Milli Məclisin plenar iclasında...
06.04.2024 [10:15]
Parlamentdə Brüssel görüşü ilə bağlı məsələ qaldırılıb
Aprelin 5-də Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 21 məsələ daxil edilib.
Əvvəlcə iclasda Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-ın dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen arasında üçtərəfli görüşlə bağlı məsələ qaldırılıb. Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Azərbaycanın öz ərazilərini işğaldan azad etdiyini söyləyib və Bakının indi sülh istədiyini bildirib. O deyib ki, belə olan halda Avropanın regionda müharibəni yenidən alovlandırmaq cəhdi qəbuledilməzdir: “Bu cəhdlər nəylə əlaqədardır?! Cavab çox bəsitdir. Rusiya üçün ikinci cəbhə açmaq. Ukraynada baş verənlər, Rusiyaya tətbiq edilən sanksiyalar bir nəticə vermədi. İndi isə Ermənistan üzərindən həmin oyun oynanılır. Ermənistan Rusiya tərəfindən yaradılan bir dövlətdir. Onlar burada ikinci cəbhəni açıb Ermənistanı Moskvanın əlindən almaq istəyidir. Lakin bütün bunlara baxmayaraq hesab edirəm ki, 5 aprel görüşünün heç bir nəticəsi olmayacaq”, - Milli Məclis sədrinin müavini bildirib.
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bu gün Brüsseldə keçirilən görüşlə bağlı Azərbaycanın mövqeyi məlumdur: “Burada məni narahat edən digər məsələ isə İranın susqunluğudur. 44 günlük müharibə zamanı İran hər gün bəyanat verirdi ki, Zəngəzura girmək olmaz. Amma bu gün görürük ki, İran bu məsələyə heç bir münasibət bildirmir. Bu gün həmin torpaqlarda NATO-nun, digər ölkənin kəşfiyyatçıları, eyni zamanda terrorçular var. İran bilməlidir ki, o torpaqlara yığılan silahlar Azərbaycan üçün yox, İran üçündür. Digər tərəfdən İran parlamentində bir deputat deyib ki, Azərbaycandakı İsrail səfirliyinə hücum edək. Elə gözünüz Azərbaycanı görür. Əgər gücünüz çatırsa, Amerikada, Rusiyada və digər ölkələrdəki səfirlikləri hədələyin”, - o söyləyib.
Deputat Elman Nəsirov qeyd edib ki, ABŞ-ın dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycan Prezidenti
İlham Əliyevə zəng edərək bu gün (dünən-red.) Brüsseldə keçiriləcək üçtərəfli görüş barədə məlumat vermələri yüksək qiymətləndirilməlidir: “Bu gün Cənubi Qafqazda sülh heç vaxt olmadığı qədər yaxındır. Bu baxımdan sülhə qarşı atılacaq bütün addımların məsuliyyəti ABŞ-ın üzərinə düşür. Bu, Prezident İlham Əliyevin dünyadakı nüfuzundan xəbər verir. ABŞ və Avropa İttifaqı rəsmiləri bildirib ki, bu görüşdə sadəcə iqtisadi məsələlər müzakirə ediləcək. Lakin gedişat onu göstərir ki, burada Azərbaycanın rəyi nəzərə alınmadan bəzi məsələlərin müzakirəsi gündəmə gələ bilər”.
Sonra Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında, Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında, Gəncə Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında, Şəki Apellyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi haqqında, Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında sənədlər bir oxunuşda qəbul edilib.
Daha sonra “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi (üçüncü oxunuş), “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş), “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş), “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş), “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş) səsverməyə çıxarılaraq qəbul edilib.
Ardınca Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında”, Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş), “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) səsvermə yolu ilə təsdiqlənib.
Sonra “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş), “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) səsvermə əsasında qəbul edilib.
Beləliklə, Milli Məclisin yaz sessiyası üzrə keçirilən növbəti plenar iclası başa çatıb.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxXəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58

