Bakıda Lüteran kilsəsi - 128
14.03.2024 [11:16]
Azərbaycan dini tolerantlığın nümunəsidir!
Bütün dünya ölkələrində dini tolerantlıq hər zaman aktual mövzulardan biri olub. Bu mənada Azərbaycanda dini tolerantlığın qorunması və inkişafı üçün həyata keçirilən dövlət siyasətin prioritetləri var. Müxtəlif zamanlarda dünyanın əksər ölkələrində fərqli dinlər, təriqətlər arasında qarşıdurmalar müşahidə olunub. Ancaq ölkəmiz tarixin heç bir dönəmində belə hallarla qarşılaşmayıb. Şübhəsiz ki, bu da Azərbaycan xalqının tolerantlığı və dövlətin yürütdüyü mükəmməl dini və milli siyasətdən irəli gəlir. Azərbaycanı digər ölkələrlə müqayisə edərkən yüksək dini tolerantlığın artıq mədəniyyətimizin ayrılmaz tərkib hissəsinə çevrildiyini söyləyə bilərik.
Azərbaycanda yaşayan hər bir xalqın inancına, milli mənsubiyyətinə hörmətlə yanaşılır, eyni zamanda, bu dəyərlərin qorunub inkişaf etdirilməsinə şərait yaradılır. Ölkəmizdə keçirilən bütün tədbirlərdə tolerantlıq və multikulturalizm dəyərlərinin hansı səviyyədə təbliğ olunması açıq müzakirə predmetinə çevrilir. Bu gün dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində irəliləyişlər baş verir. Bunun əyani nümunəsi də Azərbaycanda İslam dini ilə bağlı tarixi abidələr, məscid və ziyarətgahlarla yanaşı, xristian və yəhudi məbədlərinin də təmir və tikintisinə dövlətin dəstək verməsidir.
Yeri gəlmişkən, bu il Xilaskar kilsəsi kimi tanınan Bakıdakı alman lüteran kilsəsinin təməlinin qoyulmasından 128 il ötür. Kilsə 1896-1899-cu illərdə alman memar Adolf Eyxlerin layihəsi əsasında neoqotika üslubunda inşa edilib. Kilsənin 21 mart 1896-cı ildə baş tutan təntənəli təməlqoyma mərasimində Bakı qubernatoru Pavel Lileyev və bələdiyyə başçısı İretskiy də iştirak ediblər. Kilsə Nobel qardaşları da daxil olmaqla dindarların ianələri əsasında inşa edilib və 70.000 rubla başa gəlib.
24 iyun 1898-ci ildə kirxa qülləsinə qızıl suyuna çəkilmiş, 13 pud ağırlığa malik xaç qaldırılır. Hazırlanması 15.000 rubla başa gəlmiş xaçın xərcləri lüteran icmasının sədri Lev de Burun qardaşı Bruno de Bur tərəfindən ödənilmişdi. 1899-cu ildə kilsədə zınqırovlar və orqan quraşdırılıb, 4 fevral 1899-cu ildə isə ilk orqan musiqisi eşidilmişdi. 14 mart 1899-cu ildə Alman-İsveç prixodunun Xilaskar Lüteran Kilsəsinin xeyir-dua mərasimi baş tutub. Mərasimdə mindən çox insan, o cümlədən, qubernator Vladimir Roqqe iştirak etmişdi.
Müstəqillik illərində kilsə Nazirlər Kabinetinin qərarı ilə “kamera və orqan musiqisi zalı” adlandırılaraq, Azərbaycan Dövlət Filarmoniyasının tabeçiliyinə verilir.
15 mart 2010-cu ildə kamera və orqan musiqisi zalı binasının tarixi-memarlıq abidəsi və mədəniyyət ocağı kimi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev binanın bərpası haqqında sərəncam imzalayır. Restavrasiya işlərinin həyata keçirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manat vəsait ayrılır. Bir il ərzində davam edən restavrasiya işlərindən sonra 30 dekabr 2010-cu ildə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva kilsə binasının açılışında iştirak edirlər. Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçirilmiş əsaslı təmir və bərpa işləri binanın özünəməxsus orijinal üslubunu, qədim tarixi memarlığını qorumaqla həyata keçirilib. Ənənəvi alman qotik memarlığının ən gözəl nümunələrindən olan binanın akustikasına xüsusi diqqət yetirilib.
Qeyd edək ki, kilsə hazırda Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalı kimi fəaliyyətini davam etdirir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47

