Regional liderlikdən “orta güc”ə doğru
15.07.2026 [10:41]
Milli maraqların müdafiəsi, regional proseslərə təsir imkanları və məsuliyyət...
Son illər bütün qitələrdə müşahidə olunan geosiyasi dəyişikliklər beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırıb. Əgər uzun müddət dövlətlərin nüfuzu əsasən hərbi potensialı ilə ölçülürdüsə, müasir dövrdə bu yanaşma öz aktuallığını qismən itirib. Artıq qlobal təsir imkanları iqtisadi dayanıqlılıq, siyasi müstəqillik, diplomatik çeviklik, texnoloji inkişaf, enerji təhlükəsizliyinə töhfə, humanitar təşəbbüslər və beynəlxalq hüquqa sadiqlik kimi çoxsaylı amillərin vəhdəti ilə müəyyən edilir. Məhz buna görə də “orta güc” anlayışı beynəlxalq münasibətlər nəzəriyyəsində daha çox ön plana çıxır. Orta güc dövlətləri təkcə öz regionlarında deyil, daha geniş coğrafiyada siyasi proseslərə təsir göstərən, müxtəlif tərəflər arasında dialoq yaradan, qlobal problemlərin həllinə töhfə verən və çoxtərəfli əməkdaşlığı təşviq edən aktorlar kimi çıxış edirlər.
Azərbaycan da son illərdə məhz bu istiqamətdə mühüm inkişaf yolu keçib. Müstəqil xarici siyasət kursu, milli maraqlara əsaslanan qərarvermə modeli, enerji və nəqliyyat layihələrinin təşəbbüskarı olması, beynəlxalq təşkilatlarda fəal mövqeyi və müxtəlif dövlətlər arasında etibarlı tərəfdaş kimi tanınması ölkənin geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə Avropa ilə Asiyanı, Şimal ilə Cənubu birləşdirən strateji mövqeyi Azərbaycanın beynəlxalq iqtisadi və siyasi sistemdə rolunu gücləndirib. Bununla yanaşı, ölkə yalnız milli maraqlarını qorumaqla kifayətlənmir, həm də regional sabitliyin təmin olunmasına, enerji təhlükəsizliyinə, nəqliyyat əlaqələrinin inkişafına və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir.
Bütün bunlar göstərir ki, Azərbaycan artıq təkcə regional lider kimi deyil, həm də orta güc dövlətinə xas xüsusiyyətləri özündə cəmləşdirən aktor kimi çıxış edir. Bu yüksəliş üç əsas meyar əsasında qiymətləndirilə bilər: ölkənin daxili potensialı və müstəqil siyasəti, regiondankənar proseslərə təsir imkanları, eləcə də bütöv regionun sabitliyi və inkişafı üçün məsuliyyət daşıyan dövlətə çevrilməsi.
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib ki, Azərbaycanın artıq orta gücə çevrilməsi ilə əlaqədar ekspertlərin müəyyən rəyi ilə tanışdır: “Bununla belə, düşünürəm ki, bu cür toplantı ölkənin orta güc olmasına dair hansı meyarların dəqiq müəyyənləşdirilməsinə kömək edə bilər. Burada müxtəlif meyarlar ola bilər, çünki vahid bir meyar hələ ki, müəyyən edilməyib. Mənim fikrimcə, bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur”.
Dövlət başçısı qeyd edib ki, müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir. Əlbəttə, fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Azərbaycan bunu dəfələrlə nümayiş etdirib: “Düşünürəm ki, bütün bu dediklərimi Azərbaycana aid etmək olar”.
Müstəqil siyasəti və milli maraqları müdafiə etmək bacarığı
Vurğulandığı kimi, orta güc statusunun əsas göstəricilərindən biri dövlətin daxili potensialı və müstəqil qərar qəbul etmək imkanlarıdır. Azərbaycan son onilliklər ərzində məhz bu istiqamətdə davamlı inkişaf nümayiş etdirərək siyasi, iqtisadi və hərbi baxımdan dayanıqlı dövlət modelini formalaşdırıb. Xarici siyasətdə praqmatik yanaşma ölkəyə müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurmağa imkan verib. Bakı heç bir siyasi blokun tərkibində olmadan milli maraqlarını əsas götürən müstəqil kurs həyata keçirir və bu, beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir.
Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etmək bacarığı həm diplomatik, həm də praktiki müstəvidə özünü göstərir. Dövlət təhlükəsizlik siyasətini iqtisadi inkişafla uzlaşdıraraq real müdafiə qabiliyyətini gücləndirib, müasir silahlı qüvvələr formalaşdırıb və milli təhlükəsizlik sistemini yeni çağırışlara uyğunlaşdırıb. Bu gün Bakı qlobal dünyada bərabərhüquqlu əməkdaşlığın həm təbliğatçısı, həm də uğurlu nümunəsidir. Enerji, nəqliyyat, yaşıl inkişaf, humanitar əməkdaşlıq və iqtisadi tərəfdaşlıq sahələrində həyata keçirilən layihələr göstərir ki, Azərbaycan öz potensialını yalnız daxili inkişaf üçün deyil, beynəlxalq əməkdaşlığın genişlənməsi naminə də səmərəli şəkildə istifadə edir. Məhz bu xüsusiyyətlər ölkənin regional liderlikdən orta güc statusuna yüksəlməsinin əsas sütunlarından birini təşkil edir.
Hüdudlarından kənarda baş verən hadisələrə təsir göstərmək qabiliyyəti
Orta güc dövlətlərinin mühüm xüsusiyyətlərindən biri yalnız öz sərhədləri daxilində deyil, daha geniş coğrafiyada baş verən proseslərə təsir göstərmək imkanına malik olmalarıdır. Azərbaycan son illərdə həyata keçirdiyi strateji layihələr və diplomatik təşəbbüslər sayəsində məhz belə dövlətlər sırasında yer almağa başlayıb. Ölkə Avropa, Asiya, Yaxın Şərq və Mərkəzi Asiyanı birləşdirən mühüm geosiyasi məkanda yerləşərək beynəlxalq ticarət və logistika sisteminin ayrılmaz hissəsinə çevrilib.
Bu gün geniş bir coğrafiyanın əsas siyasi-iqtisadi aktorlarından biri olan Azərbaycanın ərazisindən Şərq-Qərb, Şimal-Cənub, Orta Dəhliz və Xəzər üzərindən keçən enerji-kommunikasiya marşrutları daxil olmaqla dörd əsas beynəlxalq nəqliyyat və ticarət istiqaməti keçir. Bu infrastruktur təkcə ölkənin iqtisadi imkanlarını artırmır, həm də müxtəlif regionlar arasında qarşılıqlı asılılığı gücləndirərək qlobal iqtisadi sabitliyə xidmət edir. Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılması da beynəlxalq enerji təhlükəsizliyinin mühüm elementlərindən biri hesab olunur.
Bununla yanaşı, Bakı beynəlxalq dialoqun təşviqi, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və müxtəlif dövlətlər arasında etimadın möhkəmləndirilməsi istiqamətində fəal rol oynayır. Humanitar təşəbbüslər, beynəlxalq tədbirlərə ev sahibliyi və qlobal problemlərin müzakirəsində aktiv iştirak Azərbaycanın təsir imkanlarını region hüdudlarından xeyli kənara çıxarıb. Nəticədə ölkə artıq yalnız Cənubi Qafqazın deyil, daha geniş Avrasiya məkanının siyasi və iqtisadi proseslərinə təsir göstərən mühüm orta güc aktoru kimi çıxış edir.
Regional məsuliyyət...
Regional liderlikdən orta güc səviyyəsinə yüksələn dövlətlər təkcə öz maraqlarını deyil, bütövlükdə regionun təhlükəsizliyi, sabitliyi və inkişafı üçün məsuliyyət daşıyırlar. Azərbaycan bu gün məhz belə mövqe nümayiş etdirir. Ölkə Cənubi Qafqazda davamlı sülhün təmin olunması, iqtisadi inteqrasiyanın genişləndirilməsi və yeni əməkdaşlıq platformalarının formalaşdırılması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir. Bu yanaşma regionun gələcəyinin qarşıdurma deyil, əməkdaşlıq üzərində qurulmasına xidmət edir.
Hazırda Azərbaycan regionun əsas sabitləşdirici faktorlarından biri kimi çıxış edir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafı istiqamətində irəli sürülən təşəbbüslər region dövlətlərinin ümumi rifahına xidmət edir. Həm siyasi, həm də iqtisadi gündəmin formalaşdırılmasında aparıcı rol oynayan Azərbaycan regional proseslərin istiqamətini müəyyənləşdirən əsas aktorlardan birinə çevrilib. Bu isə ölkənin artıq yalnız regional lider deyil, daha geniş geosiyasi məsuliyyət daşıyan orta güc dövləti olduğunu nümayiş etdirir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22

