Avropa Komissiyası əhalinin qocalmasının yeni problemlər yaradacağı qənaətindədir
14.07.2026 [20:32]
Avropa Komissiyası çərşənbə axşamı demoqrafik dəyişikliyin iqtisadi artımı və dövlət maliyyəsini qorumaq üçün məqsədyönlü siyasət tələb edəcəyi barədə xəbərdarlıq edib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Avropa Komissiyası üçüncü demoqrafiya hesabatında bildirib ki, Aİ əhalisinin sayı bugünkü 450,6 milyondan 2050-ci ilə qədər təxminən 445 milyona, 2100-cü ilə qədər isə 398,8 milyona düşəcək, halbuki insanlar əvvəlkindən daha uzun yaşayırlar.
Hesabatda deyilir ki, 2050-ci ilə qədər Aİ ölkələri sakinlərinin təxminən üçdəbiri 65 və ya daha yuxarı yaşda olacaq, bu gün isə həmin göstərici hər beş nəfərdən biridir.
Komissiya bildirib ki, azalan əməkqabiliyyətli əhalinin çatışmazlığını kompensasiya etmək üçün əmək bazarında daha çox iştirak və məhsuldarlıq tələb olunacaq.
Hesabata görə, əməkqabiliyyətli əhalinin təxminən 20 faizi hazırda əmək bazarından kənardadır, gender məşğulluq fərqi isə 10 faiz bəndi səviyyəsindədir və təxminən 8 milyon gənc nə təhsil, nə məşğulluq, nə də təlim sahəsində təmsil olunur.
Komissiya hesab edir ki, qadınların işçi qüvvəsində iştirakını artırmaq, gənclərə peşə bacarıqlarına yiyələnməkdə kömək etmək, yaşlı insanların istədikləri təqdirdə işdə qalmalarına imkan yaratmaq, innovasiya və süni intellekt vasitəsilə məhsuldarlığı artırmaq bu çətinliklərin həllində əsas rol oynaya bilər.
Həmçinin ixtisaslı miqrasiyanın işçi qüvvəsi çatışmazlığının aradan qaldırılmasında mühüm rol oynamağa davam edəcəyi, eyni zamanda prioritetin artıq Aİ-də yaşayan insanların ixtisaslarının artırılmasına veriləcəyi vurğulanıb.
Hesabatda bildirilir ki, əhalinin qocalması səhiyyə və uzunmüddətli qayğıya tələbatı da artıracaq, dəstəyə ehtiyacı olan insanların sayının 2070-ci ilə qədər 36 milyondan 48 milyona çatacağı, 80 və daha yuxarı yaşda olanların payının isə ikiqat artacağı gözlənilir.
Komissiya üzv dövlətləri demoqrafik dəyişikliyi çətinlikdən daha çox fürsətə çevirməyə yönəlmiş mənzil, bacarıqlar, səhiyyə, yoxsulluğun azaldılması və regional inkişaf sahələrini əhatə edən təşəbbüslər vasitəsilə dəstəklədiyini bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05

