Almaniyada koalisiya razılaşması...
11.03.2025 [08:46]
Mertz kansler olmaq üçün hazırki iqtidarla anlaşır
Almaniya Bundestaqına növbədənkənar seçkilərdən iki həftə sonra Almaniyada yeni hakim koalisiyanın potensial tərəfdaşları - Xristian Demokrat İttifaqı (CDU), Xristian Sosial İttifaqı (CSU) və Almaniya Sosial Demokrat Partiyası (SPD) əsas məsələlərdə kompromis əldə edə biliblər. Artıq tərəflər hökumətin formalaşdırılması ilə bağlı konkret danışıqlara başlamağa hazırdırlar.
Sosial demokratlar “seçildi”...
Əsas müzakirə predmetlərindən olan miqrant məsələsində də razılıq əldə olunub. Belə ki, partiyalar Almaniya sərhədində sığınacaq istəyən potensial miqrantlardan imtina ilə bağlı mövqeləri razılaşdırıblar. Bu, koalisiyanın əsas tərəfi sayılan CDU/CSU-nun mühüm tələbi idi. CDU-nun sədri və ehtimal ki, Almaniyanın gələcək kansleri Fridrix Mertzin vurğuladığı kimi, Almaniyanın sərhədlərində sənədlərə nəzarət kütləvi şəkildə genişləndirilməlidir. Bundan əlavə, qaçqınların öz ailə üzvlərini Almaniyaya gətirmək imkanları daha da məhdudlaşdırılmalıdır.
Müzakirə olunan əsas predmetlərdən biri də iqtisadi böhranın aradan qaldırılması üçün planlardır. Belə ki, hakim koalisiyanın potensial gələcək tərəfdaşları investisiyaların cəlb edilməsi üçün tədbirlər görməyi və korporativ vergitutma sahəsində islahat aparmağı planlaşdırırlar. “Vətəndaş müavinətləri” (Bürgergeld) adlanan ödənişlərin ödənilməsi sahəsində də dəyişikliklər gözlənilir.
Hamı həm razıdır, həm də narazı...
Koalisiyanın yaranması isə zərurətdən irəli gəlir. Belə ki, bütün partiyalar vahid hakim komanda formalaşdırmaq üçün lazım olan səsləri yığa bilməyiblər. O baxımdan “zorən müttəfiqlik” kimi xarakterizə olunan birliyə münasibət də birmənalı deyil. Məsələn, həm CDU lideri Fridrix Mertz, həm də SPD həmsədri Lars Klinqbeyl partiya orqanlarına koalisiya danışıqlarının rəsmi başlanmasını təsdiq etmək niyətlərini irəli sürüblər. CDU-nun müttəfiqi CSU-nun sədri Markus Şöder isə ilkin danışıqların nəticələrini şərh edərkən bildirib ki, “uduzanlar və ya qaliblər yoxdur, yeni tərəfdaşlar var”.
Kanslerliyə potensial namizəd olan Mertz isə Pasxa bayramına, yəni aprelin 20-dək koalisiya danışıqlarını başa çatdırmaq niyyətini bildirib.
Bundesver dirçəldilməlidir
Qeyd edək ki, Bundesverin (Almaniya Silahlı Qüvvələri) yenidən silahlanması və infrastrukturun yenilənməsi məsələlərində sürətli yaxınlaşmaya baxmayaraq, mümkün idarəedici koalisiyadakı tərəfdaşların bir sıra mühüm məsələlərdəki mövqeləri ziddiyyətlidir. “Borc əyləci” məsələsində də artıq vahid fikirə gəlinib - belə ki, Fridrix Mertz əvvəlki fikirlərindən əl çəkib. Ölkəyə artan təhlükəsizlik təhdidləri fonunda müzakirələr aparan tərəfdaşlar artıq “borc əyləci”ndə islahatlar aparmaq istəyirlər. Bunun üçün Bundestaq üzvlərinin üçdə iki səs çoxluğu tələb olunur.
Vurğulandığı kimi, milli müdafiə məsələsində eyni fikir əldə olunub - Rusiya təhlükəsi və Trampın rəhbərliyi altında ABŞ-ın Avropaya yönəlik siyasətində dramatik dəyişiklik fonunda Bundesveri dirçəltmək lazım olduğu bildirilir. Almaniya anlayır ki, Silahlı Qüvvələri ürəkaçan vəziyyətdə deyil - kadr və təchizat çatışmazlığı ortadadır. Alman silahlı qüvvələri köklü şəkildə modernləşdirilməlidir.
Eyni zamanda, Almaniya onilliklərdir ki, dəmir yollarının, avtomobil yollarının və körpülərin təmiri və tikintisi ilə bağlı kəsirə malikdir, ölkə rəqəmsal texnologiyaların inkişafında da geri qalır. Bundestaqda heç kim bu sahələrdə qəti dəyişikliklərin zəruriliyinə şübhə etmir. İnfrastrukturun hazırkı tələblərə uyğunlaşdırılması üçün böyük vəsait lazımdır.
Ukrayna ilə bağlı siyasətə gəlincə, CDU/CSU ilə SPD arasında fikir ayrılıqları daralıb. Səbəb ABŞ və Ukrayna prezidentləri arasında baş verən açıq münaqişə və Amerikanın Kiyevə yardımını müvəqqəti dayandırmasıdır. Berlin nəyin bahasına olursa olsun Ukraynaya dəstəyi davam etdirməyi mühüm vəzifə hesab edir.
Transatlantik əlaqələrə gəldikdə isə həm mühafizəkarlar, həm də sosial demokratlar Trampla fərqli fikirə malikdirlər. Bununla belə, Mertz hələ də Tramp administrasiyası ilə dialoq üçün qapını açıq qoyur. Yeni kansler namizədi hələ də ABŞ-ı Avropanın müttəfiqi kimi saxlamağa və onu Ukraynaya təhlükəsizlik zəmanəti verməyə razı salmağa çalışır.
AfD xəyanət adlandırıb
Birliyi ilk tənqid edənlərdən biri hazırda hakim koalisiyada təmsil olunan Yaşıllar partiyası olub. Partiyanın həmsədri Feliks Banaszak “yaşıl müxalifət”in ağıllı, yaradıcı və kifayət qədər sərt olacağına söz verib. Banaszak xatırladıb ki, CDU/CSU və SPD tərəfindən təklif olunan “vergi əyləci” islahatı Almaniya Federativ Respublikasının Əsas Qanununa dəyişikliklər tələb edir və Bundestaqda çoxluq tərəfindən qəbul edilməlidir. Bu isə o deməkdir ki, “Yaşılların” səsi olmadan bu alınmayacaq. O, CDU/CSU və SPD-nin müdafiə və infrastruktura əlavə vəsait xərcləmək niyyətindən də narazıdır.
İfrat sağçı Almaniya üçün Alternativ partiyasının liderləri Alisa Veydel və Tino Çurapalla mühafizəkarları seçki vədlərini pozmaqda və Sosial Demokratlara güzəştə getməkdə ittiham ediblər. “Bu sənəd Almaniyanın zərərinə olan bir razılaşmadır və planlaşdırılan koalisiya danışıqları üçün yaxşı heç nə vəd etmir” deyən AfD həmsədrləri “Seçki vədlərini pozmaq və SPD-nin borc çılğınlığına təslim olmaq müqabilində Fridrix Mertz yalnız qeyri-müəyyən vədlər, rəsmi güzəştlər və miqrasiya siyasəti ilə bağlı işlər əldə etdi”,-deyə bildiriblər: “Sənaye elektrik qiymətləri və elektrik avtomobillərinə verilən subsidiyalar kimi köhnə sosialist reseptləri rifah və ya iqtisadi artım yaratmır, əksinə, planlı iqtisadiyyata və sənayesizləşməyə doğru tənəzzülü sürətləndirir. Bu fəlakətli nəticəyə görə, CDU öz seçicilərinə xəyanət etdi, konstitusiyaya ziyan vurdu.”
Azad demokratlar və Sol Partiya da əleyhinədir...
Bundestaqdakı Azad Demokrat Partiyasının (FDP) fraksiyasının rəhbəri Kristian Dürr də tənqidlərə qoşulub. Liberal FDP yeni Bundestaqda, ümumiyyətlə, təmsil olunmayacaq. “Həqiqi yardım və islahatlara ümid edən vətəndaşlar və şirkətlər çox məyus olacaqlar” deyən Dürr əlavə edib ki, nəhəng borc paketi yalnız fərdi, hissə-hissə tədbirlərlə kompensasiya olunur.
Sol Partiya isə CDU/CSU və SPD saziş layihəsinin kifayət qədər sosial yönümlü olmadığını bildirib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

