəfindən Kiyevə irəli sürülən təklifi nəzərə alaraq, ondan imtina etmək mümkün deyil. Seçkilər may ayında təyin ediləcək”, - deyə Şariy vurğulayıb.
Tramp ilə Putin arasında fikir ayrılığı
Bir müddət bundan əvvəl Tramp öz çıxışlarında Zelenskinin qeyri-legitim prezident olduğunu bəyan edirdi - demək olar ki, o, bu məsələdə Moskva ilə eyni mövqeyi bölüşürdü. Lakin Kiyevin Vaşinqtonun tələblərinə, xüsusilə Ağ Evin atəşkəs sazişi ilə bağlı təkliflərinə razı olduqdan sonra Trampın Zelenski ilə bağlı mövqeyi tamamilə dəyişdi. Ağ Evin rəhbəri Ukraynada prezidentlik postu uğrunda seçkilərin atəşkəs sazişi imzalandıqdan sonra keçirilməsinə razıdır. Ancaq Kreml öz əvvəlki mövqeyində qalmaqdadır və Zelenski hakimiyyəti ilə bir masa arxasında oturmaq istəmir. Moskva atəşkəs sazişinin imzalanmasına qədər prezident seçkilərinin keçirilməsini tələb edir. Bu isə Trampı ciddi şəkildə qəzəbləndirib.
Prezident seçkiləri nə zaman baş tutacaq?
Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ukraynada prezident seçkiləri Rusiya ilə atəşkəs sazişinin imzalanmasından sonra keçiriləcək. “Tramp Ukrayna ətrafındakı prosesləri sürətləndirməyə çalışır. Çünki o, Rusiya ilə Ukrayna arasındakı müharibənin tez bir zamanda başa çatmasını və atəşkəs sazişinin yaxın vaxtlarda imzalanmasını istəyir. Putin isə Ukraynada öz hədəflərinə nail olana qədər prosesi uzatmaq niyyətindədir. Ukraynada prezident seçkilərinin keçirilməsinə gəlincə, bunun üçün ilk növbədə hazırlıq işləri getməlidir. Hesab edirəm ki, Ukraynada prezident seçkiləri atəşkəs bərqərar olunduqdan sonra keçiriləcək”.
Politoloq Asif Nərimanlı isə hesab edir ki, Ukraynada növbəti prezident seçkilərinin keçirilməsi yalnız vəziyyətdən asılı olcaq; “Bildiyimiz kimi, müharibə olduğuna görə, Zelenski hakimiyyəti seçkiləri təxirə salıb. Lakin bunun özü Ukrayna üçün ciddi problem yaradıb. Həm ABŞ, həm də Rusiya bundan Kiyevə qarşı rıçaq kimi istifadə edib. Əgər yaxın zamanda Ukraynada prezident seçkiləri elan olunmazsa, Zelenski hakimiyyəti seçkilərin keçirilməsinə etiraz edərsə, Vaşinqton və Moskva yenidən Zelenskinin qeyri-legitimliyi məsələsini qaldıracaq. Bunu Zelenski çox yaxşı anlayır. Bu baxımdan hesab edirəm ki, yaxın aylarda Ukraynada prezident seçkiləri keçirilə bilər. Hətta atəşkəs sazişi imzalanmasa belə, seçki məsələsinin gündəmə gəlməsi mümkündür”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

