Şimali Makedoniyanın yeni prezidenti kimdir?
10.05.2024 [10:55]
Bu ölkədə keçirilən prezident və parlament seçkilərində müxalifət qələbə qazanıb
Şimali Makedoniyada keçirilən seçkilərdə müxalifət qalib gəlib. Belə ki, mayın 8-də bu ölkədə parlament seçkiləri və prezident seçkilərinin ikinci turu keçirilib. Bu ölkədə 1,81 milyona yaxın vətəndaşın səsvermə hüququ var, seçki məntəqələrinin sayı isə 3480-dir.
Qeyd edək ki, Şimali Makedoniya Respublikası Avropanın cənub-şərqində yerləşən dövlətdir. Şimali Makedoniya Balkan yarımadasında dənizə çıxışı olmayan ölkədir, şimalda Serbiya, qərbdə Albaniya, cənubda Yunanıstan, şərqdə isə Bolqarıstanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Skopye şəhəridir. Şimali Makedoniya keçmiş Yuqoslaviyanın tərkibində yer alan ölkələrdən biri olub və 8 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan edib. Ölkə 1991-ci ildən 2019-cu ilin fevral ayınadək rəsmi olaraq Makedoniya Respublikası adlandırılıb. Beynəlxalq aləmdə isə daha çox “Keçmiş Yuqoslav Respublikası Makedoniya” və ya sadəcə Makedoniya kimi tanınıb.
Şimali Makedoniya 8 aprel 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatına üzv seçilib, lakin Yunanıstan ilə Şimali Makedoniya arasında yaşanan ad mübahisəsinə görə təşkilat çərçivəsində ölkənin adı Keçmiş Yuqoslav Respublikası Makedoniya kimi göstərildi. Eyni ad bir çox beynəlxalq təşkilatlarda da istifadə olunmuşdur. 2018-ci ilin iyun ayında isə Yunanıstan və Makedoniya arasında Prespa müqaviləsi imzalanıb. Müqaviləyə əsasən hər iki tərəfin maraqlarına uyğun olaraq Makedoniyanın adı Şimali Makedoniya Respublikası ilə əvəz olunub. Ölkənin adının dəyişdirilməsi rəsmi olaraq 2019-cu ilin 12 fevral tarixində qüvvəyə minib.
Şimali Makedoniya parlamentli respublikadır və Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və 2020-ci ildən etibarən NATO üzvüdür. Şimali Makedoniya 2005-ci ilin dekabr ayından Aİ-yə üzv olmaq üçün danışıqlar aparır.
Seçkilərə gəlincə, birpalatalı parlament olan Assambleyada yerlər uğrunda 17 partiya və koalisiyadan olan namizədlər mübarizə aparıb. Parlament seçkilərində əsas mübarizə Dimitar Kovaçevskinin başçıqlıq etdiyi Makedoniya Sosial Demokrat İttifaqının (SDSM) rəhbərlik etdiyi “Avropanın gələcəyi naminə” koalisiyası ilə ən böyük müxalifət partiyasının rəhbərlik etdiyi “Sizin Makedoniya” koalisiyası arasında baş tutub.
Xatırladaq ki, ən böyük müxalifət partiyası olan Makedoniya Daxili İnqilab Təşkilatının - Makedoniya Milli Birliyi Demokratik Partiyasının rəhbərlik etdiyi “Sizin Makedoniya” koalisiyası Şimali Makedoniyada keçirilən parlament seçkilərində 43,09 faiz səs qazanıb. Bu koalisiya 120 yerlik parlamentdə ən azı 55-60 mandat qazanmış oldu. Dövlət Seçki Komissiyasının məlumatına görə, ikinci yeri Makedoniya Sosial Demokrat İttifaqının rəhbərlik etdiyi “Avropanın gələcəyi naminə” siyasi birliyi (15,20 faiz), üçüncü yeri İnteqrasiya Uğrunda Demokratik İttifaqın rəhbərlik etdiyi “Avropa Cəbhəsi” (14,01 faiz), dördüncü yeri “Vredi” müxalifət koalisiyası (10,91 faiz) qazanıb. Daha sonra “Levitsa” partiyası (6,78 faiz), “ZNAM” hərəkatı (5,32 faiz) gəlir. Digər partiyaların namizədlərinə seçicilərin 1 faizindən az hissəsi səs verib.
Makedoniya Daxili İnqilab Təşkilatının - Makedoniya Milli Birliyi Demokratik Partiyasının baş katibi Kristian Miskoski səsvermədən sonra keçirilən mətbuat konfransında xalqın səsvermə yolu ilə ölkədə cinayət və korrupsiyaya qalib gəldiyini bildirib: “Biz sizi məyus etməyəcəyik, ölkədəki müsbət nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək”.
Prezident seçkilərinə gəlincə, ikinci turda müxalifətin namizədi Qordana Silyanovska-Davkova və respublikanın hazırkı prezidenti Stevo Pendarovski mübarizə aparıb. Nəticələrə əsasən Şimali Makedoniya tarixində ilk dəfə qadın prezident seçilib. Ölkənin aparıcı müxalifət partiyası olan “Daxili Makedoniya İnqilab Təşkilatı - Makedoniya Milli Birliyinin Demokratik Partiyası”nın namizədi Qordana Silyanovska-Davkova 65 faiz səslə qalib olub. Seçicilərin 29,25 faizi isə “Makedoniya Sosial Demokrat İttifaqı”nın dəstəklədiyi hazırkı prezident Stevo Pendarovskiyə səs verib.
Şimali Makedoniyanın hazırkı rəhbəri Stevo Pendarovski isə seçkilərdə məğlub olduğunu etiraf edib. Pendarovski bildirib ki, seçkinin nəticələri ona aydındır və o, məğlubiyyətini etiraf edir. Eyni zamanda o, “Avro-Atlantik strukturlara tam inteqrasiya olunmuş çoxmillətli Makedoniya konsepsiyası”nın seçicilərdən dəstək almamasından təəssüfləndiyini bildirib.
Qordana Silyanovska-Davkova artıq mətbuat konfransı keçirərək, seçicilərə dəstəyə görə təşəkkür edib və “bu andan etibarən, respublikanın bütün vətəndaşlarının prezidenti kimi” çıxış edəcəyini bildirib.
Qeyd edək ki, yeni prezident Qordana Silyanovska-Davkova 1955-ci ildə anadan olub. O, 1973-cü ildə orta məktəbi və 1978-ci ildə Skopye Universitetinin Hüquq fakültəsini bitirib və hüquq magistri dərəcəsi alıb. 1993-cü ildə Lyublyana Universitetində hüquq elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. Qordana Silyanovska-Davkova 1989-cu ildən Skopye Universitetinin Hüquq fakültəsində “Siyasi sistemlər” fənni üzrə assistent və müəllim, konstitusiya hüququ və siyasi sistemlər kafedrasının dosenti, professor vəzifələrində çalışıb. 1990-1992-ci illərdə Makedoniya Respublikası Assambleyasının Konstitusiya Komissiyasının üzvü, 1992-1994-cü illərdə Branko Zrvenkovskinin ilk hökumətində portfelsiz nazir olub. BMT-nin seçkilər üzrə eksperti, Avropa Şurası yanında yerli özünüidarəetmə üzrə müstəqil ekspertlər qrupunun sədr müavini, 2008-2016-cı illərdə Venesiya Komissiyasının üzvü olub. 2017-2018-ci illərdə o, ictimai xadim kimi respublikada alban dilinin tətbiqinin genişləndirilməsi haqqında qanuna və “Prespa müqaviləsi”nə qarşı çıxış edib. 15 iyul 2020-ci ildən Şimali Makedoniya Assambleyasının üzvüdür.
Xatırladaq ki, Qordana Silyanovska-Davkovanın namizədliyi 2019-cu ildəki prezident seçkilərində də irəli sürülmüşdü. Lakin o, budəfəki seçkilərdə qələbə qazana bildi.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

