Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Lula da Silva Prezident İlham Əliyevi təbrik edib

Lula da Silva Prezident İlham Əliyevi təbrik edib

29.02.2024 [11:14]

Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Zati-alinizi təbrik edirəm.

Ümidvaram ki, Braziliya və Azərbaycan arasında dostluq əlaqələri xalqlarımızın rifahı naminə beynəlxalq miqyasda da dərinləşməkdə davam edəcəkdir.

Fürsətdən istifadə edərək Azərbaycana bu il COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdırıram.

Ölkələrimiz arasında əməkdaşlıq “Üçlük” - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya çərçivəsində “1.5 dərəcə Selsi missiyası” istiqamətində xüsusilə aktual olacaqdır.

Cənab Prezident, Braziliya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşmasında maraqlı olduğumu bir daha bildirirəm. Sizə xoşbəxtlik, ali dövləti vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm."

Paylaş:
Baxılıb: 540 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31