Fransa ilə Ermənistanın oxşar faşizm sevgisi
20.03.2024 [11:00]
Biri Njdeyə, digəri soyqırımı törədən əsgərə abidə qoyur...
Günel ABBASOVA
Fransa-Ermənistan cütlüyünün faşist mahiyyəti bütün çılpaqlığı ilə üzə çıxmaqdadır. Hər iki ölkədə teroristlərə, qan içən zalımlara göstərilən “diqqət” bunu deməyə əsas verir. Belə ki, Səudiyyə Ərəbistanı Krallığının Londonda nəşr olunan nüfuzlu “Əş-Şərq əl-Avsət” qəzetində “Fransada əlcəzairlilərə işgəncə verməkdə məşhur olan əsgərin xatirəsinə ucaldılan mübahisəli heykəl” sərlövhəli məqalə dərc olunub. Məqalədə fransız tarixçilərin şənbə günü Fransanın şərqindəki Tul bələdiyyəsinin 1950-ci illərdə Əlcəzair və Hind-Çində işgəncələrdən istifadə etməkdə tanınan desant polkovniki Marsel Biqardın heykəlini ucaltmaq qərarına kəskin etiraz etdikləri qeyd olunub. Yazıda diqqətə çatdırılıb ki, bu addım Əlcəzair və Fransanın müstəmləkə keçmişinin ağrısını aradan qaldırmağa və normal münasibətlər qurmağa çalışdığı bir vaxta təsadüf edir.
Göründüyü kimi, Makron hakimiyyəti özünü Avropa “dəyərlərinin daşıyıcısı” sayan Fransanı artıq Ermənistan ilə paralelləşdirir. Bu isə hər iki ölkənin hakimiyyətlərinin əsl xislətini ortaya qoymaqdadır.
Milli Məclisin üzvü Elman Nəsirov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Fransa XXl əsrdə də müstəmləkəçilik siyasətini həyata keçirməkdədir: “Bu siyasətin əslində mahiyyəti dəyişməyib, ancaq formaca ona korrektələr edilib və onun adı da neokolonializm siyasətidir. Bu siyasətin bayraqdarı hazırda Fransadır. Bu həmin dövlətdir ki, ucadan demokratiyanın, sivilizasiyaların beşiyi olduğunu söyləyirdi. Bu kimi epitetlər altında Fransa hakimiyyəti əslində islamafobiya, ksenofobiya, irqçilik siyasəti həyata keçirir. Və nə qədər bu siyasətini ört - basdır etməyə çalışsa da, həqiqət üzə çıxır. Bu günlər artıq məlum olur ki, Fransa dövləti Əlcəzairdə vəhşiliklər törətmiş əsgərə heykəl qoyur. Onu qəhrəmana çevirir, vəhşilik, insanlıq əleyhinə cinayət törətmiş hərbi caniləri qəhrəman kimi Fransa ictimai fikrinə sırımaq istəyirlər”.
Millət vəkili bir detala da diqqət çəkib - Ermənistanın faşist Njdeyə heykəl qoyması ilə Fransanın analoji addım?a arasında paralelliklər mövcuddur. “Burada diqqətdən yayınmayan bir cəhət bizim üçün əhəmiyyətlidir. Belə ki, Fransanın müttəfiqi olan Ermənistanda da faşizmə xidmət etmiş Njdeyə heykəl qoyulub. Şəhərin mərkəzində altı metr hündürlüyündə qoyulan bu heykəl erməni gənclərinin faşizm ruhunda tərbiyə edilməsinə yol açır. Gənc ailələr bu faşistin heykəli önündə əhd, peyman bağlayırlar, “sədaqət andı” içirlər. Bu absurddu, amma reallıqdır. Burada diqqətdən yayınmayan bir paralellik, sinxronluq var. Səbəb də odur ki, hər iki ölkənin dövlət siyasətində bu bir tendensiyadır. Bu günlər biz həmin prosesin şahidi oluruq,” - deyə E.Nəsirov bildirib. O vurğulayıb ki, müasir dünyamız çox mürəkkəb bir sistemdir: “Dünyamızda Fransa kimi dövlətlər beynəlxalq hüququ ayaqları altına atıb tapdalayır. Çünki onlar öz mahiyyəti etibarilə bir faşist siyasətinin təbliği ilə məşğuldurlar, onu həyata keçirmək istəyirlər. Bu nöqteyi-nəzərdən qətiyyən təəccüblənmirik ki, bu gün Fransa Ermənistanı silahlandırır. Bu gün Fransa Ermənistanda revanşizm duyğularını gücləndirir. Nəticə etibarilə Ermənistan dövlətini üçüncü Qarabağ müharibəsinə hazırlayır. Deməli, Cənubi Qafqazda sülh və təhlükəsizlik Fransa hakimiyyəti, Makron hökuməti üçün lazım deyil. Onlar çalışırlar ki, hər vəchlə Cənubi Qafqazı bir Ukraynaya çevirsinlər. Ancaq bilsinlər ki, bu cür siyasi hoqqabazlıqlarla Azərbaycan dövlətinə, onun siyasi iradəsinə təsir göstərə bilməzlər. Azərbaycan dövləti güclü dövlətdir, onun güclü lideri var. O lider ki, dəyərli və tarixi bayramımız olan Novruzun tonqalını Xankəndidə qaladı. Xankəndidən, Qarabağın mərkəzindən bütün dünyaya sülh, əmin amanlıq çağırışları edildi, birgəyaşayış mədəniyyətindən bəhs açıldı, multikultural dəyərlər təbliğ olundu və regionda uzunmüddətli və dayanıqlı sülhün olmasında maraqlı olduğumuz bir daha ifadə edildi. Azərbaycan bu yolda təkcə söz vermir, həm də əməli addımlar atılır. Ermənistana sülh müqaviləsi təklif edir, onun mətnini hazırlayır və eyni zamanda, sülh müqaviləsinin baza prinsiplərini irəli sürür. Makronlar isə tarixdə bir epizoddur, onlar gəldi gedərdir. Bu cür siyasi hoqqabazlıqları ilə heç bir halda Azərbaycan dövləti, onun ali siyasi rəhbərliyinin və şəxsən Müzəffər Prezidentimiz İlham Əliyevin siyasi iradəsinə təsir edə bilməzlər, bu mümkünsüzdür”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

